Məhkəmə qərarları › İş №8(005)-634/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-634/2024

24.12.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-634/2024 24.12.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Mayılzadə Gülzadə Çingiz qızının katibliyi ilə, Tərəflərin iştirakı olmadan, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-1496/2024-021 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə Borclu məxsus olan VAZ 21074 minik markalı, **-XD-*** dövlət qeydiyyat nişanlı, Mercedes Benz C220 Cdi minik markalı, **-LU-*** dövlət qeydiyyat nişanlı, Mercedes 200 minik markalı, **-OD- *** dövlət qeydiyyat nişanlı, VAZ 21074 minik markalı, 10-S0-084 dövlət qeydiyyat nişanlı; Toyota Corolla minik markalı, **-SM-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulması barədə icra məmurunun təqdimatı və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru Sevinc Qurbanova Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-1496/2024-021 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə Borclu məxsus olan VAZ 21074 minik markalı, **-XD-*** dövlət qeydiyyat nişanlı, Mercedes Benz C220 CDİ minik markalı, **-LU-*** dövlət qeydiyyat nişanlı, Mercedes 200 minik markalı, **-OD-*** dövlət qeydiyyat nişanlı, VAZ 21074 minik markalı, 10-S0-084 dövlət qeydiyyat nişanlı; Toyota Corolla minik markalı, **-SM-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılır ki, Borclu 13 oktyabr 2021 il tarixli, 200804- 184547/5 nömrəli Kredit müqaviləsinə əsasən 3646,76 manat əsas; 559,17 manat faiz; cəmi 4205,93 (dörd min iki yüz beş manat doxsan üç qəpik) manat pul iddiaçı Tələbkar ASC-nin xeyrinə tutulsun. Mülki iş üzrə ödənilmiş 77,23 mana tularaq Tələbkarnun xeyrinə ödənilməlidir. Dövlət rüsumunun iddia tələbinin təmin edilən hissəsinə mütənasib olaraq rüsumunun 57 (əlli yeddi) manatı cavabdeh Borclu iddiaçı ‘‘Expressbank" ASC-nin xeyrinə tutulmalıdır. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 100 (yüz) manat məbləğində pulun 74 (yetmiş dörd) manatı cavabdeh Borclu, 26 (iyirmi altı) manatı isə Tələbkar ASCdən tutularaq Az.MEM, VÖEN **********, AZ41NABZ********************, X1, KOD 210005, VÖEN 1 /00326621, müxbir lıesab AZ34CTRE********************, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilməlidir. İcra sənədi xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə Borclu icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasitəsilə sorğular edilmişdir. Belə ki, “Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, Borclu məxsus olan VAZ 21074 minik markalı, **-XD-*** dövlət qeydiyyat nişanlı, Mercedes Benz C220 CDİ minik markalı, **-LU-*** dövlət qeydiyyat nişanlı, Mercedes 200 minik markalı, **-OD-*** dövlət qeydiyyat nişanlı, VAZ 21074 minik markalı, 10-S0-084 dövlət qeydiyyat nişanlı; Toyota Corolla minik markalı, **-SM-*** dövlət qeydiyyat nişanlı avtomobillər müəyyən edilmişdir. Tələbkar, borclu və icra məmuruna məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Tələbkar ASC ərizə ünvanlayaraq, işə onların iştirakı olmadan baxılmasını və təqdimatın təmin edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə təqdimatı, əlavə olunan sənədləri və ümumilikdə icra işini araşdırıb hesab edir ki, təqdimat qismən təmin edilməlidir. İcra haqqında Qanunun 45.6-cı maddəsinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Həmin Qanunun 45.7-ci maddəsinə əsasən tələb, borclunun əmlakına, o cümlədən nağd yaxud banklarda və ya digər kredit təşkilatlarında hesablarda və əmanətlərdə, habelə saxlancda olan pul vəsaitlərinə və başqa sərvətlərinə, icra ödənişinin ödənilməsi və icra hərəkətlərinin həyata keçirilməsi üçün çəkilən xərclər də nəzərə alınmaqla, icra sənədinin icrası üçün lazım olan miqdarda və həcmdə yönəldilir. Həmin Qanunun 50.1-ci maddəsinə əsasən İcraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 ay müddətində, təxirəsalınmaz hallarda isə qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. Həmin Qanunun 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Qanunun mənasından aydın olur ki, borclunun əmlakına icra məmuru tərəfindən həbs qoyulması gələcəkdə həmin əmlaka tutma yönəldilməsi yolu ilə icra sənədinin icrasını təmin etmək məqsədi daşıdığından, əmlaklar üzərinə həbs borc məbləği həddində qoyulmalıdır. Qeyd edilənləri nəzərə alaraq məhkəmə təqdimatda qeyd edilən nəqliyyat vasitələrinin deyil, borclunun mülkiyyətində olan Mercedes Benz C220 CDİ minik markalı və **-LU-*** dövlət qeydiyyat nişanlı, Mercedes 200 minik markalı, **-OD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin üzərinə həbs qoyulmasını, beləliklə təqdimatın qismən təmin edilməsini daha ədalətli hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 231, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat qismən təmin edlsin. Borclu məxsus «Mercedes Benz C220 CDİ minik markalı və **-LU-*** dövlət qeydiyyat nişanlı, Mercedes 200 minik markalı, **-OD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin üzərinə həbs qoyulsun. Qərardadın icrası Bakı Şəhəri Nərimanov Rayon İcra Şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar