Məhkəmə qərarları › İş №8(005)-696/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-696/2025

29.10.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-696/2025 29.10.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Ramin Nizaməddin oğlunun sədrliyi Cəfərov Davud Rauf oğlunun katibliyi ilə, X1 Nərimanov Rayon Məhkəməsinin 2(005)-4828/2014 saylı, xx.xx.2014-cü il tarixli icra sənədinə əsasən tutulmalı olan pulun indeksasiyasına dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 ərizə ilə məhkəməyə müraciət edərək, Nərimanov Rayon Məhkəməsinin 2(005)- 4828/2014 saylı, xx.xx.2014-cü il tarixli məhkəmə qərarı ilə müəyyən edilmiş və icra müddəti ərzində borclu tərəfindən tələbkara ödənilməyən əsas 741 manat məbləğin indeksləşdirilərək 2014-cü il tarixdən - 2025-ci ilin aprel ayınadək 205.9 faiz artımını nəzərə alaraq, cəmi 2266,71 manat məbləğində indeksləşdirilmənin müəyyən olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Nərimanov Rayon Məhkəməsinin 2(005)- 4828/2014 saylı, xx.xx.2014-cü il tarixli məhkəmə qərarına əsasən Borclu1 və X2 müştərək qaydada cəmi 741 manat məbləğində pulun X5 xeyrinə tutulması ödənilməsi qərara alınmışdır. Hazırda qəbul olunmuş məhkəmə qərarı qanuni qüvvəsini almasına və həmçinin icra məmuru tərəfindən məcburi icra tədbirlərinin görülməsinə baxmayaraq, məhkəmə qərarı icra olunmamışdır. Ərizəçi (tələbkar) məhkəməyə ərizə ünvanlayaraq, işə onun iştirakı olmadan baxılmasını və ərizənin təmin edilməsini xahiş etdi. Müvafiq qaydada məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq icra məmuru və borclu məhkəməyə gəlməmişlər, bunun üzrlü səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232.2-ci maddəsinə əsasən ərizəyə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, ərizə qismən təmin edilməlidir. Belə ki, Nərimanov Rayon Məhkəməsinin 2(005)-4828/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsinə əsasən Borclu1 və X2 müştərək qaydada cəmi 741 manat tutularaq X6 ödənilməlidir; Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin İstehlak qiymətləri indeksinin hesablanmasına dair kalkulyatoruna (https://www.azstat.gov.az/pr03101011/) əsasən 2014-cü ilin avqust ayından 2025-ci ilin aprel ayınadək olan müddət ərzində istehlak qiymətləri indeksi 205.9% (yəni qiymətlərin səviyyəsi 2.1 dəfə artmışdır) müəyyən edilmişdir. Mülki Prosessual Məcəllənin: 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. 232.3-cü maddəsinə əsasən ödənilməli pul məbləğlərinin indeksasiyası barədə məhkəmə qərardadından şikayət verilə bilər. Məhkəmə verilmiş ərizəni, habelə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə qismən təmin edilməli, məhkəmə icra sənədi ilə borclulardan tələbkarın xeyrinə tutulacaq pul məbləği inflyasiya göstəricisi kimi qəbul olunmuş istehlak qiymətlərinə istinad olunmaqla indeksasiya olunmalıdır. Belə ki, Nərimanov Rayon Məhkəməsinin 2(005)-4828/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsinə əsasən Borclu1 və X2 müştərək qaydada cəmi 741 manat pul məbləği ödəməli olduğu qərara alınmış, iş üzrə çıxarılmış məhkəmə aktı icraya yönəldilmişdir. Lakin məhkəmə qətnaməsinin icrasını təmin etmək mümkün olmamış və icra sənədin verildiyi tarixdən 10 ilə yaxın müddət ötmüşdür. Bu səbəbdən də icra sənədidə tutulması tələb olunan məbləğin indeksasiya olunmasına ehtiyac vardır. Ödənilməli olan pul vəsaiti 2014-cü ilin avqust ayından 2025-ci ilin aprel ayınadək olan müddət ərzində istehlak qiymətləri indeksi 205.9% (yəni qiymətlərin səviyyəsi 2.1 dəfə artmışdır) müəyyən edilmişdir. Məhkəmə ərizənin “2266,71 manat məbləğində indeksləşdirilmənin müəyyən olunması” hissəsində qeyd edir ki, ərizəçi indeksasiya məbləğinin hesablanmasını yanlış aparmışdır. Belə ki, 741 manat pul məbləğinin 2014-cü ilin avqust ayından 2025-ci ilin aprel ayınadək indeksasiya edilmiş məbləği 1525,71 manat etdiyi halda, ərizəçi həmin məbləğin üstünə indeksasiya ediləcək, yəni əsas məbləği də cəmləmişdir. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Nərimanov Rayon Məhkəməsinin 2(005)-4828/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsi ilə borclular Borclu1 və X4 tərəfindən X6 ödənilməli olan 741 manat pul məbləği 2014-cü ilin avqust ayından 2025-ci ilin aprel ayınadək indeksasiya edilmiş məbləğinin 1525,71 manat olduğu müəyyən edilməlidir. Ərizə qalan hissədə təmin edilməməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 232, 267-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Nərimanov Rayon Məhkəməsinin 2(005)-4828/2014 saylı, xx.xx.2014-cü il tarixli icra sənədi əsasən tutulmalı olan pulun indeksasiyasına dair ərizəsi qismən təmin edilsin. Nərimanov Rayon Məhkəməsinin 2(005)-4828/2014 saylı, xx.xx.2014-cü il tarixli icra sənədi ilə borclular Borclu1 və X4 tərəfindən X6 ödənilməli olan 741 manat pul məbləğinin 2014-cü ilin avqust ayından 2025-ci ilin aprel ayınadək indeksasiya edilmiş məbləği 1525,71 manat olduğu müəyyən edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə 10 gün müddətinə şikayət verilə bilər. Hakim Ramin Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar