Məhkəmə qərarları › İş №8(005)-616/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-616/2023

06.12.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-616/2023 06.12.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3515/2021 nömrəli, xx.xx.2021ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru Rafail Səfərovun təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru Rafail Səfərov Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə təqdimatla müraciət edərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3515/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinin icrasının təmini istiqamətində hərəkətlərin davam etdirilməsi məqsədi ilə icra sənədi tam icra olunanadək Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru Rafail Səfərov təqdimatı onunla əsaslandırmışdır ki, Nərimanov Rayon Məhkəməsinin 2(005)-3515/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Borclu 55000 manat məbləğində pul vəsaiti X1, 16,50 manat dövlət rüsumu isə Dövlət büdcəsinin xeyrinə ödənilməlidir. İcra sənədi üzrə icraata xx.xx.2021-ci il tarixdə başlanılmış, eyni tarixdə borcluya könüllü icra haqqında bildiriş və icraata başlamaq haqqında qərar göndərilmiş, lakin icra sənədinin icrası könüllü olaraq təmin edilməmişdir. İcraata başlamaq haqqında qərar bildirişlə birlikdə borclu tərəfindən 27.01,2022-ci il tarixdə qəbul edilmişdir. İcra sənədini könüllü icra etmədiyinə görə borclunun əmlak vəziyyətinin müəyyən edilməsi məqsədilə “Elektron icra” İnformasiya Sistemindən məlumat çıxarılmış, borclunun adına hər-hansı əmlak və ya gəlirlər aşkar edilməmişdir. Borclunun qeydiyyat ünvanında olan zaman borclunun uzun müddətdir həmin ünvanda yaşamadığı müəyyən olunmuş, bu səbəbdən borclu barəsində xx.xx.2022-ci il tarixdə axtarış elan edilmiş, Nərimanov Rayon Polis İdarəsi tərəfindən axtarış işi açılmış və xx.xx.2023-cü il tarixdə borclu şəxsiyyəti ilə birlikdə Şöbəyə təhvil verilmiş, borcludan xx.xx.2023-cü il tarixdə izahat alınmış, borclu izahatında Nərimanov Rayon Məhkəməsinin 2(005)-3515/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə borcdan xəbərsiz olduğunu, xx.xx.2022-ci il tarixdə icraata başlama haqqında qərar bildirişi qəbul etdikdən sonra xəbəri olduğunu, qərarı qəbul etdikdən sonra Apellyasiya və Ali Məhkəməyə şikayət etdiyini, maddi durumu zəif olduğundan icra sənədi üzrə borcu oktyabr ayından hissə-hissə ödəyəcəyini izahatında qeyd etmişdir. İcra sənədləri üzrə borcdan heç bir ödəniş həyata keçirilmədiyi və borclu tərəfindən icra sənədinin icrası təmin edilmədiyi üçün Borclu barəsində inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə müraciət edilmiş və Nərimanov Rayon Məhkəməsinin 3(005)-2654/2023 saylı, xx.xx.2023-cü il tarixli tarixli qərarı ilə borclu barəsində 8 gün müddətində inzibati həhs növündə tənbeh tədbiri tətbiq edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 3(103)- 1784/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə inzibati qərar qüvvədə saxlanılmışdır. Borclu barəsində məhkəmə qərarının olması, habelə uzun müddətdir tələbkara olan borcunun ödənilməsindən qərəzli olaraq yayınması Borclu hər an ölkə hüdudlarını tərk etmək ehtimalını artırır. Borclunun ölkə xaricinə çıxmaq riski isə, icra sənədi üzrə icra hərəkətlərinin davam etdirilməsinə mane olur. Məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq borclu, tələbkar və icra məmuru məhkəməyə gəlməmişlər, gəlməmələrinin üzürlü səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata təqdim edilmiş materiallar əsasında tərəflərin və icra məmurunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri araşdıraraq, təqdimatın əsaslılığını yoxlayaraq, hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir Belə ki, iş materiallarında olan: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3515/2021 nömrəli, xx.xx.2021ci il tarixli icra sənədinə əsasən Borclu 55000 manat məbləğində pul vəsaiti X1, 16,50 manat dövlət rüsumu isə Dövlət büdcəsinin xeyrinə ödənilməlidir. İcra məmurunun icraata başlamaq haqqında qərarının surətindən görünür ki, icra məmuru icraata başlamaq haqqında xx.xx.2021-ci il tarixdə qərar qəbul etmiş və icra olunması üçün borcluya, məlumat üçün tələbkara və məhkəməyə göndərilmişdir. Tələbin könüllü icra haqqında bildirişdən görünür ki, Borclu xx.xx.2022-ci il tarixdə bildirişi imza edərək rəsmi qaydada almışdır. İcra məmurunun borclunun axtarılması barədə 12 dekabr 2022-ci il tarixli qərarından görünür ki, Nərimanov Rayon Məhkəməsinin 2(005)-3515/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədini təmin etmək məqsədilə xx.xx.1975-ci il təvəllüdlü Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov küçəsi ev 71 ünvanında qeydiyyatda olan Borclu barəsində axtarış elan edilmiş və saxlanılaraq şəxsiyyətini təsdiq edən sənədlə birlikdə Nərimanov rayon İcra Şöbəsinə təhvil verilməsi qərara alınmışdır. Bakı şəhər Nərimanov Rayon Polis İdarəsi 17-ci Polis Şöbəsi tərəfindən Nərimanov rayon İcra Şöbəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Borclu barəsində açılmış axtarış işi ilə əlaqdar Nərimanov rayon İcra Şöbəsinə təhvil verilmişdir. İcra məmuru tərəfindən borcludan xx.xx.2023-cü il tarixdə izahat alınmış, borclu izahatında Nərimanov Rayon Məhkəməsinin 2(005)-3515/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə borcdan xəbərsiz olduğunu, xx.xx.2022-ci il tarixdə icraata başlama haqqında qərar bildirişi qəbul etdikdən sonra xəbəri olduğunu, qərarı qəbul etdikdən sonra Apellyasiya və Ali Məhkəməyə şikayət etdiyini, maddi durumu zəif olduğundan icra sənədi üzrə borcu oktyabr ayından hissə-hissə ödəyəcəyini izahatında qeyd etmişdir. Nərimanov Rayon Məhkəməsinin 3(005)-2654/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə borclu barəsində 8 gün müddətində inzibati həhs növündə tənbeh tədbiri tətbiq edilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 3(103)-1784/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə inzibati qərar qüvvədə saxlanılmışdır Borclu haqqında məlumatlardan görünür ki, Borclu ünvan 2 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin 22 aprel 2013-cü il tarixli №2-N nömrəli Kollegiya Qərarı ilə təsdiq edilmiş “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra və probasiya qurumları tərəfindən tətbiqi qaydaları haqqında Təlimat”ın 2.2-ci bəndinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl icra məmuru könüllü icra üçün bildirişin borcluya rəsmən təqdim olunmasını, yəni icra məmurunun özü, yaxud müəyyən olunmuş qaydada sifarişli poçt göndərişi (məktubu) ilə rabitə orqanları tərəfindən borclunun yaşadığı ünvana və ya onun işlədiyi yer üzrə çatdırılmasını təmin edir. Könüllü icra üçün bildiriş borcluya qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Bildirişlərin rəsmi qaydada verilməsi icra qurumunda da həyata keçirilə bilər. Borclu onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapılmadıqda, bildiriş borclu ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda yerli icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Borclunun əvəzinə bildirişi qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməlidir. Təqdimata əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, borclu Nərimanov Rayon Məhkəməsinin 2(005)-3515/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədi və icra sənədinin könüllü icrası barədə bildirişi rəsmi qaydada almışdır. İcraata başlanıldığı tarixdən icra məmuru tərəfindən borcun ödənilməsinə dair müvafiq prosessual hərəkətlər yerinə yetirilmişdir. Bununla belə borclu Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3515/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinin icrasını təmin etməkdən yayınmışdır. «İcra haqqında» Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Həmin Qanunun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzürsüz səbəbdən icra edilmədikdə borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Həmin maddənin 2-ci bəndinə əsasən, məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılmasına dair təqdimatın təmin edilməsi üçün qanuni əsaslar mövcuddur. Borclu qərarın və könüllü icra barədə bildirişin surətini almasına baxmayaraq, icra sənədində göstərilən pul vəsaitini ödəməmişdir. Borclunun ölkədən getməsi icra sənədinin icrasına maneələr yaratmaqla, onun icrasının mümkünsüz olması və ya uzun müddət icrasız qalması ilə nəticələnə bilər. Bu səbəbdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3515/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinin icrasının təmini məqsədi ilə xx.xx.1975-ci ildə Ağcabədi, ünvan 3 ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Bakı Şəhəri Nərimanov rayon İcra şöbəsinin təqdimatı təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Təqdimat təmin edilsin. xx.xx.1975-ci ildə Ağcabədi, ünvan 3 ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququ Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3515/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədi icra edilənədək müvəqqəti məhdudlaşdırılsın. Qərardadın icrası Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinə həvalə edilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar