Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-686/2025 09.10.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Ramin Nizaməddin oğlunun sədrliyi, Cəfərov Davud Rauf oğlunun katibliyi, X1 iştirakı ilə, Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru Elzamin İsayevin qərarından X2 tərəfindən verilmiş şikayətə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru Elzamin İsayevin qərarından məhkəməyə şikayət verərək, Nərimanov rayon İcra şöbəsinin icra məmuru X4 “borclunun məcburi gətirilməsi” haqqında xx.xx.2025-ci il tarixli qərarının ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Naxçıvan MR Kəngərli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(111)-82/2025 saylı icra sənədinə əsasən X5 hər həllənin şənbə günləri saat 10:00-dan 18:00-dək, hər il Azərbaycan Respublikasının Nazirlər kabineti tərəfindən müəyyən edilən rəsmi dövlət bayramı günlərinin birinci günü saat 10:00-dan 15:00-dək, uşağın doğum günündə 10:00-dan 15:00-dək uşağı-xx.xx.2021-ci il tarixdə doğulmuş X6 ilə ünsiyyət saxlaması (görüşməsi) üçün vaxt müəyyən edilmişdir. Həmin icra sənədi Nərimanov rayon icra şöbəsinə daxil olmuş, şöbənin icra məmuru Elzamin İsayev tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmişdir. İcra məmuru tərəfindən ona olan bütün müraciətlərə vaxtında dəqiq riayət edilməsinə baxmayaraq, xx.xx.2025-ci il tarixdə məcburi gətirmə haqqında qərar qəbul edilmişdir. Qeyd edilən qərar ona rəsmi olaraq xx.xx.2025-ci il tarixdə poçt vasitəsi ilə rəsmi təqdim olunmuşdur. Qərarla tanış olduqdan sonra ondan narazı qaldığı üçün şikayət vermək qərarına gəlmişdir. İcra məmuru qərarı onunla əsaslandırmışdır ki, güya bu günə qədər icra sənədi üzrə tələbi təmin etməmiş və çoxsaylı xəbərdarlıqlara baxmayaraq icra şöbəsinə getməkdən boyun qaçırmışdır. Lakin qərarda qeyd edilənlər həqiqəti əks etdirmir, tamamilə əsassız və düzgün olmayan qərar çıxarılmışdır. Avqust ayının sonununda icra sənədi aidiyyəti üzrə Nərimanov rayon İcra şöbəsinin icraatına daxil olduğu gündən icra məmuru ona qarşı qərəzlilik nümayiş etdirmiş, hər həftə 4 yaşlı körpənin istirahətini pozaraq icra şöbəsinə gətirsə də, icra məmuru rəsmi iş günü olmadığı bəhanəsi ilə şöbəyə gəlməkdən imtina etmiş, bir dəfə isə həftə içi körpə qızını şöbəyə gətirdiyi zaman pedoqoqun iştirakı olmadan uşağı dindirmiş bunu telefon vasitəsi ilə videoya belə çəkmişdir. Bu isə onu göstərir ki, o icra məmurunun bütün çağırışlarında iştirak etmişdir. Hətta xx.xx.2025-ci il tarixdə növbəti dəfə icra məmurunun çağrışı ilə şöbədə olmuş və orada icra məmuru onu qəsdən icradan yayınma barədə izahat almaq istəmiş, lakin onun bu təkidi ilə razılaşmadığı üçün icra məmuru ondan sonra hazırki qərarı qəbul etməklə öz qərəzliliyini göstərmişdir. İcra məmurunun ona qarşı qərəzliyi icraatında olan işin qanunvericiliyin tələblərini pozmaqla aparmasındanda görmək mümkündür. Məhkəmə iclasında iştirak edən X2 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək, təmin edilməsini xahiş etdi. İcra məmuru və tələbkar məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər və iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə şikayəti və ona əlavə edilən sənədləri nəzərdən keçirərək belə qənaətə gəlir ki, şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan Nərimanov rayon İcra şöbəsinin icra məmuru Elzamin İsayevin “borclunun məcburi gətirilməsi” haqqında xx.xx.2025-ci il tarixli qərarında qeyd edilmişdir ki, X2 bu günədək icra sənədi üzrə tələbi təmin etməmiş, çoxsaylı xəbərdarlıqlara baxmayaraq icra şöbəsinə getməkdən boyun qaçırmışdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tətbiq olunur. Həmin Qanunun 84.3-cü maddəsinə əsasən bu Qanunun 84.2-ci maddəsində nəzərdə tutulmuş hallarda icra məmuru müvafiq qərar qəbul edir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərarın surətini aldıqdan sonra 10 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. Qanunvericiliyin mənasına görə borclunun icra şöbəsinə məcburi gətirilməsi yalnız icra məmurunun çağırışına məhəl qoymadığı, yəni müəyyənləşdirilmiş qaydada dəvət edilməsinə baxmayaraq, bundan imtina etdiyi təqdirdə mümkündür. Hazırda icra məmurunun “borclunun məcburi gətirilməsi” haqqında qərarından borclu tərəfindən mübahisələndirilməsi, həmçinin icra məmuru tərəfindən şikayətə münasibət bildirməməsi və qərarın əsaslı olmasına dair hər hansı sübutun təqdim etməməsi, şikayətin əsaslığına dəlalət edir. Həmçinin “AZEMİS” Elektron Məhkəmə Sistemindən görünür ki, icra sənədi xx.xx.2025-ci il tarixdə Nərimanov rayon İcra şöbəsinin icraatına qəbul olmuşdur. Mübahisələndirilən qərar icra sənədinin icraata qəbul edilməsindən qısa müddətdə, yəni xx.xx.2025-ci il tarixdə qəbul edilməsi qərarın obyektiv olmamasını sübut edir. Məhkəmə hesab edir ki, şikayət təmin edilməli, Nərimanov rayon İcra şöbəsinin icra məmuru Elzamin İsayevin “borclunun məcburi gətirilməsi” haqqında xx.xx.2025-ci il tarixli qərarı ləğv edilməlidir və icra hərəkətləri davam edilməlidir. Şərh olunanlara əsaslanaraq, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsini və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Nərimanov rayon İcra şöbəsinin icra məmuru X4 “borclunun məcburi gətirilməsi” haqqında xx.xx.2025-ci il tarixli qərarı ləğv edilsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Ramin Quliyev
Məhkəmə qərarları › İş №8(005)-686/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-686/2025
09.10.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver