Məhkəmə qərarları › İş №8(005)-67/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-67/2024

13.02.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-67/2024 13.02.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi ilə, Tərəflərin iştirakı olmadan, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1230/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinin icrasının təmini istiqamətində hərəkətlərin davam etdirilməsi məqsədi ilə icra sənədi tam icra olunanadək Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmurunın təqdimatına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin böyük icra məmuru İmran Cəfərquliyev təqdimatla məhkəməyə müraciət edərək Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1230/2023 nömrəli, xx.xx.2023-cü il icra sənədinin icrasının təmini istiqamətində hərəkətlərin davam etdirilməsi məqsədi ilə icra sənədi tam icra olunanadək Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1230/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə borclu "xxxx" MMC-dən 8160 manat məbləğində pul vəsaiti və 100 manat dövlət rüsumu Tələbkar xeyrinə ödənilməlidir. İcra sənədi şöbənin icraatına xx.xx.2023-cü il tarixdə daxil olmuş və həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək icra olunması üçün borcluya məlumat üçün isə tələbkara və məhkəməyə göndərilmişdir. “Elektron icra” İnformasiya sistemindən alınmış məlumatdan borclunun mülkiyyətində tələbin yönəldilə biləcəyi hər hansı daşınar və daşınmaz əmlakın, qiymətli kağızların olmadığı, eyni zamanda borclu "xxxx" MMC-nin rəhbərinin Borclu olduğu müəyyən edilmişdir. Bundan başqa borclunun "xxxx" ASC-də hesablaşma hesabları aşkar edilmiş, icra tərəfindən həmin hesablara xx.xx.2023-cü il tarixli inkasso sərəncamı tətbiq edilmiş, lakin borclu "xxxx" MMC-nin hesablarında vəsait olmadığından inkasso sərəncamı icra olunmamışdır. Eyni zamanda borclu "xxxx" MMC-nin rəhbər Borclu xx.xx.2023-cü il tarixdə şöbəyə dəvət edilmiş, qərar və bildirişin surəti şəxsən təqdim edilmiş, lakin bugünədək icra sənədinin icrası təmin edilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, tələbkar, borclu və icra məmuru məhkəmə iclasına gəlməmiş və məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı, icra işini və əlavə olunmuş materialları araşdıraraq hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1230/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən əsasən Lidercond” MMC-dən 8160 manat məbləğində pul vəsaiti və 100 manat dövlət rüsumu Tələbkar xeyrinə ödənilməlidir. elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, X1"xxxx" MMC-nin sirektrou vəzifəsində işləyir və əmək haqqı 800 manat təşkil edir. Qeyd olunan icra sənədi icra olunması üçün Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinə göndərilmişdir və icra məmuru «İcra haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə riayət etməklə, müvafiq icra tədbirləri həyata keçirilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Konvensiyanın 6-cı maddəsinə əsasən məhkəmə qətnaməsinin icrası «məhkəmə baxışının tərkib hissəsi» kimi qiymətləndirilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Burdov Rusiyaya qarşı» işdə (7 may 2002-ci il) eyni xarakterli məsələlərə bir daha toxunaraq qeyd etmişdir ki, məhkəmə qərarının icrası üçün zəruri tədbirlər görməkdən uzun müddət yayınma 6-cı maddənin 1-ci bəndində ifadəsini tapmış müddəanı faydalılıq qüvvəsindən məhrum etmiş olur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinə istinadlar bir daha göstərir ki, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin icra olunmaması ədalətli məhkəmə baxışı hüququnun pozulmasıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 231, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1230/2023 nömrəli, xx.xx.2023cü il tarixli icra sənədinin icrasının təmini istiqamətində hərəkətlərin davam etdirilməsi məqsədi ilə icra sənədi tam icra olunanadək xx.xx.1979-cu il təvəllüdlü, Şamaxı rayonunun, Cəyirli kəndində doğulmuş, ünvan 1 ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardadın icrası Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinə həvalə edilsin. Qərardaddan qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar