Məhkəmə qərarları › İş №8(005)-77/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-77/2024

30.01.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-77/2024 30.01.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızı, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-6132/2022 nömrəli, xx.xx.2022-ci il tarixli, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-1550/2022 saylı, xx.xx.2022-ci il tarixli, Azərbaycan Respublikasının Ali Məhkəməsinin 10-2(102)-17/2022 nömrəli, xx.xx.2022-ci il tarixli, Nərimanov Rayon Məhkəməsinin 2(005)-62/2022 saylı, xx.xx.2022-ci il tarixli, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1788/2022 nömrəli, xx.xx.2022-ci il tarixli, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-1550/2022 saylı, xx.xx.2022-ci il tarixli, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-3349/2022 saylı, xx.xx.2022-ci il tarixli, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-5150/2022 saylı, xx.xx.2022-cı il tarixli və digər icra sənədlərinin icrasını təmin etmək məqsədi ilə borclu "xxxx" ASC-yə məxsus nəqliyyat vasitələrinin üzərinə həbs qoyulması barədə Bakı Şəhəri Nərimanov Rayon İcra şöbəsinin icra məmuru Rafail Səfərovun təqdimatına və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin icra məmuru Rafail Səfərov təqdimatla məhkəməyə müraciət edərək, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3457/2022 nömrəli, xx.xx.2022-ci il tarixli, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-6132/2022 nömrəli, xx.xx.2022-ci il tarixli, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-1550/2022 saylı, xx.xx.2022-ci il tarixli, Azərbaycan Respublikasının Ali Məhkəməsinin 10-2(102)-17/2022 nömrəli, xx.xx.2022-ci il tarixli, Nərimanov Rayon Məhkəməsinin 2(005)-62/2022 saylı, xx.xx.2022-ci il tarixli, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1788/2022 nömrəli, xx.xx.2022-ci il tarixli, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-1550/2022 saylı, xx.xx.2022-ci il tarixli, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-3349/2022 saylı, xx.xx.2022-ci il tarixli, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-5150/2022 saylı, xx.xx.2022-cı il tarixli və digər icra sənədlərinin icralarını təmin etmək məqsədi ilə borclu "xxxx" ASC-yə məxsus texnikaların üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimatı və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, təqdimat məhkəmə aidiyyəti qaydalarına riayət edilmədən verildiyindən geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə görə icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. Həmin Qanunun 26-cı maddəsinə əsasən icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 2 sentyabr 2015-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsinə nəzarət etmək vəzifəsini müəyyən edir. Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 20-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2017-ci tarixli Qərarının təsviriəsaslandırıcı hissəsində qeyd edilmişdir ki, qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan bir sıra vəzifələr (məsələn, qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi (maddə 228), əlavə qətnamənin çıxarılması (maddə 229), qətnamənin izah edilməsi (maddə 230), qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi (maddə 231.1, 231.2), ödənilməli pul məbləğlərinin indeksasiyası (maddə 232) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. Qeyd olunanlar eyni zamanda məhkəmənin qəbul etdiyi qətnamənin icrasına nəzarət funksiyasının həyata keçirilməsinə də xidmət edir. “İcra haqqında” Qanunun 26-cı maddəsinə münasibətdə “qətnamənin icrasının təmin edilməsi və icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət məqsədilə icra məmurunun icra sənədini vermiş məhkəməyə müraciət etməsi” müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.2 və 30-cu maddələrinə görə, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, həmin Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 26.1-ci maddəsinə görə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Bir-biri ilə əlaqədar olan bir neçə tələbi birləşdirərkən, onlardan bir qismi ümumi məhkəməyə, digərləri isə kommersiya məhkəməsinə aiddirsə, tələblərə kommersiya məhkəməsində baxılmalıdır. İş materiallarından göründüyü kimi, "xxxx" ASC ilə bağlı müxtəlif məhkəmələrin çoxsaylı icra sənədləri mövcuddur və onların bir qismi Bakı Kommersiya Məhkəməsinin icra sənədləridir. Prosessual qənaət prinsipi və işə baxılmasının davamlılığının təmin edilməsi baxımından kommersiya məhkəmələrinin icra sənədlərinin icra edilməsi ilə bağlı verilmiş təqdimata da ümumi məhkəmədə deyil, ərazi yurisdiksiyası üzrə müvafiq kommersiya məhkəməsində baxılmalıdır. Bu həmçinin ədalət mühakiməsinin əlçatanlığının və səmərəliliyinin təmin edilməsi məqsədi daşıyır. Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Eyni Məcəllənin 31.1 və 151.1-ci maddələrinə uyğun olaraq, aidiyyət qaydalarının pozulmasına yol verilmir. İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən isə əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti üzrə kommersiya məhkəməsində baxılmalı olan icra sənədləri mövcud olduğundan təqdimat icra məmuruna geri qaytarılmalı, icra məmuruna Kommersiya Məhkəməsinin icra sənədləri ilə bağlı təqdimatla Bakı Kommersiya Məhkəməsinə müraciət etmək hüququ izah edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.4, 152, 263-264 və 267-268-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-6132/2022 nömrəli, xx.xx.2022-ci il tarixli, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-1550/2022 saylı, xx.xx.2022-ci il tarixli, Azərbaycan Respublikasının Ali Məhkəməsinin 10-2(102)-17/2022 nömrəli, xx.xx.2022-ci il tarixli, Nərimanov Rayon Məhkəməsinin 2(005)-62/2022 saylı, xx.xx.2022-ci il tarixli, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1788/2022 nömrəli, xx.xx.2022-ci il tarixli, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-1550/2022 saylı, xx.xx.2022-ci il tarixli, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-3349/2022 saylı, xx.xx.2022-ci il tarixli, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-5150/2022 saylı, xx.xx.2022-cı il tarixli və digər icra sənədlərinin icralarını təmin etmək məqsədi ilə borclu "xxxx" ASC-yə məxsus nəqliyyat vasitələrinin üzərinə həbs qoyulması barədə Bakı Şəhəri Nərimanov Rayon İcra şöbəsinin icra məmuru Rafail Səfərovun təqdimatı və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İcra məmuruna izah edilsin ki, Kommersiya Məhkəməsinin icra sənədləri ilə bağlı təqdimatla Bakı Kommersiya Məhkəməsinə müraciət etmək hüququ vardır. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə şikayət verilə bilər. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar