Məhkəmə qərarları › İş №8(005)-634/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-634/2022

05.12.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-634/2022 05.12.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Qurbanova Səkinə Nadir qızının katibliyi, Borclu, həm də tələbkar X8 nümayəndəsi X6 və X8 vəkili X5 iştirakı ilə, X1 Bakı Şəhəri Nərimanov Rayon İcra Şöbəsinin böyük icra məmuru Zaur Əlizadənin icra sənədi üzrə icraata başlamaq haqqında xx.xx.2022-ci il tarixli qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 Bakı şəhəri, Nərimanov Rayon İcra Şöbəsinin böyük icra məmuru Zaur Əlizadənin, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1145/2021 №-li, xx.xx.2021-ci il tarixli İcra sənədi üzrə icraata başlamaq haqqında xx.xx.2022-ci il tarixli qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsini və hazırkı işə baxılıb qurtarana kimi icra işi üzrə icraat dayandırılmasını xahiş etmişdir. Şikayət ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixdə də yaşadıqları ünvana, həmin iş üzrə Nərimanov rayon İcra şöbəsinin xx.xx.2022-ci il tarixli Bildiriş məktubu və həmin şöbənin böyük icra məmura X20 icraata başlamaq haqqında xx.xx.2022-ci il tarixli qərarı daxil olmuşdur. Həmin qərarda da göstərilir ki, Bakı Apellyasiya Məhkəməsinin İş 2(103)-1145/2021 nömrəli,xx.xx.2021ci il tarixli icra sənədinə əsasən: X2 Niyar Əli qızının icarəsində olan Abşeron rayonu, Müştağa subtropik sovxozu ərazisində yerləşən 1,0 ha torpaq sahəsindən çıxarılmalı və torpaq sahəsi boşaldılaraq X21ma təhvil verilməli, Abşeron rayonu, Maştağa subtropik sovxozu ərazisində yerləşən 1,0 ha torpaq sahəsində yaxşılaşdırma işlərinə xərclənmiş pul vəsaitinin əvəzi olaraq X7 102775 manat məbləğində pul tutularaq X22 ödənilməli, qətnamə 102775 manat pulun X17 tərəfindən qaytarılması ilə Abşeron rayonu, Maştağa subtropik sovxozu ərazisində yerləşən 1,0 ha torpaq sahəsindən X18 çıxarılması və torpaq sahəsinin boşaldılaraq X13 təhvil verilməsi eyni vaxtda icra edilməli, Həmçinin ekspertiza tədqiqatının dəyəri olaraq 400 manat pul X7 tutulmalıdır. Qərar hissəsində isə yalnız borclu X17 tərəfindən 10 gün müddətində icranın könüllü olaraq təmin etməsi tələb olunur. Göründüyü kimi həmin mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin verdiyi 2(103) - 1145/2021 №-li, xx.xx.2021-ci il tarixli İcra sənədində, qanuni qüvvədə olan məhkəmə aktlarında göstərilən “iddiaçı X18 ilk iddiası qismən təmin olunaraq cavabdeh X3 105.000 min manat pulun X18 xeyrinə tutulması” hissəsinə dair heç bir söz yazılmır və Nərimanov rayon İcra şöbəsinin İcraata başlamaq haqqında qeyd olunan xx.xx.2022-ci il tarixli qərarı da həmin İcra sənədinə ziddir. Belə ki, həmin iş üzrə X23 ilə birlikdə eyni zamanda X26 da cavabdehdir və qeyd olunan torpaq sahəsində yaxşılaşdırma işlərinə xərclənmiş pul vəsaitinin əvəzi olaraq X7 102775 manat məbləğində pulun tutularaq X22 ödənilməsi ilə bərabər, eyni zamanda X26 tərəfindən də qeyd olunan torpaq sahəsində görülmüş yaxşılaşdırma işləri və eləcə də həmin torpaq sahəsi boşaldılaraq X15 təhvil verilməlidir. Ona görə ki, həmin yaxşılaşdırma işləri, iş üzrə "xxxx" MMC Qiymətləndirmə Şirkəti tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli MB-T2/963 №-li Qiymətləndirmə Hesabatı əsasında müəyyən edilmiş və dəfələrlə tələb olunmasına baxmayaraq X26, onları torpaq sahəsinin yaxınına belə buraxmır və qeyd olunan yaxşılaşdırma işləri ilə tanış olmağa da imkan vermir. Halbuki, məhkəmə qətnaməsinə görə borclu X9 tutulmalı olan 102775 manat pul, məhz həmin yaxşılaşdırma işlərinin əvəzidir və təbii ki, X17 tərəfindən həmin işlər təhvil götürülmədən onların dəyərinin tələb olunması, qeyd olunan məhkəmə qətnaməsinə və ümumiyyətlə qüvvədə olan hüquq normalarına, eləcə də məntiqə zidd olmaqla Niyar Həsənəliyevanın əmlakına qəsd deməkdir. X12 da 10 vərəqədən ibarət olmaqla yaxşılaşdırma adı ilə sadalanan işlərin sayı 111 adda daşınmaz əmlak və başqa materiallardan ibarətdir ki, həmin hesabatın tərtib olunduğu vaxtdan da 3 ilə yaxın müddət keçmiş, bununla əlaqədar həmin işlərin hazırkı vəziyyəti, amortizasiya və aşınmaya məruz qalma dərəcəsi məlum deyildir. Ona görə də hazırla iş üzrə “Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1145/2021 №-li, xx.xx.2021-ci il tarixli İcra sənədi üzrə Nərimanov rayon İcra şöbəsinin böyük icra məmuru Cəmil Tağıyevin İcraata başlamaq haqqında xx.xx.2022-ci il tarixli qərarı və həmin şöbənin böyük icra məmuru X20 icraata başlamaq haqqında xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi” tələbi ilə vaxtında Bakı İnzibati Məhkəməsində iddia qaldırılmış və Bakı İnzibati Məhkəməsinin 26 iyul 2022-ci il tarixli 2-1(112)-9232/2022 №-li qərardadı ilə iddia mümkün sayılmamışdır. Həmin qəradaddan verdikləri apellyasiya şikayəti də Bakı Apellyasiya Məhkəməsinin 12 oktyabr 2022-ci il tarixli 2-1(103)-3198/2022-001 №-li qərardadı ilə təmin edilməmiş və Bakı İnzibati Məhkəməsinin 26.07.22-ci il tarixii 2-1(112)-9232/2022 №-li qərardadı dəyişdirilmədən saxlanmışdır. Nərimanov rayon İcra şöbəsi qanunvericiliyin tələblərini pozaraq icra sənədi üzrə icraatı dayandırmamış, müraciətə cavab belə verməmiş, əksinə onların heç bir xəbəri olmadan icra hərəkətlərini davam etdirir. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1145/2021 №-li, xx.xx.2021-ci il tarixli İcra sənədi üzrə Nərimanov rayon İcra şöbəsinin böyük icra məmuru X20 icraata başlamaq haqqında xx.xx.2022-ci il tarixli qərarı ləğv olunmalı və hazırkı işə baxılıb qurtarana kimi icra işi üzrə icraat dayandırılmalıdır. Məhkəmə iclasında borclu, həm də tələbkar X8 nümayəndəsi X14 və X8 vəkili X10 ayrı-ayrılıqda izahat verərək, icra məmurunun icraata başlamaq haqqında qərarının ləğv edilməsini və icraatın dayandırılmasını xahiş etdi. Tələbkar və icra məmuruna məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə şikayəti mülki iş materialları ilə birlikdə nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməməlidir. “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən İcra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. Həmin Qanunun 8.2-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Göründüyü kimi, qətnaməni qəbul etmiş məhkəmə həmin qətnamə qanuni qüvvəsini aldıqdan sonra onu icraya yönəltməlidir. İcra vərəqi qanunvericiliyə uyğun verildikdə onu alan icra şöbəsi icraata başlamalıdır. Hazırki işin hallarından aydın olur ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 1145/2021 №-li, xx.xx.2021-ci il tarixli qətnaməsi qanuni qüvvəyə mindikdən sonra icra olunması üçün Bakı şəhəri, Nərimanov Rayon İcra Şöbəsinə yönəldilmiş və həmin şöbənin böyük icra məmuru Zaur Əlizadə tərəfindən qanunamüvafiq olaraq icraata başlanılmışdır. Şikayətçi isə həmin icraata başlamaq haqqında qərarın ləğvini tələb edir. Məhkəmə hesab edir ki, həmin qərar qanunauyğun qəbul olunmuşdur və ləğvi üçün əsaslar yoxdur. İcra sənədi üzrə icraatın dayandırılmasının əsasları və qaydası isə “İcra haqqında” Azərbaycan Respublikasının Qanunu və Mülki Prosessual Məcəllə ilə tənzimlənir. “İcra haqqında” Qanunun 17, 18 və 21-ci maddələrində icraatın dayandırılmasının məcburiliyi və icraatın dayandırılmasının mümkün olduğu hallar, eləcə də icraatın dayandırılması haqqında məsələyə baxılması qaydası müəyyən edilmişdir. Həmin Qanunun 17.1.4-ci maddəsinə uyğun olaraq, icra sənədinə və ya onun verilməsinə əsas olan tələbə (“İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən aparılan notariusun icra qeydi və ya onun verilməsinə əsas olan tələb istisna olmaqla) dair borclu tərəfindən iddia qaydasında mübahisə qaldırdıqda, əgər bu cür mübahisəyə qanunla yol verilirsə icra sənədi üzrə icraat məcburi olaraq icra məmuru tərəfindən dayandırılır. Mülki Prosessual Məcəllənin 231.3-cü maddəsinə əsasən “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsi ilə müəyyən edilmiş əsaslara uyğun olaraq icra sənədi üzrə icraatın məhkəmələr tərəfindən dayandırılmalı olduğu hallarda icra üzrə icraatın dayandırılması məsələləri icra məmurunun təqdimatına əsasən həll edilir. Həmçinin icra sənədi üzrə icraatın dayandırılması qanunvericiliklə nəzərdə tutulmuş hallarda icra məmurunun qərarına, yaxud icra icraatı çərçivəsində verilmiş təqdimata və ya ərizəyə baxan məhkəmənin qərarına əsasən həll edilir. Beləliklə, şikayət ərizəsində qeyd edilən hallarla bağlı icraatın dayandırılması imkanı qanunvericilikdə nəzərdə tutulmadığından və qanunverici tərəfindən icra üzrə icraatın dayandırılmasının xüsusi qaydası müəyyən edildiyindən məhkəmə hesab edir ki, icra vərəqi üzrə icraat dayandırılmamalıdır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, məhkəmə belə nəticəyə gəlir ki, icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsi üçün əsas mövcud deyil. Buna görə də Nərimanov Rayon İcra Şöbəsinin böyük icra məmuru Zaur Əlizadənin, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1145/2021 №-li, xx.xx.2021-ci il tarixli İcra sənədi üzrə icraata başlamaq haqqında xx.xx.2022-ci il tarixli qərarından borclu, həm də tələbkar X17 tərəfindən verilmiş şikayət təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 231, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Borclu, həm də tələbkar X8 Nərimanov Rayon İcra Şöbəsinin böyük icra məmuru Zaur Əlizadənin, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1145/2021 №-li, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə icraata başlamaq haqqında xx.xx.2022-ci il tarixli qərarından verdiyi şikayət təmin edilməsin. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar