Məhkəmə qərarları › İş №8(005)-75/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-75/2023

13.02.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-75/2023 13.02.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Qurbanova Səkinə Nadir qızının katibliyi ilə, Tərəflərin iştirakı olmadan, Borclu məxsus “Chevrolet Malibu” minik markalı **-DR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbsin ləğv edilməsinə dair icra məmurunun təqdimatı və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru Vüsal Şirinov Borclu məxsus “Chevrolet Malibu” minik markalı **-DR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbsin ləğv edilməsinə dair təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılır ki, Xətai Rayon Məhkəməsinin 2(011)-5597/2019-006 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən Borclu xx.xx.2019-cu il tarixdən başlayaraq. xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay cəmi 160 manat sabit pul məbləğində aliment və uşaq 3 yaşına çatanadək, yəni xx.xx.2020-ci il tarixədək 50 manat sabit pul məbləğində aliment tutularaq Tələbkar xeyrinə ödənilməlidir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu məxsus “Chevrolet Malibu” minik markalı **-DR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulması barədə təqdimatla məhkəməyə müraciət edilmişdir. Nərimanov Rayon Məhkəməsinin 8(005)-645/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə Borclu məxsus “Chevrolet Malibu” minik markalı **-DR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulmuşdur. Belə ki, Tələbkar 30.01,2023-cü il tarixli ərizə ilə Nərimanov rayon icra şöbəsinə müraciət edərək, Borclu Xətai Rayon Məhkəməsinin 2(011)-5597/2019-006 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə 2022-ci ilin dekabr ayı da daxil olmaqla 1310 manat aliment borcunun ödənildiyini, 2022-ci ilin dekabr ayı da daxil olmaqla borcunun olmadığını və Nərimanov Rayon Məhkəməsinin 8(005)-645/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə Borclu məxsus “Chevrolet Malibu” minik markalı **-DR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbsin götürülməsini xahiş etmişdir. İcra məmuru, borclu və tələbkara məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə təqdimatı, əlavə olunan sənədləri və ümumilikdə icra işini araşdırıb hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, təqdimata əlavə edilmiş sənədlərdən məlum olur ki, Tələbkar 30.01,2023-cü il tarixli ərizə ilə Nərimanov rayon icra şöbəsinə müraciət edərək, Borclu Xətai Rayon Məhkəməsinin 2(011)-5597/2019-006 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə 2022-ci ilin dekabr ayı da daxil olmaqla 1310 manat aliment borcunun ödənildiyini, 2022-ci ilin dekabr ayı da daxil olmaqla borcunun olmadığını və Nərimanov Rayon Məhkəməsinin 8(005)-645/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə Borclu məxsus “Chevrolet Malibu” minik markalı **-DR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbsin götürülməsini xahiş etmişdir. “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 43.1.1-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbiri hesab edilir. Həmin Qanunun 44.1.3-cü maddəsinə əsasən könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqi üçün əsasdır. Həmin Qanunun 45.1-ci maddəsinə əsasən, tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Məhkəmə hesab edir ki, icra sənədinin icrası tam təmin olunduğundan, icra məmuru tərəfindən verilmiş təqdimat təmin edilməli, borclunun əmlaklarının üzərinə qoyulmuş həbs götürülməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 231, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Borclu məxsus “Chevrolet Malibu” minik markalı **-DR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbs götürülsün. Qərardadın icrası Bakı Şəhəri Nərimanov Rayon İcra Şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində "Elektron məhkəmə" informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar