Məhkəmə qərarları › İş №8(005)-624/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-624/2022

19.10.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-624/2022 19.10.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızı, Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinin icra şöbəsinin icra məmuru Rəfail Səfərov tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli 7298/22 saylı İnkasso Sərəncamının qoyulması barədə qərarından X2nun şikayət ərizəsi üzrə işə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 ərizə ilə məhkəməyə müraciət edərək, Nərimanov Rayon Məhkəməsinin 2(005)- 3713/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinin icrası ilə bağlı Bakı şəhəri Nərimanov icra şöbəsinin icra məmuru Rəfail Səfərovun xx.xx.2022-ci il tarixli 7298/22 saylı İnkasso Sərəncamının qoyulması ilə bağlı qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhər Nərimanov rayon məhkəməsinin 2(005)-3713/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən iddiaçı X11 cavabdeh qismində mənə qarşı iddiası qismən təmin edilmiş, xx.xx.2020-ci il tarixində X5 Sisteminə əlavə edilmiş 03 saylı xx.xx.2020-ci il tarixli əmr ləğv edilmiş və X11 «Məhəllə market»-də satıcı vəzifəsində işə bərpa olunması cavabdeh X4 üzərinə vəzifə kimi qoyulmuş, iddiaçıya məcburi işburaxmaya görə ota aylıq əmək haqqının hesablanıb ödənilməsi cavabdehin üzərinə vəzifə kimi qoyulmuşdur. Həmin qətnamə üzrə icra vərəqəsi Nərimanov rayon İcra Şöbəsinə göndərilmiş və Şöbənin icra məmuru Rafail Səfərovun icraatına qəbul edilmişdir. X7 2 ilə yaxın əmək haqqı hesablanmış və 4800 manat təşkil etmişdir. 2022-ci ilin sentyabrında 150 manat bir, 500 manat da bir olmaqla 650 manat X12 ödəniş etmişdir. Hal- hazırda da qətnamənin və icra vərəqəsinin icrasından imtina etmir, qalan pulu X12 hissə-hissə ödəməyə razıdır. Lakin buna baxmayaraq Nərimanov rayon İcra Şöbəsinin icra məmuru Rafail Səfərov ona məxsus «Məhəllə market»-in "xxxx" ASC-də olan hesabına xx.xx.2022-ci il tarixli 7298/22 saylı İnkasso Sərəncamı ilə həbs qoymuşdur. Buna görə də xx.xx.2022-ci ildən «Məhəllə market»-in fəaliyyəti dayanıb. «Məhəllə market»-ə məxsus "xxxx"ASC-də olan hesabında 4000 manatdan bir az çox pul var və həmin pulu Veysəloğlu firmasından ərzaq məhsulları aldığına görə həmin firmaya verməlidir. Hesabı bağlandığından həmin pulu onlara verə bilmir və onlar ərizəçini məhkəməyə vermək istəyirlər. Ərizəçi isə onlardan 10-15 gün vaxt istəmişdir ki, həmin pulu onlara verə bisin. Hazırda ərizəçinin himayəsində 5 ailə üzvü var, onlardan biri, yəni nəvəsi azyaşlıdır, yaşayış sahəsi olmadığından kirayədə qalırlar. X1 1-ci Qarabağ müharibəsində şəhid olmuşdur. «Məhəllə market»-in hesabına həbs qoyulduğundan qeyd etdiyi kimi Marketin fəaliyyəti dayanıb və maddi vəziyyəti ailəvi həddindən artıq ağırlaşmışdır. Ərizəçi «Məhəllə market»-in normal fəaliyyəti həm ailə vəziyyətini yaxşılaşdırar və həm də X12 icra vərəqəsi üzrə qalan borcunu hissə-hisə ödəyə bilər. Məhkəmə ərizə və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, hesab edir ki, şikayət geri qaytarılmalıdır. Belə ki, ərizədən göründüyü kimi hazırda icra məmurunun müvafiq qərarından verilmişdir. Qeyd olunan qərar icra sənədinin icrasını təmin etmək məqsədi ilə icra məmuru tərəfindən görülmüş tədbirdir. Məhkəmə hazırda ərizəçi tərəfindən verilmiş şikayətin səlahiyyətli məhkəməyə verilmədiyini və bununla da ərizəçinin məhkəmə aidiyyatının düzgün müəyyən etmədiyini müəyyən etmişdir. Belə olan halda ərizəçi ehtimal etdiyi pozulmuş hüquqlarının bərpası üçün müvafiq səlahiyyətli məhkəməyə müraciət etməlidir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunun 87.1-ci maddəsinə əsasən icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət verə bilər. Bu Qanunun digər maddələrində başqa müddət müəyyən edilməyibsə, icra məmurunun hərəkətlərindən şikayət müvafiq hərəkətin edildiyi vaxtdan 10 gün müddətində verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə əsasən mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Mülki Prosessual Məcəlləsinin 152.2-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Mülki Prosessual Məcəlləsinin 152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Məhkəmə hesab edir ki, Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinin icra şöbəsinin icra məmuru Rəfail Səfərov tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli 7298/22 saylı İnkasso Sərəncamının qoyulması qərarından X2 tərəfindən verilən şikayət ərizəsi baxılmadan geri qaytarılmalıdır. Ərizəçiyə izah edilsin ki, qeyd olunan nöqsanları aradan qaldırdıqdan sonra müvafiq səlahiyyətli məhkəməyə müraciət edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinin icra şöbəsinin icra məmuru Rafail Səfərov tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli 7298/22 saylı İnkasso Sərəncamının qoyulması qərarından X2 tərəfindən verilən şikayət ərizəsi geri qaytarılsın. Ərizəçiyə izah edilir ki, qeyd olunan nöqsanları aradan qaldırdıqdan sonra müvafiq səlahiyyətli məhkəməyə müraciət edə bilər. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə ondan şikayət verilə bilər. Hakim Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar