Məhkəmə qərarları › İş №8(005)-671/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-671/2025

02.10.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-671/2025 02.10.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi Məhkəmə iclas katibi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi ilə, Tərəflərin iştirakı olmadan, Bakı şəhəri,Nərimanov Rayon Məhkəməsinin 8(005)-402/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə Borclu məxsus nəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbsin götürülməsinə dair icra məmurunun təqdimatı və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru Zaur Əlizadə məhkəməyə təqdimat ilə müraciət edərək, Bakı şəhəri,Nərimanov Rayon Məhkəməsinin 8(005)- 402/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə Borclu±|üseyaoğlunun mülkiyyətində “Opel Astra minik" markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılır ki, AR Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin 00800/01047 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Borclu 1530 manat məbləğində inzibati cərimə tutularaq dövlət büdcəsinə ödənilməlidir.İcra sənədi şöbənin icraatına xx.xx.2024-cü il tarixində daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək icra edilməsi üçün borcluya poçt vasitəsi ilə göndərilmişdir.Belə ki, icra sənədinə “İcra Haqqında” Qanunun 20.1.5-ci maddəsinə əsasən xitam verilmişdir.Bu səbəbdən icra sənədinin icrasının təmini tədbiri olaraq Nərimanov Rayon Məhkəməsinin 8(005)-402/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə Borclu mülkiyyətində “Opel Astra minik" markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsinə dair məsələyə baxılmasını xahiş etmişdir. Tələbkar, icra məmuru və borcluya məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə təqdimatı, əlavə olunan sənədləri araşdırıb hesab edir ki, təqdimat təmin edilməlidir. “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 43.1.1-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbiri hesab edilir. Həmin Qanunun 44.1.3-cü maddəsinə əsasən könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqi üçün əsasdır. Həmin Qanunun 45.1-ci maddəsinə əsasən, tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. İş materiallarından olan xx.xx.2025-ci il tarixli ,703 nömrəli qəbzin surətindən görünür ki, Borclu AR Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin AZ69CTRE000000000 saylı hesab nömrəsinə 1532 manat pul vəsaiti ödəmişdir. İş materiallarından olan xx.xx.2025-ci il tarixli ,3912 nömrəli qəbzin surətindən görünür ki, Həsənov X1 rayon icra şöbəsinin AZ53CTRE000000000 saylı hesab nömrəsinə 108 manat pul vəsaiti ödəmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli “icraata xitam verilməsi haqqında” qərarın surətindən görünür ki, Borclu AR Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin 00800/01047 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə xitam verilmişdir. Məhkəmə hesab edir ki, tələb Borclu tərəfindən tam şəkildə təmin olunduğundan, icra məmuru tərəfindən verilmiş təqdimat təmin edilməli, borclunun əmlakının üzərinə qoyulmuş həbs götürülməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 231, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 8(005)-402/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə Borclu məxsus “Opel Astra minik" markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülsün. Qərardadın icrası Bakı Şəhəri Nərimanov Rayon İcra Şöbəsi və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X2 İdarəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar