Məhkəmə qərarları › İş №8(005)-682/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-682/2025

26.09.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-682/2025 26.09.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Gülməmmədova Qumru Habil qızının katibliyi, Tələbkar iştirakı ilə, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-894/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu məxsus əmlakın üzərinə həbs qoyulması barədə Bakı Şəhəri Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru Vüqar Dəmirçiyevin təqdimatına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru Vüqar Dəmirçiyev təqdimatla məhkəməyə müraciət edərək, Borclu məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Adil Bünyadov küçəsində istifadədə olan 0.03141 ha torpaq sahəsində yerləşən 11 nömrəli binanın 1-ci mərtəbəsində 8.6 kv.m ümumi, 5.8 kv.m əsas, 2.8 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsinin üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-849/24 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən borclular Borclu və X1 33818 manat məbləğində pul və iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumuna görə 191 manat pul müştərək qaydada tutularaq Tələbkar ödənilməlidir. İcra sənədi şöbənin icraatına xx.xx.2025-ci il tarixdə daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək bildirişlə birlikdə borclunun ünvanına, məlumat üçün isə tərəflərə göndərilmişdir. "Elektron İcra" İnformasiya sistemindən çıxarılmış məlumata əsasən, Bakı şəhəri, Nəsimi rayonu, Adil Bünyadov küçəsində istifadədə olan 0.03141 ha torpaq sahəsində yerləşən 11 nömrəli binanın 1-ci mərtəbəsində 8.6 kv.m ümumi, 5.8 kv.m əsas, 2.8 kv.m köməkçi sahədən ibarət qeyriyaşayış sahəsi Borclu mülkiyyətindədir. İcra sənədinin icrasını təmin etmək məqsədilə məcburi icra tədbirləri kimi borclunun əmlakının üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəlməsi barədə məcburi icra tədbirləri tətbiq edilməlidir. Məhkəmə iclasında iştirak edən Tələbkar borcun ödənilmədiyini bildirmiş və təqdimatın təmin edilməsini xahiş etmişdir. Borclular və icra məmuru məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilsələr də, onlar məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəblərini məhkəməyə bildirməmişlər. Məhkəmə mülki prosessual qanunvericiliyə uyğun olaraq təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Təqdimata əlavə edilmiş Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 894/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra vərəqəsinə əsasən qətnamə ilə Borclu və X1 33818 manat məbləğində pul və iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumuna görə 191 manat pul müştərək qaydada tutularaq Tələbkar ödənilməlidir. Təqdimata əlavə edilmiş xx.xx.2025-ci il tarixli icraata başlamaq haqqında qərar və eyni tarixli bildirişin surətindən görünür ki, icra sənədi üzrə icraata başlanılmış, tələbin könüllü icrası barədə bildiriş borcluya göndərilmişdir. Təqdimata əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri. Nəsimi rayonu, Adil Bünyadov küçəsində istifadədə olan 0.03141 ha torpaq sahəsində yerləşən 11 nömrəli biņanın 1-ci mərtəbəsində 8.6 kv.m ümumi, 5.8 kv.m əsas, 2.8 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsi tam mülkiyyət hüququ üzrə Borclu adına daşınmaz əmlakın dövlət reyestrində 30 nömrəli reyestr kitabının 2932 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin tələbinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Bu Qanunun 6.1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası məhkəmələrinin qərarları icra sənədi sayılır. “İcra haqqında” Qanunun 44.1-ci maddəsinə əsasən həmin Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi və könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqi üçün əsaslardır. Məcburi icra tədbirlərindən biri də borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsidir (Qanunun 43.1.1-ci maddəsi). Həmin Qanunun 45.1-ci maddəsinə uyğun olaraq, tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Eyni Qanunun 50.2-ci maddəsinə görə icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakı üzərinə həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə təqdimat təmin edilərək, Borclu məxsus Bakı şəhəri, Nəsimi rayonu, Adil Bünyadov küçəsində istifadədə olan 0.03141 ha torpaq sahəsində yerləşən 11 nömrəli binanın 1-ci mərtəbəsində 8.6 kv.m ümumi, 5.8 kv.m əsas, 2.8 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsinin üzərinə həbs qoyulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264 və 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Borclu məxsus Bakı şəhəri, Nəsimi rayonu, Adil Bünyadov küçəsində istifadədə olan 0.03141 ha torpaq sahəsində yerləşən 11 nömrəli binanın 1-ci mərtəbəsində 8.6 kv.m ümumi, 5.8 kv.m əsas, 2.8 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsinin üzərinə həbs qoyulsun. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə şikayət verilə bilər. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar