Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-69/2021 05.02.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əmirxanova Kəmalə Fərman qızının sədrliyi Məmmədova Nigar Ülfət qızının katibliyi Borclu "Borclu" MMC-nin nümayəndəsi və vəkili X1 iştirakı ilə, Nərimanov Rayon Məhkəməsinin 8(005)-1000/2018 saylı, xx.xx.2018-ci il tarixli qərardadı ilə borclu "Borclu" MMC-nin mülkiyyətində olan nəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbsin götürülməsinə dair Bakı şəhəri Nərimanov Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Cəmil Tağıyevin təqdimatına və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Cəmil Tağıyev borclu X2 məxsus olan avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılır ki, Bakı Apelyasiya Məhkəməsinin 2(103)- 6393/2017 nömrəli, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən borclu "Borclu" MMC-dən 3900 manat məbləğində pul vəsaiti tutularaq Tələbkar1 xeyrinə ödənilməlidir, icra sənədi üzrə borclu "Borclu" MMC-dən 8000 manat məbləğində pul vəsaiti tutularaq Tələbkar2 xeyrinə ödənilməlidir. Ekspertiza tədqiqatının dəyəri olan 73,04 manat tərəflərdən müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməlidir. İcra sənədi şöbənin icraatına xx.xx.2018-ci il tarixində daxil olmuş və icra sənədinin könüllü olaraq təmin edilməsi üçün borclunun ünvanına bildiriş göndərilmişdir. İcra sənədi üzrə tələbkar eyni zamanda Tələbkar1 etibarnamə üzrə nümayəndəsi Tələbkar2 xx.xx.2020-ci il tarixli ərizəsinə və xx.xx.2020-ci il tarixli qəbzə əsasən müəyyən edilir ki, icra sənədinin icrası tam təmin edilmişdir. Qeyd edilənləri nəzərə alaraq, icra sənədinin icrasının təmini tədbiri olaraq Nərimanov Rayon Məhkəməsinin 8(005)-1000/2018 saylı, xx.xx.2018-ci il tarixli qərardadı ilə borclu "Borclu" MMC-nin mülkiyyətində olan “Mercedes GL500” minik markalı, 90-AD- 090 dövlət qeydiyyat nişanlı, “Hyundai Accent” minik markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı, “Hyundai Accent” minik markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı və “Chevrolet Lacetti” minik markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə qoyulmuş həbsin ləğv edilməsini xahiş etmişdir. Borclu "Borclu" MMC-nin nümayəndəsi və vəkili X3 məhkəmə iclasında təqdimatı müdafiə etdi və təmin edilməsinə dair qərardad qəbul edilməsini xahiş etdi. İcra məmuru və tələbkara məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə təqdimatı, əlavə olunan sənədləri və ümumilikdə icra işini araşdırıb hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, təqdimata əlavə edilmiş Tələbkar1 Bakı şəhəri Nərimanov Rayon İcra və Probasiya Şöbəsinə ünvanlandığı ərizədən görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4084/2014 saylı, xx.xx.2014-cü il tarixli icra sənədinə əsasən borclu "Borclu" MMC tələbkara olan borcunu tam ödəmişdir. “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 43.1.1-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbiri hesab edilir. Həmin Qanunun 44.1.3-cü maddəsinə əsasən könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqi üçün əsasdır. Həmin Qanunun 45.1-ci maddəsinə əsasən, tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Məhkəmə hesab edir ki, icra sənədi üzrə borclunun Banka borcu olmadığından təqdimat əsaslı olduğundan təmin olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 231, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Nərimanov Rayon Məhkəməsinin 8(005)-1000/2018 saylı, xx.xx.2018-ci il tarixli qərardadı ilə borclu "Borclu" MMC-nin mülkiyyətində olan “Mercedes GL500” minik markalı, 90-AD- 090 dövlət qeydiyyat nişanlı, “Hyundai Accent” minik markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı, “Hyundai Accent” minik markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı və “Chevrolet Lacetti” minik markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə qoyulmuş həbs götürülsün. Qərardadın icrası Bakı Şəhəri Nərimanov Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Kəmalə Əmirxanova
Məhkəmə qərarları › İş №8(005)-69/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-69/2021
05.02.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver