Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-662/2024 27.12.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi, Tələbkar nümayəndəsi X6, Borclu X3 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5464/2023-012 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə borclu X4 məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 0,02 ha torpaq sahəsinin ½ pay hissəsinin üzərinə həbs qoyulmasına dair təqdimat və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhər Nərimanov rayon İcra şöbəsinin icra məmuru Zaur Əlizadə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5464/2023-012 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinin icra edilməsi məqsədilə borclu X4 məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 0,02 ha torpaq sahəsinin ½ pay hissəsinin üzərinə həbs qoyulmasına dair təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılır ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5464/2023-012 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən ilk iddia üzrə Tələbkar ilə ilk iddia üzrə borclu X3 birgə nikah dövründə əldə edilmiş borclunun mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, ev 19/3, mənzil 23 və Bakı şəhəri. Sabunçu rayonu, Zabrat qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 0,02 ha torpaq sahəsinə dair Tələbkar ½ » və X3 ½ hissədə payları müəyyən edilməlidir. İik iddia üzrə borclu qarşılıqlı iddia üzrə tələbkar X1 tərəflərin birgə nikah dövründə əldə etdkləri Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi 26, bina 7-də yerləşən 705 saylı mənzilin satışından əldə edilmiş pulun 37.150 manat hissəsi ilk iddia üzrə tələbkar, qarşılıqlı iddia üzrə borclu Tələbkar xeyrinə tutulmalıdır. İlkin iddia üzrə borclu X1 ilkin iddia üzrə iddia tərəfindən ödənilmiş 50 manat mediasiya xərci və 137,2 manat dövlət rüsumu tutularaq ilkin iddia üzrə Tələbkar xeyrinə ödənilməlidir. İlk iddia üzrə 100 manat ekspertiza xərci tərəflərdən müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab Az.MEM VÖEN **********, X2 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************4 SWİFT BİK CTREAZ 22) ödənilməlidir. İcra sənədi şöbənin icraatına xx.xx.2024-cu il tarixində daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək icra edilməsi iiçiin borcluya poçt vasitəsi ilə göndərilmişdir. Borclu X5 tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi 26, bina 7-də yerləşən 705 saylı mənzilin satışından əldə edilmiş pulun 37.150 manat məbləğində pul vəsaiti Tələbkar xeyrinə ödənilməmişdir. Tələb olunan vəsaitin ödənilməsi məqsədi ilə X8 mülkiyyətində Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 0,02 ha torpaq sahəsinin ½ pay hissəsinin olduğu müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak edən Tələbkar nümayəndəsi X7 təqdimatın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən borclu X5 təqdimatın təmin edilməsinə etiraz emədiyini bildirdi. İcra məmuruna məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə təqdimatı, əlavə olunan sənədləri və ümumilikdə icra işini araşdırıb hesab edir ki, təqdimat təmin edilməlidir. İcra haqqında Qanunun 45.6-cı maddəsinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Həmin Qanunun 45.7-ci maddəsinə əsasən tələb, borclunun əmlakına, o cümlədən nağd yaxud banklarda və ya digər kredit təşkilatlarında hesablarda və əmanətlərdə, habelə saxlancda olan pul vəsaitlərinə və başqa sərvətlərinə, icra ödənişinin ödənilməsi və icra hərəkətlərinin həyata keçirilməsi üçün çəkilən xərclər də nəzərə alınmaqla, icra sənədinin icrası üçün lazım olan miqdarda və həcmdə yönəldilir. Həmin Qanunun 50.1-ci maddəsinə əsasən İcraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 ay müddətində, təxirəsalınmaz hallarda isə qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. Həmin Qanunun 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Qanunun mənasından Aydın olur ki, borclunun əmlakına icra məmuru tərəfindən həbs qoyulması gələcəkdə həmin əmlaka tutma yönəldilməsi yolu ilə icra sənədinin icrasını təmin etmək məqsədi daşıdığından, əmlaklar üzərinə həbs borc məbləği həddində qoyulmalıdır. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 0,02 ha torpaq sahəsi ½ hissədə X3 xüsusi mülkiyyətindədir. Bu xx.xx.2024-cü il tarixində qeydiyyata alınmışdır. Qeyd edilənləri nəzərə alaraq məhkəmə təqdimatda qeyd edilən borclu X4 məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 0,02 ha torpaq sahəsinin ½ pay hissəsinin üzərinə həbs qoyulmasını, beləliklə təqdimatın təmin edilməsini ədalətli hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 231, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 231, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Borclu X4 məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 0,02 ha torpaq sahəsinin ½ pay hissəsinin üzərinə həbs qoyulsun. Qərardadın icrası Bakı Şəhəri Nərimanov Rayon İcra Şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində elektron kabinet vasitəsilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Mehriban Əfəndizadə
Məhkəmə qərarları › İş №8(005)-662/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-662/2024
27.12.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver