Məhkəmə qərarları › İş №8(005)-660/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-660/2025

01.10.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-660/2025 01.10.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Ramin Nizaməddin oğlunun sədrliyi Cəfərov Davud Rauf oğlunun katibliyi ilə, Borclu mülkiyyətində olan nəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbsin götürülməsinə dair Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru Emil Zeynalovun təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru Emil Zeynalov məhkəməyə müraciət edərək, Nərimanov Rayon Məhkəməsinin 8(005)-315/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə Borclu mülkiyyətində olan “Mercedes S350” markalı, **-SV-*** dövlət qeydiyyat nömrəli nəqliyyat vasitəsinin rəsmiləşdirilməsi ilə bağlı əmlakın üzərinə qoyulmuş həbsin ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 361/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən cavabdeh Borclu iddiaçı Tələbkar MMC- nin xeyrinə 46133,33 manat məbləğındə pul tutulmalıdır. İcra sənədi icraata xx.xx.2025-ci il tarixdə daxil olmuş və həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək icra edilməsi üçün borclunun ünvanına, məlumat üçün isə tələbkarın ünvana göndərilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu mülkiyyətində olan “Mercedes S350” markalı, **-SV-*** dövlət qeydiyyat nömrəli nəqliyyat vasitəsinin üzərinə Nərimanov Rayon Məhkəməsinin 8(005)-315/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə həbs qoyulmuşdur. Həmin nəqliyyat vasitəsi qiymətləndirici tərəfindən 19500 manat dəyərində qiymətləndirilmiş, Tələbkar MMC-nin rəhbəri X2 təklif edilmiş və təklif qəbul edilmişdir (yəni ümumi borc məbləğinin 46367,03 manatdan 19500 manatın çıxılması şərti ilə). Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, icra məmuru, tələbkar və borclu məhkəmə iclasına gəlməmişlər və məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2ci maddəsinə əsasən təqdimata tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: Bakı Apellyasiya Məhkəməsinin 2(103)-361/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədindən görünür ki, cavabdeh Borclu iddiaçı Tələbkar MMC- nin xeyrinə 46133,33 manat məbləğındə pul tutulmalıdır; Nərimanov Rayon Məhkəməsinin 8(005)-315/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-361/2024 saylı, xx.xx.2024-cu il tarixli icra sənədlərinin icrasını təmin etmək məqsədi ilə Borclu məxsus “Ford Expediton” markalı **-NG-*** dövlət qeydiyyat nişanlı, “Lexus GX460” markalı **-FK- *** dövlət qeydiyyat nişanlı, “Mercedes 904” markalı **-GB-*** dövlət qeydiyyat nişanlı və “Mercedes S350” markalı **-SV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin üzərinə həbs qoyulmuşdur; Nərimanov rayon İcra şöbəsinin xx.xx.2025-ci il tarixli Tələbkar MMC-nin rəhbəri X2 ünvanladığı “Borclunun üzərinə həbs qoyulmuş əmlakının tələbkara təklif olunması” haqqında təklif məktubundan görünür ki, Borclu məxsus olan “Mercedes S350” markalı **- SV-*** qeydiyyat nişanlı avtomobil tələbkara təklif edilmişdir; Tələbkar MMC-nin rəhbəri X1 Nərimanov rayon İcra şöbəsinə unvanladığı xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, təklifi qəbul etmiş və “Mercedes S350” markalı **-SV-*** qeydiyyat nişanlı avtomobili 19500 manat dəyərində qəbul etməyə razılıq vermişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 43.1-ci maddəsinə əsasən məcburi icra tədbirlərindən biri də borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsidir. Həmin Qanunun 45.1-ci maddəsinə görə, tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Həmin Qanunun 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə, əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Həmin Qanunun 53.1-ci maddəsinə əsasən qanunla dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak, yaxud icra sənədində satılmalı əmlakın müəyyən edildiyi hal istisna olmaqla, üzərinə həbs qoyulmuş əmlak və ya ipoteka predmeti həbsin səbəblərindən, əmlakın növündən və mənsubiyyətindən asılı olmayaraq, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, qiymətləndiricinin hesabatında göstərilən bazar dəyəri ilə tələbkara təklif olunur. Həmin Qanunun 53.1-2-ci maddəsinə əsasən tələbkar tərəfindən qəbul edilən daşınmaz əmlak və rəsmi reyestrdə qeydiyyata alınan daşınar əmlak üzərində hüquqların rəsmiləşdirilməsi həmin protokol əsasında “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinə uyğun olaraq həyata keçirilir. Digər əmlakın tələbkara verilməsi icra məmurunun qərarı ilə rəsmiləşdirilir. Beləliklə məhkəmə hesab edir ki, icra tədbirləri nəticəsində borclunun əmlakı tələbkara təklif edildiyindən və tələbkar tərəfindən təklif qəbul edildiyindən, hazırda həbsdə olan əmlakı adına rəsmiləşdirilməsi üçün qoyulmuş həbsin götürülməsi zərurəti yarandığından, təqdimat təmin edilməli, Nərimanov Rayon Məhkəməsinin 8(005)- 315/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə Borclu məxsus olan “Mercedes S350” markalı **-SV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbs götürülməlidir. Şərh olunanlara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264 və 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-315/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə Borclu məxsus olan “Mercedes S350” markalı **-SV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbs götürülsün. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Ramin Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar