Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-756/2025 25.11.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi, Borclu nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-835/2025-014 saylı, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru Sevinc Qurbanova tərəfindən verilmiş təqdimat və ona əlavə edilmiş sənədlərə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru Sevinc Qurbanova təqdimatla məhkəməyə müraciət edərək, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsi tərəfindən verilmiş 2(103)-835/2025-014 nömrəli,xx.xx.2025-cü il tarixli icra sənədinə 24 06.2024-cü il tarixindən başlayaraq xx.xx.2012-ci il təvəllüdlü Vəkilsoy Kazım Paşa oğunun yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdeh Borclu iddiaçı Vəkilsoy Leyla Aydın qızının xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 5,8 misli həddində (345 x 5,8 = 2000 manat) sabit pul məbləğində aliment tutulmalıdır. Yuxarıda qeyd olunan icra sənədi xx.xx.2025-cü il tarixində Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinə daxil olmuş, dərhal era olunması üçün borcluya göndərilmişdir, lakin borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün tərəfindən Elektron icra sistemində borclunun əmlak vəziyyəti araşdırılmışdır. Tələbkarın verdiyi məlumata əsasən əmlakların bölgüsü ile hal-hazırda məhkəmə mübahisəsi var və davam edir.İcra sənədinin icrasının təmin məqsədilə borclunu axtarılması haqqında qərar qəbul edilrək icra olunması üçün Nərimanov Rayon Polis idarəsinə göndərilmişdir, polis vasitəsilə gətirilən borclunun izahatı alınmış, aliment borcunu ödəmədiyi, məhkəmə qərarının icrası ilə icra məmurunun qanjni tələblərini yerinə yetirmədiyi barəsində inzibati xəta haqqında protokol tərtib olunaraq müvafiq məhkəməyə təqdim olunmuşdur. Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı 500 manat inzibati cərimə edilmişdir. Borclu tərəfindən 4900 manat aliment ödənilmişdir. Halhazırda onun 30700 aliment borcu vardır. Borclu uğlu borcunun ödənilməsindən qərəzli olaraq yayınması borclu Paşa Kazım oğlunun hər an ölkə hüdudlarını tərk etmək ehtimalını artırır.Borclunun ölkə xaricinə çıxmaq riski isə, icra sənədləri üzrə icra hərəkətlərinin davam etdirilməsinə mane olur. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, tələbkar və icra məmuru məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə müvafiq olaraq təqdimata tələbkar və icra məmurunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Borclu nümayəndəsi və vəkili Vəkil təqdimatın təmin edilməməsini xahiş etdi. O qeyd etdi ki, birgə nikahdan anadan olmuş azyaşlıBorclu - atası ilə də yaşayır. Borclu hər ay aliment məbləğinə əlavə məbləğ də ödəyir ki, borc bağlansın. Bundan başqa uşağın özəl məktəbinin ödənişini də o həyata keçirir. Təqdimatın təmin edilməməsini xahiş edir. Məhkəmə iş üzrə borclunun izahatını, təqdimatı və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, təqdimat təmin edilməməlidir. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-835/2025-014 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə xx.xx.2024-cü il tarixindən başlayaraq xx.xx.2012-ci il təvəllüdlü Vəkilsoy Kazım Paşa oğlunun yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdeh Borclu iddiaçı Vəkilsoy Leyla Aydın qızının xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 5,8 misli həddində (345 x 5,8 = 2000 manat) sabit pul məbləğində aliment tutulması qət edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli “İcraata başlamaq haqqında”qərarın surətindən görüünür ki, Bakı şəhəri,Nərimanov rayon İcra şöbəsinin icra məmuru X1 tərəfindən Bakı Apellyasiya Məhkəməsinin 2(103)-835/2025-014 saylı, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. İş materiallarında olan Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 8(005)- 526/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadın surətindən görünür ki, təqdimat qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-835/2025-014 nömrəli, xx.xx.2025ci il tarixli icra icra sənədinin icrasını təmin edilməsi məqsədilə borclu X3 məxsus DODGE DURANGO minik markalı, 10CC028 dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması, təqdimat qalan hissədə təmin edilməməsi qərara alınmışdır. İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon məhkəməsinin 8(005)- 500/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadın surətindən görünür ki, təqdimatın təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-835/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin üzərinə həbs qoyulması qərara alınmışdır. İş materialalrında olan MN № ******* nömrəli “İnzibati xəta haqqında”protokolun surətindən görünür ki,Borclu tərəfindən Bakı Apellyasiya Məhkəməsinin 2(103)-835/2025- 014 saylı, xx.xx.2025-ci il tarixli icra sənədi üzrsüz səbəbdən icra edilmədiyi üçün AR İXMnin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli “borclunun əmlakı üzərinə həbs qoyulması haqqında”qərarın surətindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-835/2025-014 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə Borclu mülkiyyətində olan ********** qeydiyyat nömrəli, **********33 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, **********61 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, **********99 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, **********71 reyestr nömrəli torpaq sahələrinin, ********** qeydiyyat nömrəli, **********16-10301 reyestr nömrəli fərdi yaşayış evi üzərinə həbs qoyulması qərara alınmışdır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri X8 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən 08 oktyabr 2025-ci il tarixdə Nərimanov rayon İcra Və Probasiya Şöbəsinə göndərilmiş məktubun surətindən görünür ki,Vəkilsoy Kazım Paşa oğlunun mülkiyyətində olan Masallı rayonu,Mikanku kəndində yerləşən 1,9498 ha torpaq sahəsinin üzərinə Nərimanov rayon İcra Və Probasiya Şöbəsinə 06 oktyabr 2025-ci il tarixli qərarına əsasən həbs qoyulduğu bildirilmişdir. İş materiallarında olan 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən 27 oktyabr 2025-ci il tarixdə Bakı şəhəri,Nərimanov rayon İcra Şöbəsinə göndərilmiş məktubdan görünür ki, Bakı şəhəri,Sabunçu rayonu,Maştağa qəsəbəsi,M.Hüseynzadə küçəsi,5 ünvanında yerləşən fərdi yaşayış evinin üzərinə həbs qoyulduğu bildirilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinin 3-cü hissəsinə görə, qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 4 saylı Protokolunun 2-ci maddəsinə görə də, qanuni əsaslarla hər hansı dövlətin ərazisində olan hər kəsin həmin ərazidə sərbəst hərəkət etmək və özünə yaşayış yeri seçmək hüququ vardır. Hər kəs öz ölkəsi də daxil olmaqla hər hansı ölkəni tərk etməkdə azaddır. Bu hüquqların həyata keçirilməsinə milli təhlükəsizlik və ictimai asayiş maraqları naminə, ictimai qaydanı qorumaq üçün, cinayətin qarşısını almaq üçün, sağlamlığın və mənəviyyatın qorunması üçün və ya digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olanlardan başqa heç bir məhdudiyyət qoyula bilməz. Birləşmiş Millətlər Təşkilatının Mülki və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Paktın 12-ci maddəsinə əsasən, dövlət təhlükəsizliyinin, ictimai asayişin, əhalinin sağlamlığının, yaxud mənəviyyatının, yaxud başqalarının hüquq və azadlıqlarının və bu Paktda tanınan hüquqlara uyğun digər hüquqların qorunması üçün zəruri olan məhdudiyyətlərdən başqa, məhdudiyyət obyekti ola bilməz. Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları Komitəsinin həmin Paktın qeyd edilən maddəsinə dair qəbul etdiyi xx.xx.1999-cu il tarixli 27 saylı X2 göstərilir ki, həmin maddə ilə təmin olunmuş hüquqlara aid icazə verilən məhdudiyyətlər hərəkət sərbəstliyi prinsipini sarsıtmamalıdır. Bu hüquqlara dair məhdudiyyətlərin məqbul sayılması üçün onlar qanunvericilikdə nəzərdə tutulmalı, demokratik cəmiyyətdə Paktın 12-ci maddəsinin 3-cü bəndində göstərilən məqsədlərə nail olmaq üçün zəruri olmalı və Paktda göstərilən bütün digər hüquqlara uyğun gəlməlidir. Dövlətlər Paktın 12-ci maddəsinin 3-cü bəndində icazə verilmiş məhdudiyyətləri əks etdirən qanunları qəbul edərkən, hər zaman bu məhdudiyyətlərin nəzərdən keçirilən hüququn mahiyyətinə toxunmaması prinsipini rəhbər tutmalıdırlar. Məhdudlaşdırıcı tədbirlər mütənasiblik prinsipinə uyğun gəlməlidir; onlar müdafiə funksiyalarının yerinə yetirilməsi üçün yararlı olmalıdır; arzu edilən nəticəyə gətirib çıxara bilən bütün vasitələr sırasında onlar ən az məhdudlaşdırıcı vasitə olmalı və müdafiə olunan maraqlarla mütənasib olmalıdır. Mütənasiblik prinsipinə təkcə müvafiq məhdudiyyətin nəzərdə tutulduğu alınmaqla), icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən təsdiq olunan təqdimat verir. Həmin Qanunun 84-1.1-ci maddəsinə görə isə, məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Avropa İnsan Hüquqları Məhkəməsi “Battista İtaliyaya qarşı” iş üzrə 2 dekabr 2014cü il tarixli qərarının 42-ci bəndində göstərmişdir ki, bütün hallarda, daxili hakimiyyət orqanları şəxsin öz ölkəsini tərk etmək hüququna qoyulan məhdudiyyətin əvvəlcədən və tətbiq edildiyi müddətdə əsaslandırılmış və işin hallarına nəzərən mütənasib olmasına nəzarət etməlidir. Daxili hakimiyyət orqanları şəxsin sərbəst hərəkət etmək hüququnu məhdudlaşdıran tədbirlərin əsaslandırılmış olub-olmadığını vaxtaşırı nəzərdən keçirmədən onları uzun müddət tətbiq edə bilməz. Bu nəzarət məhkəmə hakimiyyəti tərəfindən normalda ən azından son qərar verilməzdən öncə təmin edilməlidir, belə ki, bu nəzarət müstəqilliyin, qərəzsizliyin və prosedurların qanuniliyinin ən yaxşı təminatıdır. Məhkəmə nəzarətinin müddəti məhkəməyə bütün elementləri, o cümlədən, məhdudlaşdırıcı tədbirin proporsionallığı ilə bağlı faktorları nəzərə almaq imkanı verməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi oxşar hüquqi mövqeni bir sıra digər qərarlarında da nümayiş etdirmişdir. Məsələn, “Qraf, Van Löven və X6rşı” və Sisanis Rumıniyaya qarşı işlər bu qəbildəndir. X5 (X9) şikayəti üzrə bəzi normativ hüquqi aktların Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 26 may 2017-ci il tarixli qərarının mövqeyinə əsasən “borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məhkəmə qərarlarının icrasına xidmət edən səmərəli vasitə olsa belə, həmin tədbirin tətbiq edilməsi öz-özlüyündə qüvvəyə minmiş məhkəmə qərarlarının vaxtında, tam və düzgün icra edilməsi üçün icra məmuru tərəfindən “İcra haqqında” Qanunun 43-cü maddəsində nəzərdə tutulmuş tədbirlərin tətbiqini əvəz etmir. Əks halda, tələbkar və borclunun hüquq və qanuni maraqları əsassız məhdudlaşdırıla, onlar arasında tələb olunan ədalətli balans pozula bilər”. “İcra haqqında” Azərbaycan Respublikası qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Göründüyü kimi, qanunvericiliyin mənasına görə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması icrasının təmin edilməsinə yönəlmiş məcburi icra tədbiri kimi nəzərdə tutulmuşdur, ona görə də icra məmuru bununla bağlı təqdimat verərkən “İcra haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş digər imkanlardan istifadə olunduğuna dair sübutlar təqdim edərək məhkəmə aktının icrasının mümkünsüzlüyünü əsaslandırmalıdır. Həmin imkanların olmadığı və ya tükəndiyi halda isə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə əsaslandırılmış təqdimatla məhkəməyə müraciət edilə bilər. “İcra haqqında”Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən bu Qanunun 8.2-ci maddəsinin üçüncü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. Qanunun 8.2-ci maddəsinin üçüncü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 43.1-ci maddəsinə əsasən məcburi icra tədbirlərinə daxildir:. borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi; tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi; tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi; icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi; bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlər. Həmin Qanunun 45.2-ci maddəsinə əsasən icra sənədləri üzrə tələb ilk növbədə borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilir. Borcluda aşkar edilən nağd pul vəsaitləri götürülür. Həmin Qanunun 45.6-ci maddəsinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Borclu tələbin birinci növbədə hansı əmlaka və əşyalara yönəldilməsini icra məmuruna bildirmək hüququna malikdir. Borclunun belə müraciəti icra sənədinin icrasına mane olmursa, icra məmuru onu təmin etməyə borcludur. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 2013-cü il 22 aprel tarixli 2-N nömrəli Qərarı ilə təsdiq edilmiş “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra və probasiya qurumları tərəfindən tətbiqi qaydaları haqqında” təlimatın 2.2-ci maddəsinə əsasən, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl borcun ödənilməsi tələbinə dair icra sənədlərinin icrası zamanı borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirir, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olub-olmamasını yoxlayır. Həmin Təlimatın 2.4-cü maddəsinə əsasən, təqdimatda borclunun soyadı, adı, atasının adı, doğulduğu yer və tarix, qeydiyyatda olduğu və yaşadığı ünvan, vətəndaşlığı, icra sənədinin icrası ilə əlaqədar həyata keçirilmiş tədbirlər, borcluya icraata başlamaq haqqında qərarın və könüllü icra üçün bildirişin verilməsi, həmin vaxtda və daha sonra borclu tərəfindən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi barədə məlumatlar qeyd olunmalıdır. Məhkəmə qeyd edir ki, əvvəla, hazırkı təqdimat yuxarıda göstərilən məzmunda əsaslandırılmamış, təqdimatı verən orqanının icra məmuru isə məhkəmə iclasında iştirak etməmiş, təqdimatın verilməsinə əsas yaradan hallarla bağlı sübutları, icra sənədinin icrası ilə əlaqədar həyata keçirilmiş tədbirlər barədə məlumatları məhkəməyə təqdim etməmiş, icra sənədinin borclu tərəfindən üzrsüz səbəbdən icra edilməməsinin nədə ifadə olunduğunu izah etməmişdir. Eyni zamanda icra məmuru tərəfindən bu cür tədbirin məhkəmə qərarının vaxtında, tam və düzgün icra edilməsi məqsədinə xidmət edəcəyini, həmin məhdudlaşdırmanın tətbiq edilməməsinin gələcəkdə məhkəmə qərarının icrasını çətinləşdirəcəyini, həmçinin borclu tərəfindən icra sənədində əks olunmuş tələbin üzrsüz səbəbdən icra edilməməsini əsaslandıran dəllilər məhkəməyə təqdim edilməmişdir. Eyni zamanda müəyən edilir ki, bir qədər əvvəl məhkəmə qərardadları ilə borclunun daşınar və daşınmaz əmlaklarına həbs qoyulmuşdur. Həmin qərardadlar üzrə müvafiq hərəkətlər icra edilməmişdən əvvəl borclunun həm də ölkədən getmək hüququnun məhdudlaşdırılmasını məhkəmə ədalətli və ağlabatan hesab etmir. Beləliklə məhkəmə tərəfindən “borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” tədbirinin tətbiq edilməsinə dair təqdimatla məhkəməyə müraciət edilməzdən əvvəl icra sənədi üzrə icranın təmin edilməsi üçün qanunvericiliklə icra məmuruna verilən səlahiyyətlərdən tam istifadə etmədiyi müəyyən edilmişdir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231, 263, 264, 267 və 268-ci maddəsinin tələbini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin 2(103)-835/2025-014 saylı, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru Sevinc Qurbanovanın təqdimatı təmin edilməsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində elektronkabinet vasitəsilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Mehriban Əfəndizadə
Məhkəmə qərarları › İş №8(005)-756/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-756/2025
25.11.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver