Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-74/2023 13.02.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-259/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə borclu "xxxx" MMC-nin rəhbəri Borclu məcburi gətirilməsi barədə Nərimanov Rayon İcra şöbəsinin icra məmuru Rafail Səfərovun təqdimatına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Nərimanov Rayon İcra şöbəsinin icra məmuru Rafail Səfərov məhkəməyə təqdimatla müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-259/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə borclu "xxxx" MMC-nin rəhbəri Borclu inzibati xəta haqqında protokolun tərtibində iştirakını təmin etmək üçün polis orqanı vasitəsi ilə Nərimanov Rayon İcra şöbəsinə məcburi qaydada gətirilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, icra sənədinə əsasən "xxxx" MMC ünvan 1 ünvanında yerləşən, mübahisəli 2000 kv.m. torpaq sahəsinin üst-üstə düşən və X2 məxsus olan 45 kv.m. hissəsindən çıxarılmalı, həmin sahədə "xxxx" MMC tərəfindən inşa edilmiş hasar həmin MMC-nin vəsait hesabına sökülməli, iş üzrə aparılmış mütəxəssis tədqiqatının dəyəri olan 555 manatın 542,60 manatı X1, 12,40 manatı isə "xxxx" MMC-dən tutularaq Tələbkar xeyrinə ödənilməlidir. İcra sənədi şöbənin icraatına xx.xx.2020-ci il tarixdə daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək tələbin könüllü icra olunması üçün bildiriş borclunun ünvanına göndərilmişdir. Lakin verilmiş könüllü müddət ərzində borclu tərəfindən icra sənədinin icrası təmin edilmədiyi üçün ona Nərimanov rayon icra şöbəsinə məcburi qaydada gətirilməsinə dair təqdimatın verilməsi haqqında qərarın surəti göndərilmiş, lakin buna baxmayaraq "xxxx" MMC-nin rəhbəri Borclu şöbəyə gəlməkdən qərəzli olaraq yayınmış və icra məmurunun çağırışına məhəl qoymamışdır. İcra məmuru, tələbkar və borcluya məhkəmə tərəfindən iclasın vaxtı və yeri barədə bildiriş göndərilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məhkəməyə məlumat təqdim etməmişlər. Məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, borclu "xxxx" MMC-nin rəhbəri Borclu məcburi gətirilməsi üçün kifayət qədər əsas olduğundan təqdimat təmin edilməlidir. Təqdimata əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin 2(103)-259/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinin surətinə əsasən, "xxxx" MMC-nin ünvan 1 ünvanında yerləşən, mübahisəli 2000 kv.m. torpaq sahəsinin üst-üstə düşən və X2 məxsus olan 45 kv.m. hissəsindən çıxarılmalı, həmin sahədə "xxxx" MMC tərəfindən inşa edilmiş hasarın həmin MMC-nin vəsaiti hesabına sökülməli, iş üzrə aparılmış mütəxəssis tədqiqatının dəyəri olan 555 manatın 542,60 manatı X1, 12,40 manatı isə "xxxx" MMC-dən tutularaq Tələbkar xeyrinə ödənilməlidir. Bakı Şəhəri Nərimanov Rayon İcra və probasiya şöbəsinin xx.xx.2020-ci il tarixli qərarı və bildirişindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-259/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə icraat başlanmış, borcluya icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icra olunması barədə xəbərdarlıq edilmişdir. Bakı Şəhəri Nərimanov Rayon İcra şöbəsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, "xxxx" MMC-nin rəhbəri Borclu, icra sənədi icra edilmədiyi təqdirdə onun məcburi gətirilməsi haqda təqdimatla məhkəməyə müraciət olunacağı barədə xəbərdar olunmuşdur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2.1 və 3-cü maddələrinə əsasən məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. “İcra haqqında” Qanunun 10.1-ci maddəsinə əsasən borclu fiziki şəxsdirsə, icra hərəkətləri onun yaşadığı yerdə, yaxud onun iş yerində və ya onun əmlakının olduğu yerdə həyata keçirilir. Həmin Qanunun 44.1-ci maddəsinə əsasən həmin Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi və könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqi üçün əsaslardır. Eyni Qanunun 84.2 və 84.3-cü maddələrinə görə icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbirləri tətbiq olunur. Həmin Qanunun 84.2-ci maddəsində nəzərdə tutulmuş hallarda icra məmuru müvafiq qərar qəbul edir. Həmin qərar icra məmurları qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, borclu icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək, edilən xəbərdarlıqlara məhəl qoymayaraq icra məmurunun çağırışlarına gəlməkdən üzrsüz səbəbdən yayındığından, məhkəmə qərarının icrasını təmin etmək məqsədilə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-259/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə borclu "xxxx" MMC-nin rəhbəri Borclu Nərimanov Rayon İcra şöbəsinə məcburi gətirilməsi barədə təqdimat əsaslı hesab olunaraq təmin edilməli, borclu "xxxx" MMC-nin rəhbəri Borclu məcburi qaydada Nərimanov Rayon İcra şöbəsinə gətirilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263, 264, 267 və 268-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-259/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə borclu "xxxx" MMC-nin rəhbəri Borclu Bakı Şəhəri Nərimanov Rayon İcra şöbəsinə məcburi gətirilsin. Qərardaddan tərəfə rəsmi qaydada təqdim olunduğu gündən 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Nərgiz Tağıyeva
Məhkəmə qərarları › İş №8(005)-74/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-74/2023
13.02.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver