Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-637/2025 25.09.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Mayılzadə Gülzadə Çingiz qızının katibliyi ilə, Tələbkar iştirakı ilə, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-1728/2025 saylı, xx.xx.2025ci il tarixli icra sənədi üzrə məhkəmə qətnaməsinin izah edilməsinə dair Bakı Şəhəri Nərimanov Rayon İcra şöbəsinin icra məmuru Emil Zeynalovun ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Nərimanov Rayon İcra şöbəsinin icra məmuru Emil Zeynalov məhkəməyə təqdimat ilə müraciət edərək, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-1728/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə minimum əməkhaqqının 80%-i miqdarında hansı tarixdən hesablanması ilə bağlı izah verilməsi barədə qərardad qəbul edilməsini xahiş edilmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Şöbənin icraatında olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-1728/2025-036 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən Tələbkar xx.xx.2008-ci ildə istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində əmək qabiliyyətinin 80%-ni itirməyi ilə əlaqədar cavabdeh "xxxx" ASC-dən əmək qabiliyyəti tam bərpa olunanadək hər ay üçün minimum əməkhaqqının 80%-i miqdarında ödəniş tutularaq iddiaçı Tələbkar ödənilməlidir. Sözgüdən icra sənədində Tələbkar minimum əməkhaqqının 80%-miqdarında ödənişin hansı tarixdən hesablanması ilə bağlı hər hansı qeyd aparılmamışdır. Belə olan halda icra sənədinə izah verilməsi zərurəti yaranmışdır. Məhkəmə iclasında iştirak edən Tələbkar icra məmurunun təqdimatına əsasən izahat verərək, təmin edilməsini xahiş etdi. İcra məmuruna məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə ərizəyə icra məmurunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 230.4-cü maddəsinə əsasən qətnamənin və ya qərardadın izah edilməsi məsələsi məhkəmə iclasında həll olunur. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilirlər. Lakin onların gəlməməsi məsələyə baxmağa mane olmur. Məhkəmə icra sənədində göstərilən tələblər aydın olmadığından, Mülki Prosessual Məcəllənin 230-cu maddəsinə uyğun olaraq hər üç qətnaməyə izah verilməsini mümkün hesab edir. Ərizədən və iş materiallarından görünür ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-1728/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməsi,Tələbkar xx.xx.2008-ci ildə istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində əmək qabiliyyətinin 80%-ni itirməyi ilə əlaqədar cavabdeh "xxxx" ASC-dən əmək qabiliyyəti tam bərpa olunanadək hər ay üçün minimum əmək haqqının 80%-i miqdarında ödəniş tutularaq iddiaçı Tələbkar ödənilməsi qət edilmişdir. Təqdimatda icra məmuru Tələbkar minimum əməkhaqqının 80%-miqdarında ödənişin hansı tarixdən hesablanması icra vərəqəsində göstərilmədiyindən, həmin tarixlə bağlı fikir ayrılığının olduğunu qeyd edir. Bununla bağlı məhkəmə qeyd edir ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-1728/2025 saylı,xx.xx.2025-ci il tarixli qətnaməsində cavabdeh "xxxx" ASC-dən sağlamlığa vurulmuş zərərə görə aylıq müavinətlərin tutulması qət edilsə də, qətnamələrin nəticə hissəsində müavinətlərin hansı tarixdən tutulması göstərilməmişdir. Nəzərə alınmalıdır ki, qətnamələrin nəticə hissəsində tutulmalı olan məbləğin hansı tarixdən tutulması göstərilməməsinə baxmayaraq, mülki işin materialları hissəsində cavabdeh tərəfindən ödəmələrin 2023-cü ilin may ayına qədər aparıldığı dəqiq göstərilmişdir. Göstərilənlərə əsasən məhkəmə vurğulayır ki, sağlamlığa vurulmuş zərərə görə cavabdehdən tutulmalı olan ödənişin tarixi qətnamənin mülki işin materialları hissəsində nəzərdə tutulmuş lakin “qət etdi” hissədə yalnız həmin ödəniş məbləği qeyd edilmişdir. Lakin icra sənədində müvafiq məbləğin cavabdehdən hansı tarixdən tutulmasının göstərilməməsi səbəbindən tələb aydın olmadığından icra məmurunun müvafiq qətnamələrə izah verilməsini tələb etmək hüququ yaranmışdır. Belə ki, “İcra haqqnda” Qanunun 14.1-ci maddəsinə əsasən, icra sənədində göstərilmiş tələblər aydın olmadıqda, icra məmuru həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət etməlidir. Həmin Qanunun 14.2-ci maddəsinə görə, məhkəmə və ya digər orqan icra məmurunun ərizəsinə onun daxil olduğu vaxtdan 10 gün müddətində baxır və zərurət olduqda, icra sənədinin verilməsi üçün əsas olmuş müvafiq qərarı, habelə qanuna əsasən icra sənədi sayılan sənədi onların məzmununu dəyişdirmədən izah edir. Mülki Prosessual Məcəllənin 230-cu maddəsinə uyğun olaraq, işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Birinci instansiya və apellyasiya instansiyası məhkəməsinin qətnaməsi və ya qərardadı dəyişirsə və yeni məhkəmə aktı çıxarılırsa, onun izah edilməsini iş üzrə son qətnaməni və ya qərardadı çıxarmış məhkəmə həyata keçirir. Beləliklə, məhkəmə hesab edir ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin e- 2(005)-1728/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi qətnaməsinin “qət etdi” hissəsinə icra qaydasında aşağıdakı məzmunda izah verilməlidir: “Tələbkar xx.xx.2008-ci ildə istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində əmək qabiliyyətinin 80%-ni itirməyi ilə əlaqədar 2023-cü ilin may ayından etibarən cavabdeh "xxxx" ASC-dən əmək qabiliyyəti tam bərpa olunanadək hər ay üçün minimum əmək haqqının 80%-i miqdarında ödəniş tutularaq iddiaçı Tələbkar ödənilsin.” Mülki Prosessual Məcəllənin 230.5-ci maddəsinə əsasən, qətnamənin və ya qərardadın izah edilməsi məsələsi üzrə məhkəmə qərardadından şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 230, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-1728/2025 saylı, xx.xx.2025ci il tarixli icra sənədi üzrə məhkəmə qətnaməsinin izah edilməsinə dair Bakı Şəhəri Nərimanov Rayon İcra şöbəsinin icra məmuru Emil Zeynalovun təmin edilsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-1728/2025 saylı, xx.xx.2025ci il tarixli qətnaməsi qətnaməsinin “qət etdi” hissəsinə icra qaydasında aşağıdakı məzmunda izah verilməlidir: “Tələbkar xx.xx.2008-ci ildə istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində əmək qabiliyyətinin 80%-ni itirməyi ilə əlaqədar 2023-cü ilin may ayından etibarən cavabdeh "xxxx" ASC-dən əmək qabiliyyəti tam bərpa olunanadək hər ay üçün minimum əmək haqqının 80%-i miqdarında ödəniş tutularaq iddiaçı Tələbkar ödənilsin.” Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Mehriban Əfəndizadə
Məhkəmə qərarları › İş №8(005)-637/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-637/2025
25.09.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver