Məhkəmə qərarları › İş №8(005)-735/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-735/2025

16.10.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-735/2025 16.10.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi X1 iştirakı ilə, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2573/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu məxsus əmlakın üzərinə qoyulmuş həbsin ləğv edilməsi barədə Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru İmran Cəfərquliyev tərəfindən verilmiş təqdimata məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsi məhkəməyə müraciət edərək Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2573/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu məxsus əmlakın üzərinə qoyulmuş həbsin ləğv edilməsi barədə icra məmurunun təqdimatına baxılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru təqdimatı onunla əsaslandırmışdır ki, icra sənədi üzrə cavabdehlər X2 və X3 müştərək qaydada xx.xx.2019cu il tarixli kredit müqaviləsi üzrə 1675,56 (min altı yüz yetmiş beş manat 56 qəpik) manat əsas borc, 5,86 (beş manat 86 qəpik) manat faiz borcu və 3,58 (üç manat 58 qəpik) manat cərimə borcu olmaqla cəmi 1685 (min altı yüz seksən beş) manat borc və 36,85 (otuz altı manat 85 qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. İcra sənədi icraata xx.xx.2022-ci il tarixdə daxil olmuş və "İcra haqqında Azerbaycan Respublikası Qanununun 8.2-ci maddəsinin tələblərinə uyğun olaraq həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək icra edilməsi üçün borclunun ünvanına, məlumat üçün isə tələbkarın ünvana göndərilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2573/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu mülkiyyətində olan “Vaz 21061" minik markalı, **-EJ-*** dövlət qeydiyyat nişanlı, "Fiat Doblo" minik markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı, "Vaz 2101" minik markalı, **-DB-*** dövlət qeydiyyat nişanlı və "FORD Transit" yük markalı, **- RA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin üzərinə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-579/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə həbs qoyulmuşdur. Aparılmış icra tədbirləri nəticəsincə icra sənədi tam icra olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq borclu, tələbkar və icra şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinə əsasən təqdimata onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri araşdıraraq, təqdimatın əsaslılığını yoxlayaraq, hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2573/2022 saylı, xx.xx.2022ci il tarixli icra sənədinə əsasən cavabdehlər Borclu və X3 müştərək qaydada xx.xx.2019cu il tarixli kredit müqaviləsi üzrə 1675,56 (min altı yüz yetmiş beş manat 56 qəpik) manat əsas borc, 5,86 (beş manat 86 qəpik) manat faiz borcu və 3,58 (üç manat 58 qəpik) manat cərimə borcu olmaqla cəmi 1685 (min altı yüz səksən beş) manat borc və 36,85 (otuz altı manat 85 qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu “YELO BANK" ASC-nin xeyrinə tutulmalıdır. - Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 8(005)-579/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadından görünür ki, təqdimat təmin edilərək, Nərimanov Rayon Məhkəməsinin 2(005)-2573/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ile Borclu mülkiyyətində olan “Vaz 21061 minik” markalı, **-EJ-*** dövlət qeydiyyat nişanlı, "Fiat Doblo minik" markalı, **-BJ-*** dövlət qeydyyat nişanlı, “Vaz 2101 minik” markalı, **-DB-*** dövlət qeydiyyat nişanlı, “Ford Transıt yük" markalı, **-RA-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulmuşdur. - “Yelo Bank" ASC tərəfindən Nərimanov rayon icra şöbəsinə ünvanlanmış 03 sentyabr 2025-ci il tarixli məktubdan görünür ki, tələb olunan borc məbləği banka ödənildiyindən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2573/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi xahiş olunmuşdur. - Nərimanov Rayon İcra Şöbəsinin xx.xx.2025-ci il tarixli icraata xitam verilməsi haqqında qərarından görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 2573/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə tələbin borclu tərəfinən tam şəkildə təmin olunması əsası ilə xitam verilmişdir. "İcra haqqında" Azərbaycan Respublikası Qanununun: -50.4-cü maddəsinə əsasən tələbkara verilməsi və ya satılması nəzərdə tutulan əmlakın mühafizəsini təmin etmək üçün; borclunun əmlakının müsadirəsi haqqında məhkəmə qərarının icrasını təmin etmək üçün borclunun əmlakı üzərinə həbs qoyulur. - 20.1.5-ci maddəsinə əsasən icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. - 20.8-cü maddəsinə əsasən, icra sənədi məhkəməyə və ya icra sənədini vermiş digər orqana qaytarıldıqdan sonra icra məmuru təyin etdiyi bütün icra tədbirlərini ləğv edir. İşin faktiki hallarından göründüyü kimi əmlakların üzərinə həbs qoyulması zərurəti məhz Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2573/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin icrasının təmin edilməsi olmuşdur. Hazırda qeyd olunan icra sənədi borclu tərəfindən tam təmin edilmişdir. Məhkəmə, Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinin icra məmurunun təqdimatını və təqdimata əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, icra sənədi üzrə tələb tam təmin olunmaqla icraata xitam verildiyindən əmlakların üzərinə həbs qoyulması əsasları aradan qalxmışdır. Bu səbəbdən təqdimat təmin olunmalı, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 8(005)-579/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə Borclu mülkiyyətində olan “Vaz 21061 minik” markalı, **-EJ-*** dövlət qeydiyyat nişanlı, "Fiat Doblo minik" markalı, **-BJ- *** dövlət qeydyyat nişanlı, “Vaz 2101 minik” markalı, **-DB-*** dövlət qeydiyyat nişanlı, “Ford Transıt yük" markalı, **-RA-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə qoyulmuş həbs ləğv edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 8(005)-579/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə Borclu mülkiyyətində olan “Vaz 21061 minik” markalı, **-EJ-*** dövlət qeydiyyat nişanlı, "Fiat Doblo minik" markalı, **-BJ-*** dövlət qeydyyat nişanlı, “Vaz 2101 minik” markalı, **-DB-*** dövlət qeydiyyat nişanlı, “Ford Transıt yük" markalı, **-RA-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə qoyulmuş həbs ləğv edilsin. Qərardadın icrası Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinə və Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinə həvalə edilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar