Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-73/2023 15.02.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Ramin Nizaməddin oğlunun sədrliyi Cəfərov Davud Rauf oğlunun katibliyi ilə, Borclu mülkiyyətində olan “Hyundai İ30” minik markalı, **-TM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbsin götürülməsinə dair Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru Cəmil Tağıyevin təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru Cəmil Tağıyev məhkəməyə müraciət edərək, Nərimanov Rayon Məhkəməsinin 8(005)-719/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə Borclu məxsus “Hyundai İ30” minik markalı, **-TM-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərindən həbsin götürülməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Nərimanov Rayon Məhkəməsinin 2(005)- 2352/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən borclu X4, Borclu, X1 və X2 müştərək qaydada xx.xx.2019-cu il tarixli, 056R********** saylı kredit razılaşması üzrə cəmi 1616,34 manat məbləğində kredit borcu, habelə 37,87 manat məbləğində dövlət rüsumu tutularaq Tələbkar QSC-nin xeyrinə ödənilməlidir. İcra sənədi şöbənin icraatına xx.xx.2022-ci il tarixdə daxil olmuş və icraata başlamaq haqqında qərar qəbul edilərək icra olunması üçün borclulara, məlumat üçün müvafiq məhkəməyə göndərilmişdir. İcra sənədi üzrə Tələbkar QSC-nin xx.xx.2023-ci il tarixli məktubuna əsasən müəyyən edilir ki, icra sənədinin icrası tam təmin edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, icra məmuru, tələbkarın nümayəndəsi və borclu məhkəmə iclasına gəlməmişlər və məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Nərimanov Rayon Məhkəməsinin 8(005)-719/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadından görünür ki, Nərimanov Rayon Məhkəməsinin 2(005)- 2352/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə Borclu məxsus “Hyundai İ30” minik markalı, **-TM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulması qərara alınmışdır. İş materiallarında olan Tələbkar QSC-nin xx.xx.2023-cü il tarixli məktubun surətindən görünür ki, Nərimanov Rayon Məhkəməsinin 2(005)-2352/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə Borclu bank qarşısında öhdəliyi mövcud deyildir və icra sənədinin icrasına xitam verilməsi xahiş edilmişdir. İş materiallarında olan Bakı Şəhəri Nərimanov Rayon İcra şöbəsinin icra məmuru Cəmil Tağıyevin xx.xx.2023-cü il tarixli qərarının surətindən görünür ki, Nərimanov Rayon Məhkəməsinin 2(005)-2352/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə icraata xitam verilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 43.1-ci maddəsinə əsasən məcburi icra tədbirlərindən biri də borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsidir. Həmin Qanunun 45.1-ci maddəsinə görə, tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Həmin Qanunun 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə, əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. “İcra haqqında” Qanunun 20.1.5-ci maddəsinə əsasən isə icra sənədi tam icra olunduqda icraata xitam verilir. Qanunun 20.2 və 20.3-cü maddələrinə görə, icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən əsaslandırılmış qərar qəbul edilir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və onun surəti 3 gün müddətində tərəflərə, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. İcra məmuru icraata xitam verilməsi barədə qərar qəbul etdikdən sonra icraat üzrə hər hansı icra hərəkətlərinin həyata keçirilməsinə yol verilmir. Beləliklə məhkəmə hesab edir ki, Nərimanov Rayon Məhkəməsinin 2(005)- 2352/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi tam icra edildiyindən və icra sənədi üzrə icraata xitam verildiyindən təqdimat təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-719/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə Borclu məxsus olan “Hyundai İ30” minik markalı, **-TM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbs götürülməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264 və 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-719/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə Borclu məxsus olan “Hyundai İ30” minik markalı, **-TM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbs götürülsün. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Ramin Quliyev
Məhkəmə qərarları › İş №8(005)-73/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-73/2023
15.02.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver