Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-663/2022 29.11.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi ilə, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-26/2021-043 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu məxsus Bakı şəhəri, ünvan 1 ünvanda yerləşən torpaq sahəsinin üzərinə həbs qoyulması barədə Nərimanov Rayon İcra Şöbəsinin təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru Zaur Əlizadə məhkəməyə müraciət edərək, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 26/2021-043 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu məxsus Bakı şəhəri, ünvan 1 ünvanda yerləşən torpaq sahəsinin üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-26/2021-043 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Quliyeva.Bağdagülİ Ənvər qızından maddi ziyanın əvəzi olaraq 2593 manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 15 manat pul tutularaq iddiaçı Tələbkar ödənilməli, aparılmış mühasibatlıq ekspertizası tədqiqatının dəyəri cavabdeh Borclu 250 manat məbləğində pul (Az.MEM, VÖEN **********.AZ34CTRE********************, X1, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilməlidir. İcra sənədi şöbənin icraatına xx.xx.2022-ci tarixdə daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək icra edilməsi üçün borcluya poçt vasitəsi ilə göndərilmişdir. Borclu tərəfindən icra sənədinin icrası könüllü olaraq təmin edilmədiyi üçün borclunun əmlak vəziyyətinin yoxlanılması məqsədi ilə müvafiq orqan və təşkilatlara sorğular edilmişdir. Tələb olunan vəsaitin ödənilməsi məqsədi ilə “Elektron İcra" İnformasiya Sistemindən əldə edilmiş məlumata əsasən Borclu mülkiyyətində Bakı şəhəri, ünvan 3 ünvanda yerləşən torpaq sahəsinin olduğu müəyyən edilmişdir. Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru Zaur Əlizadə xx.xx.2022ci il tarixdə dəftərxana vasitəsilə ərizə təqdim edərək Borclu xx.xx.2022-ci il tarixdə vəfat etdiyindən borcluya məxsus torpaq sahəsinin üzərinə həbs qoyulmasına dair təqdimata məhkəmə iclasında baxılmadan geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsi və tələbkar xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və nümayəndəsinin iştirakını təmin etmımiş, gəlməməsinin səbəblərini məhkəməyə bildirməmişdir. Bu halda təqdimata onların iştirakı olmadan baxılmasını məhkəmə mümkün hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə əsasən mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Mülki Prosessual Məcəlləsinin 152.2-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Mülki Prosessual Məcəlləsinin 152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-26/2021-043 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu məxsus Bakı şəhəri, ünvan 1 ünvanda yerləşən torpaq sahəsinin üzərinə həbs qoyulması barədə təqdimat baxılmadan geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə təmin edilsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-26/2021-043 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu məxsus Bakı şəhəri, ünvan 1 ünvanda yerləşən torpaq sahəsinin üzərinə həbs qoyulması barədə Nərimanov Rayon İcra Şöbəsinin təqdimatı baxılmadan geri qaytarılsın. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə ondan şikayət verilə bilər. Hakim Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №8(005)-663/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-663/2022
29.11.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver