Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-631/2025 23.09.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi, Tərəflərin iştirakı olmadan, X1 Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-5902/2014 saylı,xx.xx.2014-cü il tarixli icra sənədi üzrə əsasən tutulmalı olan pulun indeksasiyasına dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-5902/2014 saylı ,xx.xx.2014-cü il tarixli icra sənədi üzrə əsasən tutulmalı olan pulun indeksasiyasına dair ərizə ilə məhkəməyə müraciət edərək, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-5902/2014 saylı, xx.xx.2014-cü il tarixli məhkəmə qərarı ilə müəyyən edilmiş və icra müddəti ərzində borclu tərəfindən tələbkara ödənilməyən əsas 417 manat məbləğ indeksləşdirilərək 2014-cü il tarixdən - 2025-ci ilin aprel ayınadək 203,1 faiz artımı (417 AZN x 203,1 % = 846,92 AZN) nəzərə alaraq cəmi 1263,92 manat məbləğində indeksləşdirilmənin müəyyən edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-5902/2014 saylı, xx.xx.2014-cü il tarixli məhkəmə qərarına əsasən, borclular Borclu1 və Borclu2 cəmi 417 manat məbləğində pul tutularaq X3 xeyrinə tutulması ödənilməsi qərara alınmışdır. Hazırda qəbul olunmuş məhkəmə qərarı qanuni qüvvəsini almasını və həmçinin icra məmuru tərəfindən məcburi icra tədbirlərinin görülməsinə baxmayaraq, məhkəmə qərarı icra olunmamışdır (ödənilməmişdir). Borclular məhkəmə qərarı üzrə qəbul olunmuş məbləği zamanında ödəyərək icra etsəydilər tələbkar, başqa sahədə istifadə etməklə gəlir əldə edə bilərdi. Lakin, borcluların məhkəmə qərarı üzrə öhdəliyinin icra etməməsi səbəbindən və həmin məbləğ vaxtında geri qaytarılmadığına görə tələbkar, həmin pulu dəyərləndirə bilməmişdir. Buna görə də, məhkəmə qərarı üzrə tələbkara ödəlinməli olan 417 manat məbləğində borca görə məhkəmə qərarı üzrə tələb olunan pul vəsaiti inflyasiyaya uğradığından indeksləşdirmə tətbiq edilməsi zərurəti yaranmışdır. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq icra məmuru, tələbkar və borclu məhkəməyə gəlməmişlər, bunun üzrlü səbəbləri barədə məlumat verməmişlər. Lakin X2 elektron kabinet vasitəsi ilə ərizə ünvanlayaraq, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232.2-ci maddəsinə əsasən ərizəyə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, ərizə qismən təmin edilməlidir. İş materiallarında olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 5902/2014 saylı, xx.xx.2014-cü il tarixli məhkəmə əmrinin surətindən görünür ki, xx xxxxxx 1956-cı ildə Gəncə şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan Borclu1 və xx xxxxxxx 1987-ci ildə Özbəkistanın Daşkənd şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan Borclu2 müştərək qaydada 396 (üç yüz doxsan altı) manat əsas borc və 21 (iyirmi bir) manat ödənilmiş dövlət rüsumu, cəmi 417 (dörd yüz on yeddi) manat tutularaq X4 ödənilməsi əmr edilmişdir. Mülki Prosessual Məcəllənin: 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. 232.3-cü maddəsinə əsasən ödənilməli pul məbləğlərinin indeksasiyası barədə məhkəmə qərardadından şikayət verilə bilər. Məhkəmə verilmiş ərizəni, habelə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməli, məhkəmə hökmü ilə borcludan tələbkarın xeyrinə tutulacaq pul məbləği inflyasiya göstəricisi kimi qəbul olunmuş istehlak qiymətlərinə istinad olunmaqla indeksasiya olunmalıdır. Belə ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-5902/2014 saylı, xx.xx.2014-cü il tarixli icra sənədinə əsasən borclular Borclu1 və Borclu2 cəmi 417 manat məbləğində pul tutularaq X3 xeyrinə ödənilməsi qərara alınmış, iş üzrə çıxarılmış məhkəmə aktı icraya yönəldilmişdir. Lakin icra sənədinin icrasını təmin etmək mümkün olmamış və icra vərəqinin verildiyi tarixdən 11 ilə yaxın müddət ötmüşdür. Bu səbəbdən də icra vərəqində tutulması tələb olunan məbləğin indeksasiya olunmasına ehtiyac vardır. Ödənilməli olan pul vəsaiti 2014-cü il tarixdən - 2025-ci ilin aprel ayınadək 203,1 faiz artımı (417 AZN x 203,1 % = 846,92 AZN) müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, ərizədə göstərilən məsələ - həm ilkin pul məbləğinin tutulması, həm də indeksasiya edilmiş məbləğin tutulması barədə tələb əsaslı və qanuni deyil və təmin edilməməli, borclulardan yalnız pulun indeksasiya edilmiş məbləği tutulmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, ərizə qismən təmin edilməli, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-5902/2014 saylı, xx.xx.2014-cü il tarixli icra sənədinə əsasən Borclu1 və Borclu2 alınaraq X4 ödənilməli olan 417 manat pul məbləği 2014-cü il tarixdən - 2025-ci ilin aprel ayınadək indeksasiya edilmiş məbləği 846,92 manat olduğu müəyyən edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 232, 267-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-5902/2014 saylı, xx.xx.2014-cü il tarixli icra sənədi üzrə tutulmalı olan pulun indeksasiyasına dair ərizəsi qismən təmin edilsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-5902/2014 saylı, xx.xx.2014-cü il tarixli icra sənədinə əsasən Borclu1 və Borclu2 alınaraq X4 ödənilməli olan 417 manat pul məbləğinin 2014-cü il tarixdən - 2025-ci ilin aprel ayınadək indeksasiya edilmiş məbləğinin 846,92 manat olduğu müəyyən edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə 10 gün müddətinə şikayət verilə bilər. Hakim Mehriban Əfəndizadə
Məhkəmə qərarları › İş №8(005)-631/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-631/2025
23.09.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver