Məhkəmə qərarları › İş №8(005)-708/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-708/2025

15.10.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-708/2025 15.10.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Ramin Nizaməddin oğlunun sədrliyi, Cəfərov Davud Rauf oğlunun katibliyi, Tələbkar LPO Tələbkar1 ASC-nin nümayəndəsi X2 iştirakı ilə, İcra sənədlərinin icrasının təmin edilməsi məqsədi ilə borclu “X1 Company” MMC-nin rəhbəri Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Nərimanov Rayon İcra şöbəsinin icra məmuru Emil Zeynalovun təqdimatına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Nərimanov Rayon İcra şöbəsinin icra məmuru Emil Zeynalov təqdimatla məkhəməyə müraciət edərək, borclu “X1 Company” MMC-nin rəhbəri Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 2(82)-133/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən Tələbkar1 ASC-nin xeyrinə ******* ABŞ dolları əsas, 30340,18 ABŞ dolları faiz, 444,44 ABŞ dolları cərimə, müqavilə müddəti bitdiyi tarixdən xx.xx.2017-ci il tarixədək illik 5%-lə hesablanmış 74722,33 ABŞ dolları faiz, cəmi 1105506,95 ABŞ dolları məbləğində borc pul; Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-392/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən "xxxx" MMC-nin xeyrinə ƏDV daxil olmaqla 450526,86 manat pul və 30 manat dövlət rüsumu; Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-407/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən LPO Tələbkar3 ASC-nin xeyrinə xx.xx.2015-ci il tarixli, 144/15 saylı kredit müqaviləsi üzrə 2977410,87 manat əsas borc, 1000 manat müddət sonuna hesablanan faiz borcu, 148870,54 manat məbləğində cərimə borcu və kredit müqaviləsinin müddəti bitdikdən sonra Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən 378792,83 manat faiz borcu, xx.xx.2015-ci il tarixli, 147/15 saylı kredit müqaviləsi üzrə 2974216,27 manat əsas borc, müddət sonuna hesablanan 1000 manat müddət sonuna hesablanan faiz borcu, 148710,81 manat məbləğində cərimə borcu və kredit müqaviləsinin müddəti bitdikdən sonra Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 378386,40 manat faiz borcu, xx.xx.2015-ci il tarixli, 148/15 saylı kredit müqaviləsi üzrə 4524133,84 manat əsas borc, müddət sonuna hesablanan 1566,76 manat faiz borcu, 226206,70 manat cərimə borcu və kredit müqaviləsinin müddəti bitdikdən sonra Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən 543871,94 manat kredit borcu, 26,68 manat məbləğində dövlət rüsumu; Bakı Kommersiya Məhkəməsinin e-2- 2(113)-227/2020 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Tələbkar4 MMC-nin xeyrinə ƏDV daxil 467021,40 manat borc və ödənilmiş dövlət rüsumunun dəyəri 29,24 manat məbləğində pul; Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-542/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə Tələbkar5 MMC-nin xeyrinə 78329,58 manat məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu; Bakı Kommersiya Məhkəməsinin e-2- 2(113)-936/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən tələbkar "xxxx" MMCnin xeyrinə 43000,88 manat məbləğində pul; Nərimanov Rayon Məhkəməsinin 3(005)- 958/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən dövlət nəfinə 8500 ABŞ dolları məbləğində cərimə; Nərimanov Rayon Məhkəməsinin 3(005)-1565/2022 saylı, xx.xx.2022ci il tarixli icra sənədinə əsasən dövlət nəfinə 3200 ABŞ dolları məbləğində inzibati cərimə; Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3341/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Tələbkar7 Dilavər oğlunun xeyrinə 24110,2 manat məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu; Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 1672/2022-026 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Tələbkar8 xeyrinə 4838,68 manat məbləğində pul vəsaiti və 116,80 dövlət rüsumu; Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3434/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Tələbkar9 MMC-nin xeyrinə 12570 manat məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu; Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-274/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə tələbkar "xxxx" MMC-nin xeyrinə 21027,6 manat məbləğində pul vəsaiti, mediasiya sessiyası ilə bağlı ödənilmiş vəsaitin əvəzi qisminndə 200 manat və dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 30 manat məbləğində pu; Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2399/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə Tələbkar11-nin xeyrinə xx.xx.2018-ci il tarixli, 323 saylı alqı-satqı müqaviləsi üzrə 26105,85 manat məbləğində əsas borc, gecikdirilmiş vaxt üçün illik 5% olmaqla 1015,13 manat, 30 manat məbləğində dövlət rüsumu; Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 1913/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Tələbkar12 xeyrinə xx.xx.2020-ci il tarixli, HA 048/0620 saylı müqavilə üzrə 95097 manat əsas borc, gecikdirilmiş vaxt üçün illik 5% olmaqla 5011,65 manat, 396 manat mediasiya xərci; Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-353/2022-071 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən 281647,30 manat əsas borc və 49934,99 manat ƏDV olmaqla, ümumilikdə 331582,29 manat məbləğində pul vəsaiti Tələbkar13, ekspertizasının keçirilməsinə xərclənmiş 112 manat məbləğində pul vəsaiti Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına; Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2493/2022- 024 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Tələbkar14 xeyrinə 24157,77 manat pul, 200 manat mediasiya xərci, 223 manat dövlət rüsumu, vəkilin göstərdiyi yardıma görə ödənilən 750 manat pul; Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3330/2021-098 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Tələbkar15 184468,81 manat əsas borc və 11038,60 manat faiz borcu olmaqla, cəmi 195507,41 manat məbləğində pul və ödənilmiş 30 manat dövlət rüsumu; Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 2813/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Tələbkar16 xx.xx.2019-cu il tarixli, HX 015/0119 saylı Xidmət Müqaviləsi üzrə 17095 manat məbləğində pul, mediasiya xərcinin əvəzi olaraq olaraq 200 manat məbləğində pul; Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2845/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Tələbkar17 xeyrinə 14538,20 manat və 200 manat məbləğində mediasiya xərci; Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2723/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Tələbkar18 xx.xx.2020-ci il tarixli, HX10/0720 saylı xidmət müqaviləsi üzrə 14016,73 manat məbləğində pul, mediasiya xərci olaraq 200 manat məbləğində, dövlət rüsumunun əvəzi olaraq 136 manat məbləğində pul; Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 1185/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən Tələbkar19-yə 272391,41 manat məbləğində əsas borc və 2000 manat cərimə olmaqla, ümumilikdə 274391,41 manat məbləğində pul vəsaiti, həmçinin iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 29,7 manat məbləğində pul vəsaiti; Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-426/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə Tələbkar20 MMC-nin xeyrinə 107483,47 manat məbləğində pul vəsaiti; Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1112/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən iddiaçı "xxxx" MMC-yə 14869,47 manat məbləğində əsas borc, 743,47 manat faiz borcu və ödənilmiş 200 manat məbləğində rüsum, ümumilikdə 15812,94 manat pul; Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1360/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Tələbkar22 15327,2 manat məbləğində borc və mediasiya xərclərinin əvəzi olaraq 170 manat məbləğində pul vəsaiti; Bakı Kommersiya Məhkəməsinin e-2- 2(113)-1692/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən iddiaçı Tələbkar23 4538,13 manat məbləğində əsas borc və ödənilmiş 70 manat məbləğində mediasiya xərci, ümumilikdə 4608,13 manat; Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4439/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Tələbkar24 MMC-yə ƏDV daxil 290427,50 manat əsas borc, 400 manat mediasiya xərci və 180,43 manat məbləğində dövlət rüsumu; Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3429/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Tələbkar25 MMC-yə 545564,19 manat məbləğində əsas borc, 400 manat mediasiya xərci, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 370 manat olmaqla, cəmi 546334,19 manat məbləğində pul vəsaiti; Bakı Kommersiya Məhkəməsinin e-2- 2(113)-1958/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən iddiaçı Tələbkar26 54411 manat məbləğində pul və 400 manat mediasiya xərci olmaqla, cəmi 54811 manat məbləğində pul; Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-105/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Tələbkar27 MMC-yə 383784,05 manat pul vəsaiti, 821 manat dövlət rüsumunun dəyəri və iddia ərizəsi verilərkən artıq ödənilmiş 400 manat dövlət rüsumu; Nərimanov Rayon Məhkəməsinin e-2(005)-776/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən ödənilməmiş 6682 manat məbləğində əmək haqqı və xx.xx.2021-ci il tarixdən başlayaraq ödəmənin həyata keçiriləcəyi günədək hər gecikdirilmiş gün üçün 3036 manat məbləğində əmək haqqının 1 %-i məbləğində yəni, günlük 30,36 manat ödənc, xx.xx.2021-ci il tarixdən başlayaraq ödəmənin həyata keçiriləcəyi günədək hər gecikdirilmiş gün üçün 2168 manat məbləğində əmək haqqının 1%-i yəni, günlük 21,68 manat ödənc, xx.xx.2021-ci il tarixdən başlayaraq ödəmənin həyata keçiriləcəyi günədək hər gecikdirilmiş gün üçün 1478 manat məbləğində əmək haqqının 1 %-i yəni, günlük 14,78 manat məbləğində pul Tələbkar28, Tələbkar28 işlədiyi dövrlər üzrə 15188,61 manat məbləğində məcburi dövlət sosial sığorta haqları sosial sığortanın pensiya kapitalı yığımı; Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3897/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən xx.xx.2020- ci il tarixli, HX 002/0820 nömrəli xidmət müqaviləsinə əsasən Tələbkar29 xeyrinə yaranmış 85468,20 manat əsas borc, ödənilmiş 347 manat dövlət rüsumu və mediasiya xərcinin əvəzi olaraq 400 manat, cəmi 86215,20 manat məbləğində pul; Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-5657/2022 saylı, xx.xx.2022ci il tarixli icra sənədinə əsasən "xxxx" MMC-yə cəmi 33415,49 manat pul vəsaiti; Nərimanov Rayon Məhkəməsinin 3(005)-339/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən dövlət nəfinə 300 manat məbləğində inzibati cərimə; Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-755/2023-008 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Tələbkar31 MMC-nin xeyrinə 16523,73 manat məbləğində pul vəsaiti və 83 manat dövlət rüsumu; Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3940/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Tələbkar32 MMC-yə 592169 manat məbləğində pul vəsaiti, ilkin mediasiya sessiyasının keçirilməsinə görə və dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 856 manat məbləğində pul vəsaiti; Bakı Apellyasiya Məhkəməsinin 2- 2(103)-600/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Tələbkar33 xeyrinə 94667,82 manat məbləğində pul vəsaiti və 62 manat dövlət rüsumu; Nərimanov Rayon Məhkəməsinin 2(005)-582/2024-010 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən iddiaçı Tələbkar34 xeyrinə 2021-ci ilin sentyabr ayından (sentyabr ayı daxil olmaqla) xx.xx.2022-ci il tarixədək ödənilməmiş əmək haqqı, əmək haqqı ödəmədiyi hər gecikdirilmiş gün üçün əmək haqqının bir faizi məbləğində ödəncin ödəniş gününə qədər hesablanmaqla pul və mediasiya xərci kimi ödənilmiş 50 manat məbləğində vəsait; Nərimanov Rayon Məhkəməsinin 3(005)-1028/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə 1200 manat məbləğində inzibati cərimə Borclu tutulmalıdır. İcra sənədlərinin icrasını təmin etmək məqsədilə, borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır Məhkəmə iclasında iştirak edən tələbkar LPO Tələbkar1 ASC-nin nümayəndəsi X3 təqdimatın təmin olunmasını xahiş etdi. Borclu məhkəməyə ərizə və ona əlavə edilmiş sübutlar ünvanlayaraq, şirkətdə direktor vəzifəsindən azad olunduğundan təqdimatın təmin olunmamasını xahiş etmişdi. İcra məmuru, borclu və tələbkarlar məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilsələr də, onlar məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəblərini məhkəməyə bildirməmişlər. Məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, təqdimat təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Borclu əmək müqaviləsinə işəgötürən “X1 Company” MMC tərəfindən Əmək Məcəlləsinin 68.2.a bəndinə əsasən xx.xx.2025-ci il tarixdə xitam verilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin Qanunun 43-cü maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi, tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi, tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi, icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi, bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlər məcburi icra tədbirləridir. Həmin Qanunun 44.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi və könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqi üçün əsaslardır. Həmin Qanununun 84-1.1-ci maddəsinə əsasən icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu fiziki şəxs və ya borclu hüquqi şəxsin icra orqanının rəhbəri tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, onların ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclu fiziki şəxsin və ya borclu hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmə qərarı dərhal “Elektron məhkəmə” informasiya sistemindən “Elektron icra” informasiya sisteminə ötürülür. “Elektron icra” informasiya sistemi vasitəsilə bu barədə dərhal “Girişçıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminə məlumat ötürülür və həmin məlumat-axtarış sistemində borclu fiziki şəxs və ya borclu hüquqi şəxsin icra orqanının rəhbəri barədə məhdudiyyət tətbiq edilir, bununla bağlı “Elektron icra” informasiya sistemi vasitəsilə borclu fiziki şəxsə və ya borclu hüquqi şəxsin icra orqanının rəhbərinə və tələbkara məlumat verilir, o cümlədən borclu fiziki şəxsin və ya borclu hüquqi şəxsin icra orqanının rəhbərinin adına qeydə alınmış mobil telefon nömrəsinə (nömrələrinə) SMS göndərilir. Həmin Qanunun 84-1.2-ci maddəsinə əsasən borclu fiziki şəxsin və ya borclu hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqda bu barədə məlumat dərhal “Elektron icra” informasiya sisteminə daxil edilir və “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminə ötürülür və həmin məlumat-axtarış sistemində borclu fiziki şəxsin və ya borclu hüquqi şəxsin icra orqanının rəhbərinin barəsində tətbiq edilmiş məhdudiyyət götürülür və bununla bağlı “Elektron icra” informasiya sistemi vasitəsilə borclu fiziki şəxsin və ya borclu hüquqi şəxsin icra orqanının rəhbərinin adına qeydə alınmış mobil telefon nömrəsinə (nömrələrinə) SMS göndərilir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, “X1 Company” MMC-nin rəhbəri qurumun fəaliyyətinə bilavasitə rəhbərlik və adından çıxış edən, sərəncam verici səlahiyyətlərə malik, müəssisənin öhdəliklərinə görə cavabdeh şəxsdir. İşin hallarından göründüyü kimi Borclu MMC-nin direktoru vəzifəsindən öz xahişi ilə xx.xx.2025-ci il tarixdə azad edilmişdir. Qanunvericiliyin tələblərinə əsasən hüquqi şəxsin icra orqanının rəhbəri tərəfindən icra sənədləri üzrsüz səbəbdən icra edilmədikdə, onun ölkədən getmək hüququ məhdudlaşdırıla bilər. Mövcud vəziyyət üzrə Borclu artıq hüquqi şəxsin icra orqanının rəhbəri qismində çıxış etmədiyindən, onun ölkədən getmək hüququnu məhdudlaşdırmaq üçün əsas mövcudd deyildir və bu səbəbdən təqdimat təmin olunmamalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231, 263, 264, 267 və 268-ci maddəsinin tələbini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İcra sənədləri üzrə borclu “X1 Company” MMC-nin rəhbəri Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Nərimanov Rayon İcra şöbəsinin icra məmuru Emil Zeynalovun təqdimatı təmin edilməsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Ramin Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar