Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-735/2022 15.12.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi ilə, Bakı şəhəri Nərimanov Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3, Borclu iştirakı ilə, Nərimanov Rayon Məhkəməsinin 2(005)-1363/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə icra sənədi üzrə Borclu avtomobilin üzərinə həbs qoyulması barədə Bakı şəhəri Nərimanov Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Vüsal Şirinovun təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Vüsal Şirinov Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1363/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə Borclu mülkiyyətində olan avtomobilin üzərinə həbs qoyulması barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Nərimanov Rayon Məhməməsinin 2(005)-1363/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən, Borclu 20 iyul 2017-ci il təvəllüdlü X1 və 05 yanvar 2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa 175 (bir yüz yetmiş manat) manat olmaqla, cəmi 350 (üç yüz əlli) manat sabit məbləğdə aliment tutulub X4 verilməsi, Borclu 05 yanvar 2019-cu il təvəllüdlü X2 üç yaşınadək, yəni 05 yanvar 2022ci il tarixə kimi hər ay 20 (iyirmi) manat tutulub X4 verilməsi, alimentin və əlavə xərcin tutulma vaxtı 26 yanvar 2021-ci il tarixdən hesablanması, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 1363/2021 nömrəli, 30 mart 2021-ci ıl tarixli qərardadı ilə müvəqqəti alimentin tutulması nəzərə alınması, qətnamə alimentin və əlavə xərcin tutulma hissəsində dərhal icra ediməsi qət edilmişdir. İcra sənədi şöbənin icraatına xx.xx.2021-ci il tarixdə daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək, tələbin dərhal icra edilməsinə dair bildirişlə birlikdə borcluya poçt vasitəsi ilə göndərilmişdir. Belə ki, Borclu tərəfindən Nərimanov Rayon Məhkəməsinin 2(005)- 1363/2021-015 nömrəli, xx.xx.2021-ci il icra sənədi üzrə xx.xx.2022-ci il tarixdə 100 manat məbləğində aliment ödənişi edilmiş və onun xx.xx.2022-ci il tarixə ödənilməmiş aliment borcu 1440 manat təşkil etmişdir. Lakin buna baxmayaraq, xx.xx.2022-ci il tarixdə tərəfimizdən Borclu barəsində inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün Nərimanov Rayon Məhkəkəməsinə təqdim edilmiş və məhkəmənin 3(005)-3791/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarına əsasən inzibati xəta haqqında protokola xitam verilmişdir. Elektron icra” informasiya sistemindən əldə edimiş çıxarışa əsasən, Borclu məxsus “HYUNDAİ TUCSON” minik markalı **- RM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin olması müəyyən edilmişdir. Qeyd edilənləri nəzərə alaraq, Nərimanov Rayon Məhməməsinin 2(005)-1363/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə icra sənədi üzrə Borclu məxsus “HYUNDAİ TUCSON” minik markalı **-RM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5 məhkəmə iclasında izahat verərək təqdimatın təmin edilməsini xahiş etmişdir. Borclu X6 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, icra sənədi üzrə hər ay aylıq ödənişdən əlavə ödəniş edərək keçmiş borcunu tam ödəməyə çalışır. İcra sənədinin icrasından yayınmır. Bu səbəbdən təqdimatın təmin edilməməsini xahiş etmişdir. Tələbkara məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və məhkəmə təqdimata onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, təqdimat təmin edilməməlidir. Belə ki, “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinə əsasən icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs bir qayda olaraq icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. İcra vərəqinin icraya yönəldilməsini təsdiq edən xx.xx.2021-ci il tarixli “İcraata başlamaq haqqında” qərarın və həmin tarixli, e155228/2021-15-18-003 nömrəli müvafiq bildirişin surətindən görünür ki, Borclu icraata başlama haqqında qərarın surəti göndərilmiş və o, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən verilmiş 2(005)-1363/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Nərimanov Rayon Məhməməsinin 2(005)- 1363/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə icra sənədi üzrə Borclu məxsus “HYUNDAİ TUCSON” minik markalı **-RM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulması barədə Bakı şəhəri Nərimanov Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Vüsal Şirinovun təqdimatı təmin edilməməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263- 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Nərimanov Rayon Məhməməsinin 2(005)-1363/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə icra sənədi üzrə Borclu məxsus “HYUNDAİ TUCSON” minik markalı **-RM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulması barədə Bakı şəhəri Nərimanov Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Vüsal Şirinovun təqdimatı təmin edilməsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №8(005)-735/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-735/2022
15.12.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver