Məhkəmə qərarları › İş №8(005)-682/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-682/2022

06.12.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-682/2022 06.12.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2341/2021-006 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə Borclu məxsus, TOYOTA RAV-4 MİNİK markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı və HOWO ZZ3317N3867W YÜK markalı, **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə qoyulmuş həbsin ləğv edilməsi barədə Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru Elzamin İsayev tərəfindən verilmiş təqdimata məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon İcra şöbəsinin icra məmuru Elzamin İsayev təqdimatla müraciət edərək Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2341/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu mülkiyyətində olan "Toyota RAV-4" minik markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı, “VAZ 21074" minik markalı, **- RV-*** dövlət qeydiyyat nişanlı və “Howo ZZ3317N3867W” minik markalı, **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-316/2022 nömrəli, xx.xx.2022ci il tarixli qərardadı ilə təqdimat təmin edilərək Borclu mülkiyyətində olan "Toyota RAV-4" minik markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı, "VAZ 21074" minik markalı, **-RV-*** dövlət qeydiyyat nişanlı və “Howo ZZ3317N3867W” minik markalı, **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulmuşdur. Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru Elzamin İsayev təqdimatla məhkəməyə müraciət edərək, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-316/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə Borclu məxsus TOYOTA RAV-4 MİNİK markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı və HOWO ZZ3317N3867W yük markalı, **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə qoyulmuş həbsin götürülməsi məsələsinə baxılmasını məhkəmədən xahiş etmişdir. İcra sənədi üzrə Tələbkar xx.xx.2022-ci il tarixdə şöbəyə ərizə ilə müraciət edərək icra sənədini məhkəməyə qaytarılmasını xahiş etdiyindən Borclu məxsus, TOYOTA RAV-4 MİNİK markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı və HOWO ZZ3317N3867W yük markalı.**-CB-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə qoyulmuş həbsin götürülməsi zərurəti yaranmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq borclunun, tələbkarın və icra şöbəsinin nümayəndələri məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinə əsasən təqdimata onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri araşdıraraq, təqdimatın əsaslılığını yoxlayaraq, hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 2341/2021 nömrəli, xx.xx.2021-ci il tarixli cra sənədinə əsasən Borclu 13271,7 manat pul tutularaq Tələbkar ödənilməsi qət edilmişdir. - Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-316/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə Borclu məxsus TOYOTA RAV-4 MİNİK markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı və HOWO ZZ3317N3867W YÜK markalı.**-CB-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulmuşdur. - Tələbkar 04 11.2022-ci il tarixdə şöbəyə ərizə ilə müraciət edərək icra sənədini məhkəməyə qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 162.1-ci maddəsinə əsasən, iddianın təmin edilməsi məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin xahişi ilə həmin məhkəmənin özü tərəfindən ləğv oluna bilər. Bu Məcəllənin 355-17.3-cü maddəsində nəzərdə tutulmuş qətnamə qəbul edildikdə bank və (və ya) onun aktivləri ilə bağlı əvvəllər qəbul edilmiş iddianı təmin etmə tədbirləri ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Məhkəmə, Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru Elzamin İsayevin təqdimatını və təqdimata əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, məcburi icra tədbiri olaraq Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2341/2021-006 nömrəli, xx.xx.2021ci il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-316/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə Borclu məxsus TOYOTA RAV-4 MİNİK markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı və HOWO ZZ3317N3867W yük markalı **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə qoyulmuş həbs ləğv edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2341/2021-006 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-316/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə Borclu məxsus TOYOTA RAV-4 MİNİK markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı və HOWO ZZ3317N3867W YÜK markalı **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə qoyulmuş həbs ləğv edilsin. Qərardadın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsinə həvalə edilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar