Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-655/2025 23.09.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi X1 iştirakı ilə, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin e-2(005)-4143/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu məxsus əmlakın üzərinə qoyulmuş həbsin ləğv edilməsi barədə Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru Emil Zeynalov tərəfindən verilmiş təqdimata məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsi məhkəməyə müraciət edərək Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin e-2(005)-4143/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu məxsus əmlakın üzərinə qoyulmuş həbsin ləğv edilməsi barədə icra məmurunun təqdimatına baxılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru təqdimatı onunla əsaslandırmışdır ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-4143/2022- 012 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən İcra sənədi üzrə İddiaçı Tələbkar ASC ilə cavabdeh X4 oğlu və Borclu arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 100821- 119613/10 nömrəli Kredit müqaviləsinə əsasən cavabdehlər X2 və Borclu müştərərək qaydada 1695,1 (min altı yüz doxsan beş manat 10 qəpik) manat əsas borc və 25,3 (iyirmi beş manat 30 qəpik) manat faiz borcu olmaqla cəmi 1720,4 (min yeddi yüz iyirmi manat 40 qəpik) manat məbləğində pul Və 37,61 (otuz yeddi manat 61 qəpik) manat dövlət rüsumu Tələbkar ASC-nin xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. Borclu icra sənədinin icrasını təmin etmədiyi üçün ona məxsus "Volkswagen Touareg" minik markalı, **-DT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulması barədə təqdimatla Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)- 171/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə Borclu məxsus "Volkswagen Touareg" minik markalı, **-DT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulmuşdur. Görülmüş icra tədbirləri, nəticəsində icra sənədinin icrası təmin olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq borclu, tələbkar və icra şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinə əsasən təqdimata onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri araşdıraraq, təqdimatın əsaslılığını yoxlayaraq, hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-4143/2022 nömrəli, 15.11 2022-ci il tarixli icra sənədinə əsasən borclular X2 və Borclu müştərək qaydada cəmi 1720,40 manat məbləğində pul və 37,61 manat dövlət rüsumu “Expressbank" ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. - İcra məmurunun icraata başlamaq haqqında xx.xx.2023-cü il tarixli qərarının surətindən görünür ki, icra məmuru icraata başlamaq haqqında qərar qəbul etmiş və həmin tarixdə borcluya tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. - Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 8(005)-171/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından görünür ki, təqdimat təmin edilərək, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4143/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu mülkiyyətində olan “Volkswagen Touareg” minik markalı, **-DT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulması qərara alınmışdır. - “Expressbank" ASC tərəfindən Nərimanov rayon icra şöbəsinə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, icra sənədi üzrə borc ödənildiyindən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-4143/2022 nömrəli, 15.11 2022-ci il tarixli icra sənədinə xitam verilməsi xahiş olunmuşdur. - Nərimanov Rayon İcra Şöbəsinin xx.xx.2025-ci il tarixli icraata xitam verilməsi haqqında qərarından görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)- 4143/2022 nömrəli, 15.11 2022-ci il tarixli icra sənədinə tələbin borclu tərəfinən tam şəkildə təmin olunması əsası ilə xitam verilmişdir. "İcra haqqında" Azərbaycan Respublikası Qanununun: -50.4-cü maddəsinə əsasən tələbkara verilməsi və ya satılması nəzərdə tutulan əmlakın mühafizəsini təmin etmək üçün; borclunun əmlakının müsadirəsi haqqında məhkəmə qərarının icrasını təmin etmək üçün borclunun əmlakı üzərinə həbs qoyulur. - 20.1.5-ci maddəsinə əsasən icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. - 20.8-cü maddəsinə əsasən, icra sənədi məhkəməyə və ya icra sənədini vermiş digər orqana qaytarıldıqdan sonra icra məmuru təyin etdiyi bütün icra tədbirlərini ləğv edir. İşin faktiki hallarından göründüyü kimi əmlakların üzərinə həbs qoyulması zərurəti məhz Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-4143/2022 nömrəli, 15.11 2022-ci il tarixli icra sənədinin icrasının təmin edilməsi olmuşdur. Hazırda qeyd olunan icra sənədi borclu tərəfindən tam təmin edilmişdir. Məhkəmə, Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru Emil Zeynalovun təqdimatını və təqdimata əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, icra sənədi üzrə tələb tam təmin olunmaqla icraata xitam verildiyindən əmlakların üzərinə həbs qoyulması əsasları aradan qalxmışdır. Bu səbəbdən təqdimat təmin olunmalı, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 8(005)-171/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə Borclu mülkiyyətində olan “Volkswagen Touareg” minik markalı, **-DT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbs ləğv edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 8(005)-171/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə Borclu mülkiyyətində olan “Volkswagen Touareg” minik markalı, **-DT- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbs ləğv edilsin. Qərardadın icrası Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinə və Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinə həvalə edilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №8(005)-655/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-655/2025
23.09.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver