Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-622/2025 17.09.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Ramin Nizaməddin oğlunun sədrliyi Cəfərov Davud Rauf oğlunun katibliyi ilə, Borclu mülkiyyətində olan nəqliyyat vasitələrinin üzərinə qoyulmuş həbsin götürülməsinə dair Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru Münasib Muradovun təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru Münasib Muradov məhkəməyə müraciət edərək, Nərimanov Rayon Məhkəməsinin 8(005)-501/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə borclu X2 məxsus “Mercedes Benz 190” markalı, **- SH-*** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz 190” markalı, **-TG-*** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz 190” markalı, **-VD-*** dövlət qeydiyyat nişanlı, “Tofash Shahin” markalı, **-SA-*** dövlət qeydiyyat nişanlı, “Daevoo Espero” markalı, **-UJ-*** dövlət qeydiyyat nişanlı, “Volkswagen Passat CC” markalı, **-GN-*** dövlət qeydiyyat nişanlı, “Hyundai Elantra” markalı, **-SH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsitələrinin üzərinə qoyulmuş həbsin götürülməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Nərimanov Rayon Məhkəməsinin 2(005)- 2066/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən borclu X1 cəmi 1390,8 manat məbləğində pul tutularaq Tələbkar MMC-yə ödənilməlidir. İcra sənədi 03.07 2023cü il tarixdə şöbənin icraatına daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək icra olunması üçün borcluya, məlumat üçün isə digər tərəflərə göndərilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədilə borclu X2 məxsus əmlakın üzərinə həbs qoyulması barədə təqdimatla məhkəməyə müraciət edilmiş və Nərimanov Rayon Məhkəməsinin 8(005)-501/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadına əsasən borcluya məxsus nəqliyyat vasitələrinin üzərinə həbs qoyulmuşdur. İcra sənədi üzrə icraata xitam verilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, icra məmuru, tələbkar və borclu məhkəmə iclasına gəlməmişlər və məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: Nərimanov Rayon Məhkəməsinin 2(005)-2066/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədindən görünür ki, borclu X1 cəmi 1390,8 manat məbləğində pul tutularaq Tələbkar MMC-yə ödənilməlidir; Nərimanov Rayon Məhkəməsinin 8(005)-501/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından görünür ki, Nərimanov Rayon Məhkəməsinin 2(005)-2066/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu məxsus “Mercedes Benz 190” markalı, **-SH-*** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz 190” markalı, **-TG-*** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz 190” markalı, **-VD-*** dövlət qeydiyyat nişanlı, “Tofash Shahin” markalı, **-SA-*** dövlət qeydiyyat nişanlı, “Daevoo Espero” markalı, **-UJ-*** dövlət qeydiyyat nişanlı, “Volkswagen Passat CC” markalı, **- GN-*** dövlət qeydiyyat nişanlı, “Hyundai Elantra” markalı, **-SH-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulması qərara alınmışdır; Nərimanov rayon İcra şöbəsinin icra məmuru Münasib Muradovun xx.xx.2025-ci il tarixli qərarının surətindən görünür ki, Nərimanov Rayon Məhkəməsinin 2(005)-2066/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraata xitam verilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 43.1-ci maddəsinə əsasən məcburi icra tədbirlərindən biri də borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsidir. Həmin Qanunun 45.1-ci maddəsinə görə, tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Həmin Qanunun 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə, əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. “İcra haqqında” Qanunun 20.1.5-ci maddəsinə əsasən isə icra sənədi tam icra olunduqda icraata xitam verilir. Qanunun 20.2 və 20.3-cü maddələrinə görə, icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən əsaslandırılmış qərar qəbul edilir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və onun surəti 3 gün müddətində tərəflərə, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. İcra məmuru icraata xitam verilməsi barədə qərar qəbul etdikdən sonra icraat üzrə hər hansı icra hərəkətlərinin həyata keçirilməsinə yol verilmir. Beləliklə məhkəmə hesab edir ki, Nərimanov Rayon Məhkəməsinin 2(005)- 2066/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraata xitam verildiyindən təqdimat təmin edilməli, Nərimanov Rayon Məhkəməsinin 8(005)-501/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə Borclu məxsus olan “Mercedes Benz 190” markalı, **- SH-*** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz 190” markalı, **-TG-*** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz 190” markalı, **-VD-*** dövlət qeydiyyat nişanlı, “Tofash Shahin” markalı, **-SA-*** dövlət qeydiyyat nişanlı, “Daevoo Espero” markalı, **-UJ-*** dövlət qeydiyyat nişanlı, “Volkswagen Passat CC” markalı, **-GN-*** dövlət qeydiyyat nişanlı, “Hyundai Elantra” markalı, **-SH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin üzərinə qoyulmuş həbs götürülməlidir. Şərh olunanlara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264 və 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-501/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə Borclu məxsus olan “Mercedes Benz 190” markalı, **-SH-*** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz 190” markalı, **-TG-*** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz 190” markalı, **-VD-*** dövlət qeydiyyat nişanlı, “Tofash Shahin” markalı, **-SA-*** dövlət qeydiyyat nişanlı, “Daevoo Espero” markalı, **-UJ-*** dövlət qeydiyyat nişanlı, “Volkswagen Passat CC” markalı, **-GN-*** dövlət qeydiyyat nişanlı, “Hyundai Elantra” markalı, **-SH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin üzərinə qoyulmuş həbs götürülsün. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Ramin Quliyev
Məhkəmə qərarları › İş №8(005)-622/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-622/2025
17.09.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver