Məhkəmə qərarları › İş №8(005)-64/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-64/2024

08.02.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-64/2024 08.02.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Ramin Nizaməddin oğlunun sədrliyi Cəfərov Davud Rauf oğlunun katibliyi ilə, İcra sənədlərinin icrasını təmin etmək məqsədi ilə Borclu məxsus nəqliyyat vasitəsinin üzərinə həbs qoyulması barədə Bakı Şəhəri Nərimanov Rayon İcra şöbəsinin icra məmuru Rafail Səfərovun təqdimatına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Nərimanov Rayon İcra şöbəsinin icra məmuru Rafail Səfərov təqdimatla məhkəməyə müraciət edərək, Nərimanov Rayon Məhkəməsinin 2(005)-4440/2010 saylı, xx.xx.2010-cü il tarixli, Sabunçu Rayon Məhkəməsinin 2(008)-699/2011 saylı, xx.xx.2011ci il tarixli, Nərimanov Rayon Məhkəməsinin 2(005)-1734/2013 saylı, xx.xx.2013-cü il tarixli, Nərimanov Rayon Məhkəməsinin 2(005)-8645/2016 saylı, xx.xx.2016-cı il tarixli, Nərimanov Rayon Məhkəməsinin 2(005)-8644/2016 saylı, xx.xx.2016-cı il tarixli, Nərimanov Rayon Məhkəməsinin 2(005)-1579/2017 saylı, xx.xx.2017-cı il tarixli, Nərimanov Rayon Məhkəməsinin 2(005)-4248/2017 saylı, xx.xx.2017-ci il tarixli, Nərimanov Rayon Məhkəməsinin 2(005)-4539/2017 saylı, xx.xx.2017-ci il tarixli, Nərimanov Rayon Məhkəməsinin 2(005)-4917/2017 saylı, xx.xx.2017-ci il tarixli, Nərimanov Rayon Məhkəməsinin 2(005)-4903/2017 saylı, xx.xx.2017-ci il tarixli, Nərimanov Rayon Məhkəməsinin 2(005)-4904/2017 saylı, xx.xx.2017-ci il tarixli, Nərimanov Rayon Məhkəməsinin 2(005)-6058/2017 saylı, xx.xx.2017-ci il tarixli, Nərimanov Rayon Məhkəməsinin 2(005)-6057/2017 saylı, xx.xx.2017-ci il tarixli, Nərimanov Rayon Məhkəməsinin 2(005)-6334/2017 saylı, xx.xx.2017-ci il tarixli, Nərimanov Rayon Məhkəməsinin 2(005)-7173/2017 saylı, xx.xx.2017-ci il tarixli, Nərimanov Rayon Məhkəməsinin 2(005)-8193/2017 saylı, xx.xx.2017-ci il tarixli, Nərimanov Rayon Məhkəməsinin 2(005)-8234/2017 saylı, xx.xx.2017-ci il tarixli və Nərimanov Rayon Məhkəməsinin 2(005)-8247/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədlərinin icrasının təmin edilməsi məqsədi ilə Borclu məxsus “FİAT” markalı, **-DV-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Nərimanov Rayon Məhkəməsinin 2(005)- 4440/2010 saylı, xx.xx.2010-cü il tarixli icra sənədinə əsasən borclular Borclu və X1 cəmi 1908,07 manat məbləğində pul vəsaiti müştərək qaydada tutularaq tələbkar "xxxx" KB ASC-nin xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2010-cu il tarixdə şöbənin icraatına daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək icra olunması üçün borcluya, məlumat üçün isə digər tərəflərə göndərilmişdir. Sabunçu Rayon Məhkəməsinin 2(008)-699/2011 saylı, xx.xx.2011-ci il tarixli icra sənədinə əsasən borclular Borclu, X3 və X2 cəmi 6892,21 ABŞ dolları məbləğində pul vəsaiti (Azərbaycan Mərkəzi Bank tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla) və 20 manat məbləğində dövlət rüsumu müştərək qaydada tutularaq tələbkar "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2011-ci il tarixdə şöbənin icraatına daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək icra olunması üçün borcluya, məlumat üçün isə digər tərəflərə göndərilmişdir. Nərimanov Rayon Məhkəməsinin 2(005)-1734/2013 saylı, xx.xx.2013-cü il tarixli icra sənədinə əsasən Borclu 819,79 ABŞ dolları məbləğində pul vəsaiti tutma aparılan vaxtı manatın məzənnəsi ilə və 30 manat məbləğində dövlət rüsumu tutularaq tələbkar "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2013-cü il tarixdə şöbənin icraatına daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək icra olunması üçün borcluya, məlumat üçün isə digər tərəflərə göndərilmişdir. Nərimanov Rayon Məhkəməsinin 2(005)- 8645/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən Borclu 76,74 manat məbləğində pul vəsaiti, Nərimanov Rayon Məhkəməsinin 2(005)-8644/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən 76,72 manat məbləğində pul vəsaiti, Nərimanov Rayon Məhkəməsinin 2(005)-1579/2017 saylı, xx.xx.2017-cı il tarixli icra sənədinə əsasən 180,27 manat məbləğində pul vəsaiti, Nərimanov Rayon Məhkəməsinin 2(005)-4248/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən 126,64 manat məbləğində pul vəsaiti, Nərimanov Rayon Məhkəməsinin 2(005)-4539/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən 73,44 manat məbləğində pul vəsaiti, Nərimanov Rayon Məhkəməsinin 2(005)-4917/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən 67,38 manat məbləğində pul vəsaiti, Nərimanov Rayon Məhkəməsinin 2(005)-4903/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən 73,37 manat məbləğində pul vəsaiti, Nərimanov Rayon Məhkəməsinin 2(005)-4904/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən cəmi 36,45 manat məbləğində pul vəsaiti, Nərimanov Rayon Məhkəməsinin 2(005)-6058/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən cəmi 75,71 manat məbləğində pul vəsaiti, Nərimanov Rayon Məhkəməsinin 2(005)-6057/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən cəmi 73,38 manat məbləğində pul vəsaiti, Nərimanov Rayon Məhkəməsinin 2(005)-6334/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən cəmi 50,05 manat məbləğində pul vəsaiti, Nərimanov Rayon Məhkəməsinin 2(005)-7173/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən cəmi 322,51 manat məbləğində pul vəsaiti, Nərimanov Rayon Məhkəməsinin 2(005)-8193/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən cəmi 71,89 manat məbləğində pul vəsaiti, Nərimanov Rayon Məhkəməsinin 2(005)-8234/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən cəmi 76.99 manat məbləğində pul vəsaiti və Nərimanov Rayon Məhkəməsinin 2(005)-8247/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən cəmi 74,87 manat məbləğində pul vəsaiti tutularaq tələbkar "xxxx" MMCnin xeyrinə ödənilməlidir. İcra sənədləri şöbənin icraatına müxtəlif tarixlərdə daxil olmuş, icraata başlamaq haqqında qərarlar qəbul edilərək icra olunması üçün borcluya, məlumat üçün isə digər tərəflərə göndərilmişdir. İcra sənədlərinin icrası könüllü olaraq təmin edilmədiyi üçün “Elektron İcra” İnformasiya Sistemindən məlumat çıxarılmış, məlumata əsasən “FİAT” markalı, **-DV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin Borclu mülkiyyətində olduğu müəyyən olunmuşdur. İcra məmuru, tələbkar və borclu məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilsələr də, onlar məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəblərini məhkəməyə bildirməmişlər. Məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: Nərimanov Rayon Məhkəməsinin 2(005)-4440/2010 saylı, xx.xx.2010-cü il tarixli, Sabunçu Rayon Məhkəməsinin 2(008)-699/2011 saylı, xx.xx.2011-ci il tarixli, Nərimanov Rayon Məhkəməsinin 2(005)-1734/2013 saylı, xx.xx.2013-cü il tarixli, Nərimanov Rayon Məhkəməsinin 2(005)-8645/2016 saylı, xx.xx.2016-cı il tarixli, Nərimanov Rayon Məhkəməsinin 2(005)-8644/2016 saylı, xx.xx.2016-cı il tarixli, Nərimanov Rayon Məhkəməsinin 2(005)-1579/2017 saylı, xx.xx.2017-cı il tarixli, Nərimanov Rayon Məhkəməsinin 2(005)-4248/2017 saylı, xx.xx.2017-ci il tarixli, Nərimanov Rayon Məhkəməsinin 2(005)-4539/2017 saylı, xx.xx.2017-ci il tarixli, Nərimanov Rayon Məhkəməsinin 2(005)-4917/2017 saylı, xx.xx.2017-ci il tarixli, Nərimanov Rayon Məhkəməsinin 2(005)-4903/2017 saylı, xx.xx.2017-ci il tarixli, Nərimanov Rayon Məhkəməsinin 2(005)-4904/2017 saylı, xx.xx.2017-ci il tarixli, Nərimanov Rayon Məhkəməsinin 2(005)-6058/2017 saylı, xx.xx.2017-ci il tarixli, Nərimanov Rayon Məhkəməsinin 2(005)-6057/2017 saylı, xx.xx.2017-ci il tarixli, Nərimanov Rayon Məhkəməsinin 2(005)-6334/2017 saylı, xx.xx.2017-ci il tarixli, Nərimanov Rayon Məhkəməsinin 2(005)-7173/2017 saylı, xx.xx.2017-ci il tarixli, Nərimanov Rayon Məhkəməsinin 2(005)-8193/2017 saylı, xx.xx.2017-ci il tarixli, Nərimanov Rayon Məhkəməsinin 2(005)-8234/2017 saylı, xx.xx.2017-ci il tarixli və Nərimanov Rayon Məhkəməsinin 2(005)-8247/2017 saylı, xx.xx.2017-ci il tarixli icra vərəqələrindən görünür ki, Borclu yuxarıda qeyd edilən icra sənədləri üzrə tələbkarların xeyrinə müəyyən məbləğlər ödəməlidir; Elektron informasiya sistemindən çıxarışdan görünür ki, Borclu mülkiyyətində “FİAT” markalı, **-DV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi mövcuddur. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin tələbinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Bu Qanunun 6.1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası məhkəmələrinin qərarları icra sənədi sayılır. “İcra haqqında” Qanunun 44.1-ci maddəsinə əsasən həmin Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi və könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqi üçün əsaslardır. Məcburi icra tədbirlərindən biri də borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsidir (Qanunun 43.1.1-ci maddəsi). Həmin Qanunun 45.1-ci maddəsinə uyğun olaraq, tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Eyni Qanunun 50.2-ci maddəsinə görə icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakı üzərinə həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Məhkəmə tərəfindən işin müəyyən edilmiş hallarından görünür ki, borclu icra məmuru tərəfindən verilən müddət ərzində tələbi könüllü surətdə icra etmədiyindən məcburi icra tədbirlərinin tətbiqi ilə əlaqədar “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 44.1-ci maddəsində müəyyən edilmiş əsaslar yaranmışdır. Həmçinin təqdimata əlavə edilmiş sənədlərə əsasən borcluya məxsus nəqliyyat vasitəsinin mövcud olduğu müəyyən edilmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, borclu tərəfindən icra sənədi könüllü icra edilmədiyindən, icra sənədlərinin icrasının təmin edilməsi məqsədi ilə təqdimat təmin edilməli, Borclu məxsus “FİAT” markalı, **-DV-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264 və 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Nərimanov Rayon Məhkəməsinin 2(005)-1293/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədlərinin icrasını təmin etmək məqsədi ilə Borclu məxsus “FİAT” markalı, **-DV-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulsun. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Ramin Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar