Məhkəmə qərarları › İş №8(005)-684/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-684/2025

08.10.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-684/2025 08.10.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi ilə, "xxxx" ASC-nin borclu qismində tərəf olduğu icra sənədlərinin icrası ilə bağlı əmlakların üzərinə həbs qoyulması barədə Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru Emil Zeynalovun təqdimatına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru Emil Zeynalov təqdimatla müraciət edərək, "xxxx" ASC-nin borclu qismində tərəf olduğu icra sənədlərinin icrası ilə bağlı daşınmaz əmlakların üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin rəisi Rəşad Abbasov xx.xx.2025-ci il tarixdə dəftərxana vasitəsilə yazılı ərizə təqdim edərək, təqdimatın baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə işə tərəflərin, icra şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, təqdimat baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin -13.4-cü maddəsinə əsasən, barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. -259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, hakim ərizəni baxılmamış saxlayır. - 260.6-cı maddəsinə əsasən, iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Məhkəmə hesab edir ki, təqdimatla məhkəməyə müraciət etmiş Bakı şəhəri Nərimanov rayon İcra şöbəsi təqdimatın baxılmadan geri qaytarılması barədə ərizə verdiyindən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən, təqdimat baxılmamış saxlanılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, "xxxx" ASC-nin borclu qismində tərəf olduğu icra sənədlərinin icrası ilə bağlı əmlakların üzərinə həbs qoyulması barədə Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru Emil Zeynalovun təqdimatı baxılmamış saxlanılmalı, təqdimat və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.4, 259, 263-264, 267,268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" ASC-nin borclu qismində tərəf olduğu icra sənədlərinin icrası ilə bağlı əmlakların üzərinə həbs qoyulması barədə Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru Emil Zeynalovun təqdimatı baxılmamış saxlanılsın. Təqdimat və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar