Məhkəmə qərarları › İş №8(005)-732/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-732/2025

16.10.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-732/2025 16.10.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi X2 Tərəflərin iştirakı olmadan, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3342/2024 saylı,xx.xx.2024-cü il tarixli icra sənədi üzrə Borclu məxsus nəqliyyat vasitəsinə həbs qoyulmasına dair icra məmuru X3 təqdimat və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhər Nərimanov rayon İcra şöbəsinin icra məmuru X4 Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3342/2024 saylı,xx.xx.2024-cü il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə Borclu məxsus “BMW 75" minik markalı **-VU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılır ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3342/2024- 010 nömrəli, xx.xx.2024-ci il tarixli icra sənədinə əsasən İcra sənədi üzrə Borclu 247.000 (iki yüz qırx yeddi min) manat məbləğdə pul vəsaiti və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 567 manat məbləğində dövlət rüsumunun 504,63 (beş yüz dörd manat altmış üç qəpik) manat məbləğində olan hissəsinin əvəzi tutularaq Tələbkar ödənilməlidir.Apellyasiya şikayəti ilə bağlı ödənilmiş 285 manat məbləğində dövlət rüsumunun 253.65 manat məbləğində olan hissəsinin əvəzi Borclu alınaraq Tələbkar oğuna ödənilməlidir. İcra sənədi xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə Borclu icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasitəsilə sorğular edilmişdir. Belə ki, “Elektron icra" informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, Borclu məxsus olan BMW 745 minik markalı, **-VU-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. İcra məmuru, borcluya məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə təqdimatı, əlavə olunan sənədləri və ümumilikdə icra işini araşdırıb hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3342/2024 saylı,xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən, cavabdeh Borclu 247.000 (iki yüz qırx yeddi min) manat məbloğdə pul vəsaiti və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 567 manat məbləğində .dövlət rüsumunun 504.63 (beş yüz dörd manat altmış üç qəpik) manat məbləğində olan (hissəsinin əvəzi tutularaq iddiaçı Tələbkar ödənilməsi, apellyasiya şikayəti ilə bağlı ödərilmiş 285 manat məbləğində dövlət rüsumunun 1253.65 manat məbləğində olan hissəsinin əvəzi cavabdeh Borclu alınaraq iddiaçı Tələbkar ödənilməsi qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “icraata başlamaq haqqında” qərarın surətindən görünür ki, Bakı şəhər Nərimanov rayon İcra şöbəsinin icra məmuru X4 Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3342/2024 saylı,xx.xx.2024-cü il tarixli icra sənədi üzrə icraata başlaması qərara almışdır. İş materiallarında olan Bakı şəhər Nərimanov rayon İcra Şöbəsi tərəfindən Borclu göndərilmiş xx.xx.2024-cü il tarixli ”tələbin könüllü icrası” haqqında bildirişin surətindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3342/2024 saylı,xx.xx.2024-cü il tarixli icra sənədində gösətirlən tələbin 10 gün müddətində könüllü icra edilməsi xahiş edilmişdir. Bu müddətdə tələbi üzrsüz səbəbdən icra edilmədiyi halda, icra məcburi qaydada təmin ediləcəyi, həmçinin «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 78, 79 və 81-ci maddələrinə müvafiq olaraq icra ödənişi və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər X1 tutulacağı qeyd edilmişdir. İş materiallarında olan Bakı şəhər Nərimanov rayon İcra Şöbəsinin icra məmuru X4 tərəfindən xx.xx.2024-cü il tarixli”borclunun axtarışı haqqında” qərarın surətindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3342/2024 saylı,xx.xx.2024-cü il tarixli icra sənədi üzrə Borclu barəsində axtarış elan edilməsi qərara alınmışdır. İcra haqqında Qanunun 45.6-cı maddəsinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Həmin Qanunun 45.7-ci maddəsinə əsasən tələb, borclunun əmlakına, o cümlədən nağd yaxud banklarda və ya digər kredit təşkilatlarında hesablarda və əmanətlərdə, habelə saxlancda olan pul vəsaitlərinə və başqa sərvətlərinə, icra ödənişinin ödənilməsi və icra hərəkətlərinin həyata keçirilməsi üçün çəkilən xərclər də nəzərə alınmaqla, icra sənədinin icrası üçün lazım olan miqdarda və həcmdə yönəldilir. Həmin Qanunun 50.1-ci maddəsinə əsasən İcraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 ay müddətində, təxirəsalınmaz hallarda isə qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. Həmin Qanunun 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Qanunun mənasından aydın olur ki, borclunun əmlakına icra məmuru tərəfindən həbs qoyulması gələcəkdə həmin əmlaka tutma yönəldilməsi yolu ilə icra sənədinin icrasını təmin etmək məqsədi daşıdığından, əmlaklar üzərinə həbs borc məbləği həddində qoyulmalıdır. Qeyd edilənləri nəzərə alaraq məhkəmə təqdimatda qeyd edilən “BMW 75" minik markalı **-VU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulmasını, beləliklə təqdimatın təmin edilməsini ədalətli hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 231, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 231, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Borclu məxsus “BMW 75" minik markalı **-VU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulsun. Qərardadın icrası Bakı Şəhəri Nərimanov Rayon İcra Şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində elektron kabinet vasitəsilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar