Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-7/2023 31.01.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi, Bakı Şəhəri Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru Zaur Əlizadənin iştirakı ilə, Bakı Şəhəri Nərimanov rayon İcra Şöbəsinin icra məmuru Zaur Əlizadənin hərəkətsizliyindən borclu X6 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X6 məhkəməyə ərizə ilə müraciət edərək, icra sənədinin icrası ilə bağlı Bakı Şəhəri Nərimanov rayon İcra Şöbəsinin icra məmuru Zaur Əlizadənin hərəkətsizliyinin qanunsuz hesab edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1761/2021 nömrəli xx.xx.2021-ci il tarixli qərarı ilə qanuni qüvvəyə minmiş Bakı Apellyasiya Məhkəməsinin 2(103)-161/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən verilmiş icra vərəqində öz əksini tapmış “Tərəflərin birgə nikah dövründə əldə edilmiş və məhkəmə tərəfindən bazar dəyəri müəyyən edilmiş Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi 8, 157 nömrəli kooperativ mənzildə yerləşən 50-dən çox sayda daşınar əmlaklar üzərində 1/2 hissədə payın tanınması qət edilmişdir” tələbi Nərimanov rayon İcra şöbəsində icra məmuru Zaur Əlizadənin icraatına verilmiş və o icra vərəqində konkret icra üsulu göstərilmədiyini bildirərək icra etmir. 2015-ci ildən başlayaraq, artıq 7 ildən çoxdur ki, birgə nikah müddətində əldə olunmuş daşınar əmlakın bölünməsinə dair iddia tələbinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi 8, 157 nömrəli kooperativ mənzildə yerləşən həmin 50-dən çox daşınar əmlakların üzərinə məhkəmə tərəfindən həbs qoyularaq satılması qadağan edilmiş, eyni zamanda onlara baxılması və saxlanması məsuliyyəti onun üzərinə qoyulmuşdur. Hazırda isə bu tələb üzrə qanuni qüvvəyə minmiş Nərimanov rayon İcra şöbəsində icra məmurunun qanunsuz hərəkətləri və hərəkətsizliyi səbəbindən icra olunmur. İlk öncə icra məmuru Elgiz Qəmbərovun icraatında olan icra sənədi üzrə aparılan prosessual hərəkətlərdən ancaq icra sənədinin materialları ilə tanış olduqda onun xəbəri olmuşdur ki, icra məmuru “icraata başlamaq haqqında” xx.xx.2021-ci il tarixli qərarı və bildirişi tərəflərə göndərdikdən sonra, tələbkarın şikayəti əsasında “İcra sənədinin izah olunması barədə” xx.xx.2021-ci il tarixli ərizəsi ilə apellyasiya məhkəməsinə müraciət edərək işin icraatını dayandırmışdır. Lakin bu barədə heç bir məlumat verilməmişdir. Bütün bunlardan Apellyasiya məhkəməsindən ona bu barədə bildiriş gələndə xəbəri olmuşdur. Apellyasiya məhkəməsinin hakimi Rafael Eyvazov icra məmurunun “icra sənədinin izah olunmasına” dair müraciətinə məhkəmə iclasında baxaraq 2(103)-161/2020 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə təmin etməyərək qeyd etmişdir ki, qətnamənin əsaslandırıcı hissəsində bütün məhkəmə aktları üzrə icra edilməli olan hissələrin nədən ibarət olması və sair zəruri hallar İcra sənədində ətraflı şərh olunmuşdur. Bu barədə o, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)- 4753/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən eyni Tələbkar “uşaqlarla ünsiyyət hüququnun təmin edilməsinə” dair icra sənədini icra edən Nərimanov rayon İcra Şöbəsinin icra məmuru Zaur Əlizadənin yanında olanda onun sözgəlişi “bu işin icrasını da mənə veriblər” ifadəsindən bilmişdir. Şifahi olaraq ona məlum olmuşdur ki, icra məmuru Elqiz Qəmbərov pensiyaya çıxmış və bu işin icrası başqa icra məmuruna verilmişdir. Hazırda icra məmuru Elqiz Qəmbərovun yerinə təyin edildiyini bildirən icra məmuru Zaur Əlizadə heç bir prosessual hərəkətlər etmədən, yəni iş üzrə icra məmurunun dəyişdirilməsi barədə, bu icra sənədini icraatına nə vaxt qəbul etməsi barədə, dayandırılmış icraatın təzələnməsi barədə və sair hallar barədə tərəflərə hər hansı bir rəsmi məlumat vermədən poçt vasitəsi ilə ona 122706/2021-15-28-006 nömrəli, xx.xx.2022-ci il tarixli “Xəbərdarlıq” məktubunu göndərmişdir. Həmin «Xəbərdarlıq» məktubunda göstərilmişdir ki, “İcraatımda olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-161/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən, sizdən 6755 manat məbləğində pul vəsaiti tutularaq Tələbkar xeyrinə ödənilməlidir.» “Xəbərdarlıq” məktubundan məlum olur ki, icra məmuru Zaur Əlizadə bu icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul etmədən, tərəflərə bu barədə rəsmi məlumat vermədən birbaşa “Xəbərdarlıq” məktubu göndərmişdir ki, bu da onun nə məhkəmə tərəfindən verilmiş icra vərəqinin icrasını və nə də icra qanununa uyğun prosessual hərəkətləri düzgün icra etmədiyini göstərir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-4753/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədini icra edən icra məmuru Zaur Əlizadənin hərəkət və hərəkətsizliyindən dəfələrlə İcra şöbəsinin rəisinə yazılı və şifahi şikayət etməyinə baxmayaraq, daşınar əmlakla bağlı icra sənədi də ona verilmişdir. Hazırda bu icra sənədi üzrə də icra məmuru Zaur Əlizadə öz qanunsuz hərəkətləri və hərəkətsizliyi ilə bütün prosessual ardıcıllığı pozmaqla yanaşı icra sənədini düzgün icra etməyərək onun prosessual, maddi və konstitusion hüquqlarını tamamilə pozmuşdur. Yəni, hazırda Bakı Apellyasiya Məhkəməsinin 2(103)-161/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə qüvvədə saxladığı “Tərəflərin birgə nikah dövründə əldə edilmiş məhkəmə tərəfindən bazar dəyəri müəyyən edilmiş Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi 8, 157 nömrəli kooperativ mənzildə yerləşən 50-dən çox daşınar əmlaklar üzərində 1/2 hissədə payın tanınması qət edilmişdir.» hissəsi icra məmuru Zaur Əlizadə tərəfindən icra olunmur və bu hal onu çıxılmaz vəziyyətə saldığı üçün ondan məhkəməyə şikayət edə bilər. Həmin İcra vərəqini icraatına qəbul edən icra məmuru konkret icra üsulu göstərilmədiyini təkidlə bildirərək onu icra etmədiyi üçün çarəsiz qalıb qətnamənin həmin hissəsinin icra olunması üçün “İcra Vərəqinin verilməsinə dair” xx.xx.2022-ci il tarixli ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak etmiş Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru Zaur Əlizadə bildirmişdir ki, icra sənədi onun icraatına daxil olduqdan sonra icra hərəkətlərinə başlamış, tərəfləri dəfələrlə icra şöbəsinə dəvət etmiş, onlaz öz aralarında razılığa gəlmələri üçün vaxt istəmişlər. Bu səbəbdən şikayət əsassız olduğundan təmin edilməməlidir. Borclu və tələbkara məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə müvafiq olaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və ona əlavə edilən sənədləri nəzərdən keçirərək hesab edir ki, şikayət aşağıdakılara əsasən təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Nərimanov Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(005)-5/2018 saylı qətnaməsi ilə iddiaçı Tələbkar cavabdeh X5 qarşı birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi tələbinə dair ilkin iddiası qismən təmin edilmiş, tərəflərin birgə nikah dövründə əldə etdikləri əmlakın dəyəri olaraq 60558 manat məbləğində pul vəsaitinin ½ hissəsi, yəni 30279 manat və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdeh X2 iddiaçı Tələbkar xeyrinə tutulması, qarşılıqlı iddianın təmin edilməməsi, keçirilmiş ekspertizanın dəyəri olaraq 150 manat pulun cavabdeh X2 tutulub dövlət büdcəsinə keçirilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli qətnaməsi ilə Nərimanov Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(005)-5/2018 saylı qətnaməsinin ilkin iddianın təmin edildiyi hissədə ləğv edilməsi, həmin hissədə yeni qətnamə qəbul edilərək Tələbkar ilkin iddia tələbi qismən təmin edilərək, tərəflərin birgə nikah dövründə əldə edilmiş məhkəmə tərəfindən bazar dəyəri müəyyən edilmiş daşınar əmlaklar üzərində ½ hissədə payının tanınması, cavabdeh X2 Tələbkar xeyrinə 9000 ABŞ dolları pul və 15 manat dövlət rüsumu tutulması, ilkin iddianın qalan hissədə təmin edilməməsi, qətnamətinin qalan hissədə dəyişdirilmədən saxlanılması, dövlət büdcəsinə ödənilməli olan 150 manat ekspertiza xərcinin tərəflər arasında bərabər bölünməsi qət edilmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018ci il tarixli, 2(102)-7776/2018 saylı qərarı ilə ilk iddia üzrə cavabdeh Məmmədova Mərziyə Yusif qızının kassasiya şikayəti təmin edilməmiş, iddiaçı Tələbkar kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli qətnaməsinin qismən - əmlakların qiymətləndirilməsi zamanı aşınmanı nəzərə alınması hissəsində ləğv edilmiş və iş həmin hissədə baxılması üçün yenidən apellyasiya baxışına qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iş üzrə Nərimanov Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(005)- 5/2018 saylı qətnaməsinin qismən ləğv edilməsi, ilk iddianın aşınmanın nəzərə alınması hissədə qismən təmin edilməsi, cavabdeh X2 6755 manat pul vəsaitinin tutulaq iddiaçı Tələbkar xeyrinə tutulması qət edilmişdir. Nərimanov rayon İcra şöbəsinin böyük icra məmuru Elgiz Qəmbərovun “İcraata başlamaq” haqqında xx.xx.2021-ci il tarixli qərarının surətindən görünür ki, Apellyasiya Məhkəməsinin 2(103)-161/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə icraata başlanması qərara alınmışdır; Nərimanov rayon İcra şöbəsinin icra məmuru Zaur X1 ünvanladığı xx.xx.2022-ci il tarixli, 122706/2021-15-28-006 nömrəli xəbərdarlıq məktubunun surətindən görünür ki, apellyasiya Məhkəməsinin 2(103)-161/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə tələb 10 gün müddətində borclu tərəfindən təmin edilmədiyindən, barəsində məcburi icra tədbirləri tətbiq olunacağı xəbərdar edilmişdir; Bakı Apellyasiya Məhkəməsi tərəfindən X5 ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubun surətindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-161/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən verilmiş icra vərəqəsi xx.xx.2021-ci il tarixli məktubla Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsinə göndərilmiş, sonuncu tərəfindən icraata başlanılmışdır. Müraciətdə göstərilən analoji məsələ ilə bağlı əvvəllər icra məmurunun və iddiaçının müraciəti üzrə (icra sənədinin izah olunması) Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı qəbul edilmiş (qərardad xx.xx.2021-ci il tarixdə elektron kabinetinə yerləşdirilmişdir), qərardadın əsaslandırıcı hissəsində bütün məhkəmə aktları üzrə icra edilməli olan hissələrin nədən ibarət olması və sair zəruri hallar ətraflı şərh olunmuşdur. İcra sənədinin düzgün icra olunmaması ilə bağlı icra məmurunun hərəkətlərindən (hərəkətsizliyindən) narazı qaldığı halda şikayət etmək hüququ var; X3 (X4 etibarnamə üzrə nümayəndəsi) tərəfindən Nərimanov rayon İcra şöbəsinə ünvanladığı xx.xx.2023-cü il tarixli ərizəsinin surətindən görünür ki, Nərimanov Rayon Məhkəməsinin 2(005)-5/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar olaraq qarşı tərəflə razılıq əldə edilməsi məqsədi ilə 10 gün müddət verilməsi və 10 gün müddətində icra sənədinin icrasının dayandırılmasını xahiş etmişdir; Tələbkar tərəfindən Nərimanov rayon İcra şöbəsinə ünvanladığı xx.xx.2023-cü il tarixli ərizəsinin surətindən görünür ki, Nərimanov Rayon Məhkəməsinin 2(005)-5/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar olaraq qarşılıqlı razılaşma olması ehtimalı ilə bağlı xx.xx.2023-cü il tarixədək icra sənədinin icrasının dayandırılmasını xahiş etmişdir; Tələbkar tərəfindən Nərimanov rayon İcra şöbəsinə ünvanladığı xx.xx.2023-cü il tarixli ərizəsinin surətindən görünür ki, Nərimanov Rayon Məhkəməsinin 2(005)-19/2020- 088 saylı, xx.xx.2020-ci il tarixli və Apellyasiya Məhkəməsinin 2(103)-161/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədlərinin icrası ilə bağlı qarşılıqlı razılaşma ərəfəsində olmaları səbəbindən xx.xx.2023-cü il tarixədək icra sənədinin icrasının dayandırılmasını xahiş etmişdir; X3 tərəfindən Nərimanov rayon İcra şöbəsinə ünvanladığı xx.xx.2023-cü il tarixli ərizəsinin surətindən görünür ki, Nərimanov Rayon Məhkəməsinin 2(005)-19/2020-088 saylı, xx.xx.2020-ci il tarixli və Apellyasiya Məhkəməsinin 2(103)-161/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinin icrası ilə bağlı qarşılıqlı razılaşma ərəfəsində olmaları səbəbindən xx.xx.2023-cü il tarixədək icra sənədinin icrasının dayandırılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ hissəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Mülki Prosessual Məcəllənin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Mülki Prosessual Məcəllədə olduğu kimi, "İcra haqqında” Qanunda da bu mövqedən çıxış edilərək qətnamənin icrasının təmin edilməsi və icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət məqsədilə icra məmurunun icra sənədini vermiş məhkəməyə müraciət etməsi müəyyən edilmişdir. Həmin Qanunun 29.1-ci maddəsinə uyğun olaraq, tərəflər digər hüquqlarla yanaşı, icra məmuruna etiraz etmək və onun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət vermək hüququna malikdirlər. Eyni Qanunun 87.1-ci maddəsinə əsasən, icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət verə bilər. Bu Qanunun digər maddələrində başqa müddət müəyyən edilməyibsə, icra məmurunun hərəkətlərindən şikayət müvafiq hərəkətin edildiyi vaxtdan 10 gün müddətində verilir Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X6 qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrinin icrasını tələb etsə də, iş materiallarından göründüyü kimi, icra sənədi üzrə tərəflər özləri icra məmuruna ərizə verərək, icra hərəkətlərinin müvəqqəti dayandırılmasını xahiş etmişlər. Belə ki, iş materiallarından göründüyü kimi, icra hərəkətlərinin dayandırılması barədə X3 tərəfindən xx.xx.2023-cü il tarixdə ərizə verilmiş və Nərimanov Rayon Məhkəməsinin 2(005)-19/2020-088 saylı, xx.xx.2020-ci il tarixli və Apellyasiya Məhkəməsinin 2(103)-161/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinin icrası ilə bağlı qarşılıqlı razılaşma ərəfəsində olmaları səbəbindən xx.xx.2023-cü il tarixədək icra sənədinin icrasının dayandırılması xahiş edilmişdir. Göründüyü kimi, icra məmuru tərəfindən icra sənədinin icrası ilə bağlı müvafiq icra tədbirləri görülmüş, ərizəçi isə bu istiqamətdə şikayətini əsaslandıra bilməmişdir. Beləliklə, məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, borclunun icra məmurunun hərəkətsizliyindən verdiyi şikayətin dəlilləri əsassızdır. Həmçinin, qeyd edilməlidir ki, hazırki vəziyyətdə şikayətin təmin olunmaması gələcəkdə tərəflərin icra məmurlarının hərəkət və ya hərəkətsizliyi ilə bağlı müraciət imkanlarını aradan qaldırmır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, borclunun icra məmurunun hərəkətsizliyindən verdiyi şikayət təmin edilməməlidir. Yuxarıda qeyd olunanlara əsaslanaraq və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsini və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 266-268-ci maddələrini rəhbər tutub, məhkəmə: QƏRARA ALDİ: X4 Bakı Şəhəri Nərimanov rayon İcra Şöbəsinin icra məmuru Zaur Əlizadənin hərəkətsizliyinin qanunsuz hesab edilməsi barədə şikayəti təmin edilməsin. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Nərgiz Tağıyeva
Məhkəmə qərarları › İş №8(005)-7/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-7/2023
31.01.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver