Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-746/2022 26.12.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi ilə, Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2(102)-5084/2022 nömrəli, xx.xx.2022-ci il tarixli, Nərimanov Rayon Məhkəməsinin 2(005)-6339/2016 saylı, xx.xx.2016-cı il tarixli, Nərimanov Rayon Məhkəməsinin 2(005)-2674/2018 saylı, xx.xx.2018-ci il tarixli, Bakı şəhər 3 saylı Notariat Ofisinin 8İ-1987 reyestr nömrəli, xx.xx.2022-ci il tarixli və Nərimanov Rayon Məhkəməsinin 2(005)-4384/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədlərinin icrasını təmin etmək məqsədi ilə Borclu məxsus nəqliyyat vasitəsinin üzərinə həbs qoyulması barədə Bakı Şəhəri Nərimanov Rayon İcra şöbəsinin icra məmuru Rafail Səfərovun təqdimatına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Nərimanov Rayon İcra şöbəsinin icra məmuru Rafail Səfərov məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2(102)- 5084/2022 nömrəli, xx.xx.2022-ci il tarixli, Nərimanov Rayon Məhkəməsinin 2(005)- 6339/2016 saylı, xx.xx.2016-cı il tarixli, Nərimanov Rayon Məhkəməsinin 2(005)- 2674/2018 saylı, xx.xx.2018-ci il tarixli, Bakı şəhər 3 saylı Notariat Ofisinin 8İ-1987 reyestr nömrəli, xx.xx.2022-ci il tarixli və Nərimanov Rayon Məhkəməsinin 2(005)-4384/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədlərinin icrasını təmin etmək məqsədi ilə Borclu mülkiyyətində olan “Hyundai Wan” markalı, **-RT-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2(102)-5084/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən, Borclu 17300 manat məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu tələbkar X5 xeyrinə ödənilməlidir. İcra sənədi şöbənin icraatına xx.xx.2022-ci il tarixdə daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək bildirişlə birlikdə borclunun ünvanına, məlumat üçün isə tərəflərə göndərilmişdir. Nərimanov Rayon Məhkəməsinin 2(005)-6339/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən, borclular Borclu, X3 və X1 müştərək qaydada 8880,32 ABŞ dolları məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. İcra sənədi şöbənin icraatına xx.xx.2017-ci il tarixdə daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək bildirişlə birlikdə borclunun ünvanına, məlumat üçün isə tərəflərə göndərilmişdir. Nərimanov Rayon Məhkəməsinin 2(005)-2674/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən Borclu 2389,86 manat məbləğində pul vəsaiti və 20 manat dövlət rüsumu tələbkar “X11 Azərbaycan” QSC-nin xeyrinə ödənilməlidir. İcra sənədi şöbənin icraatına xx.xx.2018-ci il tarixdə daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək bildirişlə birlikdə borclunun ünvanına, məlumat üçün isə tərəflərə göndərilmişdir. ünvan 87 reyestr nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Borclu 35025 manat məbləğində pul vəsaiti tutularaq tələbkar X2 xeyrinə ödənilməlidir. İcra sənədi şöbənin icraatına xx.xx.2022-ci il tarixdə daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək bildirişlə birlikdə borclunun ünvanına, məlumat üçün isə tərəflərə göndərilmişdir. Nərimanov Rayon Məhkəməsinin 2(005)-4384/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədinə əsasən borclular Borclu və X4 müştərək qaydada 11048,56 manat məbləğində pul vəsaiti tutularaq tələbkar "xxxx" Lizlnq Şirkəti QSC-nin xeyrinə ödənilməlidir. İcra sənədi şöbənin icraatına xx.xx.2016-cı il tarixdə daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək bildirişlə birlikdə borclunun ünvanına, məlumat üçün isə tərəflərə göndərilmişdir. İcra sənədlərinin icrası könüllü olaraq təmin edilmədiyi üçün “Elektron İcra” İnformasiya Sistemindən məlumat çıxarılmış, məlumata əsasən “Hyundai Wan” markalı, **-RT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin Borclu mülkiyyətində olduğu müəyyən olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada tərəflər və icra məmuru xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəblərini məhkəməyə bildirməmişlər. Məhkəmə mülki prosessual qanunvericiliyə uyğun olaraq təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Təqdimata əlavə edilmiş Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2(102)- 5084/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədindən görünür ki, Borclu 17300 manat məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu tutularaq tələbkar X5 xeyrinə ödənilməlidir. Təqdimata əlavə edilmiş Nərimanov Rayon Məhkəməsinin 2(005)-6339/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədindən görünür ki, X3 və X1 müştərək qaydada cəmi 8880,32 ABŞ dolları məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu tələbkar "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Təqdimata əlavə edilmiş Nərimanov Rayon Məhkəməsinin 2(005)-2674/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədindən görünür ki, Borclu 2389,86 manat məbləğində pul vəsaiti və 20 manat dövlət rüsumu tələbkar “X11 Azərbaycan” QSC-nin xeyrinə ödənilməlidir. Təqdimata əlavə edilmiş ünvan 87 reyestr nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədindən görünür ki, Borclu 35025 manat məbləğində pul vəsaiti tutularaq tələbkar X2 xeyrinə ödənilməlidir. Təqdimata əlavə edilmiş Nərimanov Rayon Məhkəməsinin 2(005)-4384/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədindən görünür ki, borclular Borclu və X4 müştərək qaydada 11048,56 manat məbləğində pul vəsaiti tələbkar "xxxx" Lizlnq Şirkəti QSC-nin xeyrinə ödənilməlidir. Təqdimata əlavə edilmiş icraata başlamaq haqqında qərarlar və bildirişlərin təsdiq edilmiş surətlərindən görünür ki, Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2(102)- 5084/2022 nömrəli, xx.xx.2022-ci il tarixli, Nərimanov Rayon Məhkəməsinin 2(005)- 6339/2016 saylı, xx.xx.2016-cı il tarixli, Nərimanov Rayon Məhkəməsinin 2(005)- 2674/2018 saylı, xx.xx.2018-ci il tarixli, Bakı şəhər 3 saylı Notariat Ofisinin 8İ-1987 reyestr nömrəli, xx.xx.2022-ci il tarixli və Nərimanov Rayon Məhkəməsinin 2(005)-4384/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədləri üzrə icraata başlanılmış, tələbin könüllü icrası barədə bildiriş borcluya təqdim olunmuşdur. İş materiallarında olan elektron informasiya sistemindən çıxarışdan görünür ki, Borclu mülkiyyətində “Hyundai Wan” markalı, **-RT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi mövcuddur. Məhkəmə tərəfindən işin müəyyən edilmiş hallarından görünür ki, borclu icra məmuru tərəfindən verilən müddət ərzində tələbi könüllü surətdə icra etmədiyindən məcburi icra tədbirlərinin tətbiqi ilə əlaqədar “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 44.1-ci maddəsində müəyyən edilmiş əsaslar yaranmışdır. Həmçinin təqdimata əlavə edilmiş sənədlərə əsasən borcluya məxsus “Hyundai Wan” markalı, **-RT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin olması müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin tələbinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Bu Qanunun 6.1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası məhkəmələrinin qərarları icra sənədi sayılır. “İcra haqqında” Qanunun 44.1-ci maddəsinə əsasən həmin Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi və könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqi üçün əsaslardır. Məcburi icra tədbirlərindən biri də borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsidir (Qanunun 43.1.1-ci maddəsi). Həmin Qanunun 45.1-ci maddəsinə uyğun olaraq, tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Eyni Qanunun 50.2-ci maddəsinə görə icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakı üzərinə həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, borclu tərəfindən icra sənədi könüllü icra edilmədiyindən, icra sənədlərinin icrasının təmin edilməsi məqsədi ilə təqdimat təmin edilərək, Borclu məxsus “Hyundai Wan yük” markalı, **-RT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264 və 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-5084/2022 nömrəli, xx.xx.2022-ci il tarixli, Nərimanov Rayon Məhkəməsinin 2(005)-6339/2016 saylı, xx.xx.2016-cı il tarixli, Nərimanov Rayon Məhkəməsinin 2(005)-2674/2018 saylı, xx.xx.2018-ci il tarixli, Bakı şəhər 3 saylı Notariat Ofisinin 8İ-1987 reyestr nömrəli, xx.xx.2022-ci il tarixli və Nərimanov Rayon Məhkəməsinin 2(005)-4384/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədlərinin icrasını təmin etmək məqsədi ilə Borclu məxsus “Hyundai Wan yük” markalı, **-RT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulsun. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Nərgiz Tağıyeva
Məhkəmə qərarları › İş №8(005)-746/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-746/2022
26.12.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver