Məhkəmə qərarları › İş №8(005)-750/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-750/2025

28.10.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-750/2025 28.10.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi Məhkəmə iclas katibi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi ilə, Tərəflərin iştirakı olmadan, X1 Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1660/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş “alimentin indeksasiyası” barədə ərizəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1660/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə tutulan alimentin indeksasiya olunmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu 2(005)-1660/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə xx.xx.2019-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatana qədər saxlanması üçün müəyyən edilmiş aliment məbləğinin 2025-ci il üzrə minimum əmək haqqına (400 manat) münasibətdə indeksasiya edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Borclu ilə el adəti üzrə toy edərək, xx.xx.2018-cı ildə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşlar.Birgə nikahdan uşağı 15 mart 2019-ci il təvəllüdlü X13 anadan olmuşdur.Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2 (005)-1660/2023 saylı qətnaməsi ilə azyaşlı övladı X8 yekinlik yaşına çatana kimi saxlanması üçün Borclu xx.xx.2022-cü il tarixdən başlayaraq hər ay 220 (iki yüz iyrimi) manat sabit pul məbləğində aliment tutularaq X9 verilməsi qət olunmuşdur.Məlum məhkəmə qətnaməsindən keçən müddət ərzində ölkədə ərzaqların qiymətində xeyli miqdar bahalaşma olmuş, uşağın saxlanması xərcləri artmış, uşağın xəstəliyi ilə əlaqəd olaraq onun uzun müddətli müalicəyə ehtiyacı yaranmışdır. Bundan başqa hər il uşağın gündəlik təlabatlannda, həmçinin dövlət tərəfındən müəyyən edilən yaşayış miniumumunun məbləğində artım olmuşdur. Verilən alimentin məbləği də övladır təlabatlarını ödəmir.Uşaq böyüdükcə onun gündəlik məişət, təlim-tərbiyə, həkim xərcləri də artır və bu xərclərin ödənilməsi üçün maddi imkanı kifayət etmir. Övladının maddi ehtiyaclarını təkbaşına qarşılamaqda çətinlik çəkir. Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında Qanuni tələblərini nəzərə alaraq, öncədən müəyyən edilmiş alimentin miqdarının artırılmasını və onun tam həcmdə ödənilməsinin maraqlı şəxsdən tutularaq X9 ödənilməsinin tələb edilməsini xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdirlər. Eyni zamanda tələbkar X14 ərizə ilə müraciət edərək, iştirakı olmadan prosesin keçirilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232.2-ci maddəsinə əsasən ərizəyə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin alimentin indeksasiyası qaydasını müəyyən edən 110-cu maddəsinə görə məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. Alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. "Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli 15 nömrəli Qərarı ilə "Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" xx.xx.2016-cı il tarixli 8-2/2016 nömrəli Qərarının 8.4-cü bəndinə aşağıdakı məzmunda 8.4-1 və 8.4-2-ci yarımbəndlər əlavə edilmişdir: 8.4-1-ci bəndinə görə Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. 8.4-2-ci bəndinə görə Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda / işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232.1 və 232.3-cü maddələrinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Ödənilməli pul məbləğlərinin indeksasiyası barədə məhkəmə qərardadından şikayət verilə bilər. İş materiallarından görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 1660/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, Qafarlı(Kərimova) Pərvanə Akşin qızı ilə X6 arasında 28 noyabr 2015-ci ildə 3 saylı Bakı asan Xidmət Qeydiyyat Şöbəsində qeydə alınmış və 2672 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulması,xx.xx.2016-cı il təvəllüdlü X5 iddiaçı Qafarlı(Kərimova) Pərvanə Akşin qızı yanında saxlanılması,cavabdeh X2 xx.xx.2018-ci il tarixdən başlayaraq, xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində-160 manat aliment hesablanaraq iddiaçı Qafarlı(Kərimova) Pərvanə Akşin qızının xeyrinə tutulması qət edilmişdir. "Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 05 yanvar 2023-cü il tarixli Sərəncamı ilə minimum aylıq əməkhaqqının məbləği 2023-cü il yanvarın 1-dən 345 manat müəyyən edilmişdir. Beləliklə, məhkəmə qeyd edir ki, qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarı 2023-cü il üzrə müəyyən edilmiş 345 manat məbləğində minimum əmək haqqının 0,63 mislini təşkil edir. Məhkəmə tələbkarın ərizəsini nəzərə alaraq hesa edir ki, məbləği ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,63 misli həddində indeksasiya olunmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232, 263-264 və 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə təmin olunsun. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1660/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi tutulan alimentin məbləği ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,63 misli həddində indeksasiya olunsun. Tərəflərin nəzərinə çatdırılsın ki, sonrakı dövrlər üçün alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yeri olduğu halda/işəgötürən, rəsmi iş yeri olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilir. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə şikayət verilə bilər. Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar