Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-618/2022 27.10.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, Borclu iştirakı ilə Nərimanov Rayon Məhkəməsinin 2(005)-3713/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu saxlanc üçün təhvil verilmiş 3 ədəd vitrin soyuducusu və 2 ədəd kondisionerin üzərinə həbs qoyulması barədə Nərimanov Rayon İcra Şöbəsinin təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru Rafail Səfərov məhkəməyə müraciət edərək, Nərimanov Rayon Məhkəməsinin 2(005)-3713/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu saxlanc üçün təhvil verilmiş 3 ədəd vitrin soyuducusu və 2 ədəd kondisionerin üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Nərimanov Rayon Məhkəməsinin 2(005)- 3713/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən xx.xx.2020-ci il tarixdə X1 Sisteminə əlavə edilmiş 03 saylı, xx.xx.2020-ci il tarixli əmr ləğv edilməli, Tələbkar "Məhəllə Market”-də satıcı vəzifəsinə işə bərpa olunması Borclu Allahverdı oğlunun üzərinə vəzifə kimi qoyulmuş, tələbkara məcburi ış buraxmaya görə orta aylıq əmək haqqının hesablanıb ödənilməsi borclunun üzərinə vəzifə kimi qoyulmuşdur. İcra sənədi şöbənin icraatına xx.xx.2022-ci il tarixdə daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək tələbin könüllü icra olunması üçün Borclu ünvanına bildiriş göndərilmişdir. İcraata başlamaq haqqında qərar xx.xx.2022-ci il tarixdə borclu tərəfindən rəsmi qaydada qəbul edilmişdir. Borclu tərəfindən icra sənədinin əmrin ləğv edilməsi və tələbkarın işə bərpa olunması hissələrinin icrası təmin edilmədiyi üçün borclu barəsində inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə müraciət olunmuş, Nərimanov Rayon Məhkəməsinin 3(005)-329/2022 saylı. xx.xx.2022-ci il tarixli qərarı ilə borclu barəsində 1200 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmiş, borclu məhkəmə qərarından apellyasiya şikayəti vermiş. Bakı Apellyasiya Məhkəməsinin 3(103)-946/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə Nərimanov Rayon Məhkəməsinin 3(005)-329/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. İnzibati tənbeh tədbirindən sonra borcludan icra sənədinin əmrin ləğv edilməsi və tələbkarın işə bərpa olunması hissələrinin icrası təkrar olaraq tələb olunmuş, borclu tərəfindən Şöbəyə daxil olmuş 01 saylı, xx.xx.2022-ci il tarixli əmrə əsasən Tələbkar işdən azad edilməsi barədə xx.xx.2020-ci il tarixli əmrin ləğv edilməsi, Tələbkar xx.xx.2022-ci il tarixdən satıcı vəzifəsinə bərpa edilməsi əmr edilmişdir. Nərimanov Rayon Məhkəməsinin 2(005)- 3713/2020 saylı, xx.xx.2022-ci il tarixli qərardadına əsasən, Nərimanov Rayon Məhkəməsi tərəfindən verilmiş 2(005)-3713/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnamənin nəticə hissəsində, üçüncü abzasda "orta aylıq əmək haqqı" sözlərinin “aylıq əmək haqqı" sözləri ilə əvəz edilməsi qərara alınmışdır. Qeyd edilən qərardaddan tələbkar şikayət vermiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4416/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə Nərimanov Rayon Məhkəməsinin 2(005)-3713/2020 saylı, xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Qeyd edilən qərardaddan sonra məcburi ış buraxmaya görə 25 aylıq əmək haqqının hesablanmalı olduğu müəyyən olunmuş, təqdim edilmiş sənədlərə əsasən tələbkarın əmək haqqının 200 manat təşkil etdiyi məlum olmuş, nəticədə məcburi iş buraxmaya görə borclu tərəfindən tələbkara ödənilməli olan əmək haqqının 5000 manat müəyyən olunması barədə xx.xx.2022-ci il tarixli qərar qəbul edilmişdir. xx.xx.2022-ci il tarixdə borclunun fəaliyyət göstərdiyi “Məhəllə Market' adlı mağazaya baxış keçirilmiş, marketdə 3 ədəd vitrin soyuducusu və 2 ədəd kondisioner aşkar edilmiş, həmin əmlaklar Azərbaycan Respublikası CM-nin 303-cü maddəsinin tələb və mahiyyəti izah və elan olunmaqla saxlanc üçün Borclu verilmiş, gələcəkdə əmlakların qiymətləndirilməsi və açıq hərrac vasitəsilə satışı zamanı əmlaklara baxış keçirmək istəyən şəxslərə şərait yaradılması borclunun diqqətinə çatdırılmışdır. İcra məmuru hesab edir ki, icra sənədinin icrasını təmin etmək məqsədilə saxlanc üçün Borclu verilmiş əmlaklar üzərinə məhkəmə qərardadı ilə həbs qoyulmalıdır. Məhkəmə iclasında Borclu verilmiş təqdimata etiraz etmədiyini bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, icra məmuru və tələbkar məhkəmə iclasına gəlməmişlər gəlməmələrinin üzrlü səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinə əsasən təqdimata onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri araşdıraraq, təqdimatın əsaslılığını yoxlayaraq, hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Nərimanov Rayon Məhkəməsinin 2(005)-3713/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən xx.xx.2020-ci il tarixdə X1 Sisteminə əlavə edilmiş 03 saylı, xx.xx.2020-ci il tarixli əmr ləğv edilməli, Tələbkar "Məhəllə Market”-də satıcı vəzifəsinə işə bərpa olunması Borclu Allahverdı oğlunun üzərinə vəzifə kimi qoyulmuş, tələbkara məcburi ış buraxmaya görə orta aylıq əmək haqqının hesablanıb ödənilməsi borclunun üzərinə vəzifə kimi qoyulmuşdur. - İcra məmurunun icraata başlamaq haqqında qərarından görünür ki, İcra sənədi şöbənin icraatına xx.xx.2022-ci il tarixdə daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək tələbin könüllü icra olunması üçün Borclu ünvanına bildiriş göndərilmişdir. - Borclu haqqında məlumatlardan görünür ki, xx.xx.2022-ci il tarixdə borclunun fəaliyyət göstərdiyi “Məhəllə Market' adlı marketdə 3 ədəd vitrin soyuducusu və 2 ədəd kondisioner aşkar edilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun: - 43.1.1-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbiri hesab olunur. - 44-cü maddəsi, bu qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra vərəqəsinin icra məmuruna təqdim olunmasını, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul olunmasını və könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsini məcburi icra tədbirlərinin tətbiqinin əsasları kimi müəyyən etmişdir. - 45.2-ci maddəsinə əsasən icra sənədləri üzrə tələb ilk növbədə borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilir. Borcluda aşkar edilən nağd pul vəsaitləri götürülür. - 45.6-cı maddəsinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. - 45.7-ci maddəsinə tələb borclunun əmlakına, o cümlədən nağd yaxud banklarda və ya digər kredit təşkilatlarında hesablarda və əmanətlərdə, habelə saxlancda olan pul vəsaitlərinə və başqa sərvətlərinə, icra ödənişinin ödənilməsi və icra hərəkətlərinin həyata keçirilməsi üçün çəkilən xərclər də nəzərə alınmaqla, icra vərəqəsinin icrası üçün lazım olan miqdarda və həcmdə yönəldilir. - 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlamaq üçün verilməsindən ibarətdir. İcra vərəqəsi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra vərəqəsinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs bir qayda olaraq icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Beləliklə məhkəmə hesab edir ki, təqdimat təmin edilməli, Nərimanov Rayon Məhkəməsinin 2(005)-3713/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu saxlanc üçün təhvil verilmiş 3 ədəd vitrin soyuducusu və 2 ədəd kondisionerin üzərinə həbs qoyulmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Təqdimat təmin edilsin. Nərimanov Rayon Məhkəməsinin 2(005)-3713/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu saxlanc üçün təhvil verilmiş 3 ədəd vitrin soyuducusu və 2 ədəd kondisionerin üzərinə həbs qoyulsun. Qərardadın icrası Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsinə həvalə edilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №8(005)-618/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-618/2022
27.10.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver