Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-74/2021 08.02.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əmirxanova Kəmalə Fərman qızının sədrliyi Məmmədova Nigar Ülfət qızının katibliyi Borclu iştirakı ilə, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən verilmiş 8(005)-94/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərardadı ilə üzərinə həbs qoyulmuş Borclu məxsus “QAZ 32213“ yük markalı, **-GF-*** dövlət qeydiyyat nişanlı və “TOYOTA CAMRY” minik markalı, **-UT-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə qoyulmuş həbsin götürülməsinə dair Bakı şəhəri Nərimanov Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Emil Zeynalovun təqdimatına və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Emil Zeynalov Borclu məxsus olan avtomobillərin üzərinə qoyulmuş həbsin götürülməsi barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılır ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2597/2019 №-li, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən xx.xx.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Borclu X1 xeyrinə hər ay 160 (bir yüz altmış) manat sabit pul məbləğində aliment tutulmalıdır. Aliment məbləği xx.xx.2019-cu il tarixdən hesablanmalıdır. Ödənilmiş 20 (iyirmi) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməli, dövlət rüsumunun çatışmayan hissəsində 10 (on) manat məbləğində pul vəsaiti Borclu tutularaq dövlət gəlirlərinə alınmalıdır. Həmçinin, Bakı Şəhəri Nərimanov RPİ 18-ci Polis Şöbəsi tərəfindən verilmiş ******* nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən Borclu Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 100 manat inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. Borclu icra sənədlərinin icrasını təmin etmədiyi üçün icra sənədləri üzrə tələbin yönəldilməsi barədə təqdimatla Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)- 94/2020 nömrəli, xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə Borclu məxsus "QAZ 32213" yük markalı, **-GF-*** dövlət qeydiyyat nişanlı və ‘TOYOTA CAMRY” minik markalı, **-UF-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulmuşdur. Aparılan icra tədbirləri nəticəsində Bakı Şəhəri Nərimanov Rayon Məhkəmesinin 2(005)-2597/2019 №-li, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən Borclu qalıq aliment borcunun X1 xeyrinə tam ödənilməsi təmin edilmişdir. Həmçinin, aparılan icra tədbirləri nəticəsində Bakı Şəhəri Nərimanov RPİ 18-ci Polis Şöbəsi tərəfindən verilmiş ******* nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədinin icrası təmin olunmuşdur. Qeyd edilənləri nəzərə alaraq, Borclu məxsus "QAZ 32213” yük markalı, **-GF-*** dövlət qeydiyyat nişanlı və TOYOTA CAMRY' minik markalı, **-UF-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərindən həbsin götürülməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Borclu məhkəmə iclasında təqdimatın təmin edilməsinə dair qərardad qəbul edilməsini xahiş etdi. İcra məmuru və tələbkara məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə təqdimatı, əlavə olunan sənədləri və ümumilikdə icra işini araşdırıb hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, təqdimata əlavə edilmiş qəbzlərdən görünür ki, Borclu tələbkara olan aliment borcunu tam ödəmişdir. “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 43.1.1-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbiri hesab edilir. Həmin Qanunun 44.1.3-cü maddəsinə əsasən könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqi üçün əsasdır. Həmin Qanunun 45.1-ci maddəsinə əsasən, tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Məhkəmə hesab edir ki, icra sənədi üzrə borclunun Banka borcu olmadığından təqdimat əsaslı olduğundan təmin olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 231, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Borclu məxsus "QAZ 32213” yük markalı, **-GF-*** dövlət qeydiyyat nişanlı və TOYOTA CAMRY' minik markalı, **-UF-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərindən qoyulmuş həbs götürülsün. Qərardadın icrası Bakı Şəhəri Nərimanov Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Kəmalə Əmirxanova
Məhkəmə qərarları › İş №8(005)-74/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-74/2021
08.02.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver