Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-647/2024 20.12.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızı, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin e- 2(005)-1407/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra vərəqəsi üzrə borclu "xxxx" MTK tərəfindən “icra məmurunun hərəkətlərindən verilmiş şikayət”ə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Borclu "xxxx" MTK Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, Nərimanov Rayon İcra Şöbəsinin borclu "xxxx" MTK-dan tutulmalı pul məbləğinin 7 faizi həcmində icra ödənişinin alınması barədə qərar qəbul etmədən banklara tutulmalı pul məbləğinin 7 faizi həcmində inkasso sərəncamları göndərməsinin qanunsuz hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi e- 2(005)-1407/2024 saylı, 02 avqust 2024-cü il tarixli qətnaməsi ilə “Orbita" MTK-da,166640 min altı yüz qırx) manat məbləğində vəsaitin X1 ödənilməsini qət edib. İcra vərəqəsi icra olunmaq üçün Nərimanov İcra Şöbəsinə göndərilib. İcra məmuru Zaur Əlizadə həmin icra vərəqəsi əsasında xx.xx.2024 cü il tarixli İcraata başlamaq haqında qərar qəbul edib. Həmin qərarı "xxxx" MTK-nın nümayəndəsi 6 Dekabr 2024-cü il tarixdə imza edərək icra məmurundan əldə edib. Orbita MTK məhkəmənin qətnaməsini 10 gün ərzində 16 Dekabr 2024-cü il tarixdə könüllü olaraq tam icra edib. Buna baxmayaraq qanunla müəyyən edilmiş 10 gün tamam olmamış icra məmurunun tərtib etdiyi və icra şöbəsinin rəisinin imzaladığı "xxxx" MTK barəsində 16 Dekabr 2024-cü il tarixli inkasso sərəncamı icra edilməsi üçün Azərbaycan "xxxx" ASC-yə, "xxxx" ASC-yə, "xxxx" ASC-yə, "xxxx" ASC-yə və "xxxx" ASC-yə göndərilib. Nərimanov Rayon icra Şöbəsinin icra məmurları 17 Dekabr 2024-cü il tarixdə banklara ünvanladıqları məktublarda “Orbita" MTK-nın 10 gün ərzində tam icra etdiyi 164640 manatın inkasso sərəncamının icra olunmadan gen qaytanlmas barədə müraciət etsə də, 7 faiz icra ödənişinin inkasso sərəncamının icra edilməsini xahiş edib. Daha sonra xx.xx.2024-cü il tarixdə borclu "xxxx" MTK EMİS vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, şikayətdə qeyd olunan məsələ öz həllini tapdığı üçün şikayəti və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə, ərizəni və icra işini tədqiq edərək hesab edir ki, borclu "xxxx" MTK tərəfindən icra məmurunun hərəkətlərindən verilmiş şikayət ona geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in 13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Bu baxımdan müvafiq yekun məhkəmə aktının icrası qaydasında baxılmalı olan işlərdə şikayəti icraata götürmək haqqında qərardad çıxarılana qədər borclunun ərizəsi əsasında geri qaytarılması ilə bağlı hər hansı prosessual hərəkətin aparılmasını müəyyən edən hüquq norması olmadığına görə, analoji münasibətləri tənzimləyən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.9-cu maddəsinə istinad olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.9-cu maddəsinə əsasən, iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası MPM-nin: 152.2-ci maddəsinə görə, iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3-cü maddəsinə görə, iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, borclu "xxxx" MTK-nın ərizəsi təmin edilməli, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-1407/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra vərəqəsi üzrə borclu "xxxx" MTK-nın icra məmurunun hərəkətlərindən verilmiş şikayəti ona geri qaytarılmalıdır. Şərh olunanlara və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152,263-264, 267-268-ci maddələrinə əsaslanaraq, məhkəmə QƏRARA ALDİ: Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-1407/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra vərəqəsi üzrə borclu "xxxx" MTK-nın icra məmurunun hərəkətlərindən verilmiş şikayəti ona geri qaytarılsın. Qərardaddan, qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Solmaz Ədilova
Məhkəmə qərarları › İş №8(005)-647/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-647/2024
20.12.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver