Məhkəmə qərarları › İş №8(005)-726/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-726/2022

13.12.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-726/2022 13.12.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, Tələbkar nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, X1 Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-2054/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsinin və icra sənədinin icra edilməsinə 3 ay müddətinə möhlət verilməsinə dair ərizəsi üzrə işə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 ərizə ilə məhkəməyə müraciət edərək, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-2054/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsinin və icra sənədinin icra edilməsinə 3 ay müddətinə möhlət verilməsinə dair qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. X2 ərizəsini onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim Kəmalə Əmirxanova) e-2(005)-2054/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə cavabdehlər X6, X7 və X5 Tələbkar məxsus Bakı şəhəri, Nərimanov rayonu, Qafur Rəşad küçəsi, ev 20, 16 saylı mənzilindən istifadə hüququna xitam verilməsi, cavabdehlər X6, X7 və X8 Bakı şəhəri, Nərimanov rayonu, Qafur Rəşad küçəsi, ev 20, 16 saylı mənzildən çıxarılsın, mənzil əşyaları ilə birlikdə boşaldılsın və mənzil Tələbkar təhvil verilməsi qət edilmişdir. Ərizəsində bildirmişdir ki, məhkəmənin qətraməsini və icra sənədini icra etməkdən imtina etmir. Lakin, göstərilən mənzildə ona məxsus olan əşyaları hazırda başqa yerdə saxlamağa imkanım olmadığı üçün adıgedən icra sənədinin hal-hazırda tərəfindən icra edilməsi mümkünsüzdür. O. əşyalarını saxlamaq üçün yer tapmağa çalışsa da, belə bir hal olduqda, boşaldılması tələb olunan mənzili dərhal azad edib müvafiq qaydada təhvil verməyi öhdəsinə götürür. Həmçinin bildirmişdir ki, göstərilən mənzil satılarkən alıcı ilə aralarında olan şifahi razılığa əsasən, o, yeni mənzil alana kimi tələbkar onun əşyalarını saxlamağa söz vermişdir. Bu səbəbdən göstərdiklərini nəzərə alaraq, Nərimanov rayon Məhkəməsinin e-2(005)-2054/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinin və icra sənədinin icra edilməsinə 3 ay müddətə qədər möhlət verilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Tələbkar nümayəndəsi və vəkili Vəkil X2nın ərizəsinin təmin olunmasına etiraz etdiyini bildirdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq borclu və icra məmuru məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin üzrlü səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinə əsasən təqdimata onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını təqdim edilmiş ərizə ilə birlikdə tədqiq edərək hesab edir ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)- 2054/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsinin və icra sənədinin icra edilməsinə 3 ay müddətinə möhlət verilməsinə dair X1 ərizəsi təmin olunmamalıdır. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixdə icra məmurları tərəfindən tərtib edilmiş mənzilin boşaldırlaraq tələbkara təhvil verilməsi barədə aktdan görünür ki, mənzilə baxış keçirilən zaman müəyyən edilmiş borclu və onun ailə üzvlərinə aid şəxsi əşyalar siyahıya alınaraq Mehman Musatafayevin saxlancına verilmişdir. Eyni zamanda həmin aktın sonunda Mehman Musatafayevin saxlancına verilmiş əşyaların X4 xx.xx.2022-ci il tarixdə təhvil verilməsi göstərilmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 nömrəli qərarının 14-cü bəndinə əsasən məhkəmələr qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin içra üsulunun və qaydasının dəyişdirilməsinin müstəsna hal olub, qətnamənin içrası ücün çətinlik törədən və yaxud borclu ücün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilməsini nəzərə almalıdırlar. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Belə ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Kutic Xorvatiyaya qarşı” iş üzrə 1 mart 2002-ci il tarixli Qərarındakı hüquqi mövqeyə görə məhkəmənin bir sira fərdlərə məhkəmədə mülki iddia qaldırmaq hüququ verməklə həmin iş üzrə yekun qərarın qəbul olunmasının təmin edilməməsi məhkəməyə müraciət etmək hüququnu qeyri-real edərdi. Eyni mövqeni təkrarlayaraq İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Çuykina Ukraynaya qarşı” iş üzrə 13 yanvar 2011-ci il tarixli Qərarında bir daha qeyd edilmişdir ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə tərəflərə verilən prosessual təminatların təfsilatı ilə izah edilməsi müqabilində mülki mubahisələrin qəti həllinin təmin edilməməsi ağlasığmaz olardı. Məhkəmə müdafiəsi hüququnun məzmununa gəldikdə isə o, bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Göstərilən əsaslardan çıxış edərək məhkəmə hesab edir ki, qətnamənin icrasına möhlət verilməsi tələbkarın qanunla qorunan mənafelərinin və pozulmuş hüquqlarının real müdafiəsi müddətini uzatdığına görə, belə qətnamənin icrasına möhlətin verilməsi müstəsna xarakter daşımalı, icra hərəkətlərinin həyata keçirilməsinə ciddi maneələr və çətinliklər olduqda tətbiq edilməli, işdə iştirak edən şəxslərin hüquqlarının əsassız məhdudlaşdırılmasına yönəlməməlidir. Ərizədən göründüyü kimi borclunun hal-hazırda ərizədə qeyd etdiyi hallar müstəsna hal kimi qiymətləndirilə bilməz. Bundan başqa qətnamənin icrasını çətinləşdirən əsaslarla bağlı hər hansı sübut ərizəyə əlavə edilməmiş, habelə belə sübutların əlavə edilməsi üçün təxirə salınmış, ərizəçi təkrar məhkəmə iclasında iştirak etməyərək həmin sübutları məhkəmə iclasında təqdim etməmişlər. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, borclunun hal-hazırda ərizədə qeyd etdiyi hallar müstəsna hal kimi qiymətləndirilə bilməz. Bundan başqa qətnamənin icrasını çətinləşdirən əsaslarla bağlı hər hansı sübut ərizəyə əlavə edilməmişdir. Eyni zamanda icra hərəkətlərinin həyata keçirilməsinə ciddi maneələr və çətinliklər olmadığından və tələbkarın qətnamənin icrasına möhlət verilməsinə etirazı nəzərə alınaraq hazırki ərizədə qeyd edilən əsaslarla qətnamənin icrasına möhlət verilməsi ilə bağlı ərizə əsaslı hesab edilərək təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4-cü maddəsinə əsasən qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi, icra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə məhkəmə qərardadından şikayət verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-2054/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsinin və icra sənədinin icra edilməsinə 3 ay müddətinə möhlət verilməsinə dair X2 tərəfindən verilmiş ərizə təmin edilməsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına şikayət verilə bilər. Hakim Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar