Məhkəmə qərarları › İş №8(005)-776/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-776/2025

24.12.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-776/2025 24.12.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Gülməmmədova Qumru Habil qızının katibliyi, Tələbkar, X1, onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, X1 icra məmurunun hərəkətlərindən şikayət ərizəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayət ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nərimanov Rayon İcra şöbəsinin İcra məmuru Babək Qarayevin hərəkətlərinin qanunsuz sayılması və onun qanunsuz hərəkətlərinin dayandırılması vəzifəsinin Bakı şəhəri, Nərimanov rayonu İcra Şöbəsinin üzərinə qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 23 avqust 2019-cu il tarixli 2(005)-464/2019 nömrəli qətnaməsi ilə ilk iddia təmin edilərək, ilk iddiaçı Tələbkar məxsus Bakı şəhəri, Nərimanov rayonu, Məmməd Arif küçəsi 112 nömrəli fərdi yaşayış evinin cavabdehlərə tərəf (111 saylı ev) olan divarı (otaqların və həyətin divarları) boyunca aparılan qanunsuz tikintinin sökülməsi, ilk iddiaçı Tələbkar məxsus evin cavabdehlərə tərəf olan iki ədəd pəncərələrinin ağzına hörülmüş divarın sökülərək açılması və həmin pəncərələrə və evin həyətinə təbii işiğın düşməsini və təbii havalandırmanı təmin etmək məqsədi ilə evin cavabdehlərə tərəf olan divarının (otaqların və həyətin divarlarının) bayır sərhəddindən ən azı 120 sm (1 metr 20 santimetr) məsafədə və qeyd olunan məsafədə göstərilən ölçü üzrə evin 2-ci mərtəbəsində və daha yuxarı hissəsində hər-hansı tikinti, quraşdırma işlərinin aparılmasının cavabdehlər Əliyev Əbdüllətif Mustafa oğluna, X9, X10 və digər şəxslərə qadağan edilməsi, ilk iddiaçı tərəfindən ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumunun cavabdehlər Əliyev Əbdül-lətif Mustafa oğlundan, X5 və X7 iddiaçının xeyrinə tutulması, iddiaçı Əliyev Əbdül-lətif Mustafa oğlunun cavabdeh Tələbkar qarşı "qanunsuz tikilinin sökülməsi və yaşayış sahəsindən istifadə edilməsinə maneə törədilməsinin cavabdehə qadağan edilməsi" tələbinə dair qarşılıqlı iddia ərizəsinin rədd edilməsi, qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumunun qarşılıqlı iddiaçıya aid edilməsi qət olunmuşdur. Qətnamədən narazı qalan ilk iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Əliyev Əbdül-lətif Mustafa oğlu apelyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(005) 464/2019 saylı qətnaməsini ləğv edərək, ilk iddianın rədd edilməsi və qarşılıqlı iddianın təmin edilməsi haqqında yeni qətnamə qəbul edilməsini xahiş etmişdirlər. Nəticədə, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-567/2020 saylı, xx.xx.2020ci il tarixli qətnaməsi ilə apelyasiya şikayətinin qismən təmin olunması, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 23 avqust 2019-cu il tarixli 2(005)- 464/2019 nömrəli qətnaməsi qismən-ilk iddianın təmin olunmuş hissəsində ləğv olunması, ilk iddianın qismən təmin olunması, ilk iddiaçı Tələbkar məxsus Bakı şəhəri, Nərimanov rayonu, Məmməd Arif küçəsi 112 nömrəli fərdi yaşayış evinin cavabdehlərə tərəf (111 saylı ev) olan divarı (otaqların və həyətin divarları) boyunca aparılan qanunsuz tikintinin sökülməsi, ilk iddiaçı Tələbkar məxsus evin cavabdehlərə tərəf olan iki ədəd pəncərələrinin ağzına hörülmüş divarın sökülərək açılması və həmin pəncərələrə və evin həyətinə təbii işiğın düşməsini və təbii havalandırmanı təmin etmək məqsədi ilə evin cavabdehlərə tərəf olan divarının (otaqların və həyətin divarlarının) bayır sərhəddindən en azı 105 sm (1 metr 05 santimetr) məsafədə və qeyd olunan məsafədə göstərilən ölçü üzrə evin 2-ci mərtəbəsində və daha yuxarı hissəsində hər-hansı tikinti, quraşdırma işlərinin aparılması cavabdehlər Əliyev Əbdül-lətif Mustafa oğluna, X9, X10 və digər şəxslərə qadağan edilməsi, ilk iddia qalan hissədə və apellyatorlara münasibətdə rədd olunmaıs və qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Belə ki, onun hər iki valideyni vəfat etdikdən sonra fərdi yaşayış evi verilmiş yeni çıxarışa və qanunverciliyə uyğun olaraq 5 varis arasında bölüşüdürülmüşdür. Həmin vaxtdan mənzil onların mülkiyyətində və istifadəsindədir. Atasının hələ sağlığında mülkiyyətində olan ünvan 1 ünvanındakı yaşayış sahəsi ilə bağlı bir müddət icra prosesi aparılmışdır. Həmin proses üzrə 2022-ci ildə rəsmi qaydada xitam qərarı qəbul edilmiş, işin tam icra olunduğu təsdiqlənmişdir. Buna baxmayaraq, 2025-ci ildə eyni icra sənədi əsasında yenidən icra hərəkətlərinin başlanması qeydə alınmışdır. Bu hal hüquqi baxımdan həm icra prosedurunun əsas prinsiplərinə, həm də hüquqi sabitlik və vətəndaşın mülkiyyət hüququnun qorunması prinsiplərinə ziddir. Bakı Apellyasiya Məhkəməsinin qərarı əsasında aparılmış icra işinə xx.xx.2022-ci il tarixində Nərimanov Rayon İcra Şöbəsi tərəfindən xitam verilmişdir. Qərar icra məmuru Zamiq Kazımov tərəfindən imzalanmış, şöbə rəhbəri Zaur Abdullayev tərəfindən təsdiqlənmişdir. Qərarda qeyd edilmişdir ki, məhkəmə qərarı tam şəkildə yerinə yetirilib, işin məqsədi başa çatıb və icraat bağlanıb. Sonradan yəni xx.xx.2025-ci il tarixində Ədliyyə Nazirliyinin Nərimanov Rayon İcra Şöbəsindən yeni sənəd daxil olmuşdur. Həmin sənəddə eyni məhkəmə qərarına istinad edilərək, icra prosesinin yenidən başladıldığı və xx.xx.2025-ci il tarixində, saat 11:00-da söküntü tədbirlərinin aparılacağı göstərilmişdir. Bu sənədlər icra məmuru Babək Qarayev tərəfindən tərtib və imzalanmışdır. Belə ki, icra məmuru qeyd olunan tarixdə vəzifə səlahiyyətlərini aşaraq icra sənədində sökülməsi nəzərdə tutulmayan hissələri sökmüşdür. O paylı mülkiyyətçilərə məxsus əmlakı sökməklə şəxsi əşyalara ciddi ziyan vurmuşdur. Yəni 2025-ci ildə eyni sənəd əsasında icra prosesinin yenidən bərpa edilməsi nəticəsində ailənin mülkiyyət hüquqlarının müdafiəsi prinsipi pozulmuş, yaşayış sahəsinə qanunsuz təsərrüfat və inzibati müdaxilələr həyata keçirilmişdir. Bu addımlar qanuni şəkildə bağlanmış işin nəticələrini etibarsız vəziyyətə salmış, mövcud hüquqi münasibətlərin balansını pozmuşdur. Əvvəldən qüvvədə olan xitam qərarının nəticələrinin ləğv edilməsi faktiki olaraq vətəndaşın mülkiyyət toxunulmazlığını zəiflətmiş, hüquq sisteminin sabitliyinə zərbə vurmuşdur. Qeyd etmək lazımdır ki, icraata xitam verildiyi tarixdən artıq üç il keçmişdir və bu müddət ərzində tərəflər arasında hər hansı yeni məhkəmə qərarı qəbul edilməmiş, heç bir yeni hüquqi əsas yaranmamışdır. Bu qədər vaxtdan sonra, tam icra olunmuş və bağlanmış bir işin yenidən gündəmə gətirilməsi həm qanunvericiliyin tələblərinə, həm də ədalət və hüquqi sabitlik prinsiplərinə ziddir. Üç il ərzində ailə həmin qərarın yekun xarakter daşıdığını əsas götürərək yaşayışını və məişət şəraitini qurmuş, lakin indi qanunsuz şəkildə bərpa edilən icra prosesi nəticəsində ailənin sakitliyi, mülkiyyət toxunulmazlığı və dövlət orqanlarına olan etimadı sarsıdılmışdır. Belə bir addım, faktiki olaraq, artıq hüquqi nəticəsini vermiş qərarın aradan qaldırılması və vətəndaşın sabit hüquqi vəziyyətinin pozulması deməkdir. Mövcud vəziyyət onu göstərir ki, icra məmuru tərəfindən həyata keçirilmiş bu yeni hərəkətlər əvvəlki icra sənədinin hüquqi nəticələrini dəyişdirmiş, qanuni qərarın qüvvəsini faktiki olaraq aradan qaldırmış və vətəndaşın hüquqlarının müdafiəsini təmin əpeu mexanizmləri pozmuşdur. Bu, həm qanunların aliliyi prinsipinə, həm də vətəndaşın dövlət orqanlarına olan hüquqi etimadına ziddir. Tələbkar iddia tələbinə etiraz ərizəsi ünvanlayaraq, etirazını onunla əsaslandırmışdır ki, borclu X14 və hazırki iş üzrə şikayət verən şəxs X13 icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyindən və ya ona maneə törətdiyindən onlar ayrı-ayrılıqda Nərimanov Rayon Məhkəməsinin qərarları ilə bir neçə dəfə inzibati məsuliyyətə cəlb edilmişlər. Lakin buna baxmayaraq borclu şəxslər və X13 müxtəlif qanunsuz üsul və vasitələrələ icra sənədinin icrasına maneə törədərək onun icra olunmasına hələ də imkan vermirlər. X13 tərəfindən icra məmurunun hərəkət və ya hərəkətsizliyindən verilmiş hazırki bu şikayətdə növbəti təxribat planı, manipulyasiya aktı, qanundan sui-istifadə və s. olmaqla icra sənədinin icrasına maneə yaratmaq və ya onun icrasını uzatmaq məqsədi daşıyır. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 567/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi üzrə verilmiş icra vərəqəsindən görünür ki, birinci - İddiaçı Tələbkar məxsus Bakı şəhəri, Nərimanov rayonu, M.Arif küçəsi 112 nömrəli fərdi yaşayış evinin cavabdehlərə tərəf (111 saylı evə tərəf) olan divarı (otaqlarının və həyətin divarları) boyunca aparılan qanunsuz tikinti sökülməlidir. İkinci - İddiaçı Tələbkar məxsus evin cavabdehlərə tərəf olan iki ədəd pəncərələrinin ağzına hörülmüş divar sökülərək açılmalı, həmin pəncərələrə və evin həyətinə təbii işğın düşməsinin və təbii havalandırmanın təmini etmək məqsədi ilə evin cavabdehlərə tərəf olan divarının (otaqların və həyətin divarlarının) bayır sərhəddindən 105 sm (1 metr 5 santı) məsafədə və qeyd olunan məsafədə göstərilən ölçü üzrə evin 2-ci mərtəbəsində və daha yuxarı hissədə hər-hansı tikinti, quraşdırma işlərinin aparılması cavabdehlər Əliyev Əbdül-lətif Mustafa oğluna, X10, X11 və digər şəxslərə qadağan edilməlidir. Bundan başqa iş üzrə birinci, apellyasiya və kassasiya instansiya məhkəmələrinin qətnamə və qərarlarından görünür ki, iddanın əsası və predmeti ondan ibarət olmuşdur ki, "2018-ci ilin sentyabr ayından başlayaraq cavabdehlər tərəfindən həyətyanı kimi istifadə etdikləri yerdə, yəni iddiaçı Tələbkar məxsus evin sağ tərəfə açılan pəncərələrinin qarşısında tikinti işləri aparılmış və cavabdehlər Tələbkar evinin sağ tərəfə olan divarının üst tərəfinin birləşik sərhəddindən başlayaraq cavabdehlərdən də (ev 111-dən) sağda yerləşən üçüncü qonşunun evinin divarının yuxarı hissəsinə birləşən döşəmə və qeyd olunan döşəmənin üstü ilə isə ikinci mərtəbədə mənzil inşa etmişlər. Bununla da Tələbkar məxsus evin hər iki pəncərəsinə düşən təbii işiq və təbii havalandırma tamam kəsilməklə həmin pəncərələr cavabdehlərin yeni tikdiyi evin içərisində (altında) qalmışdır. Bundan başqa (sonra) da cavabdehlər Tələbkar məxsus evin hər iki pəncərəsinin pəncərə boşluqlarını kərpicsuvaqla hörərək tamamilə bağlamışlar" Bu faktlar iş üzrə keçirilmiş və tərtib edilmiş ekspert rəyləri, yerli baxış protokolları və müvafiq qurumların arayışları ilə də təsdiq edilmişdir. Bununla da məhkəmələr tərəfindən müəyyən olunmuşdur ki, iddiaçı Tələbkar məxsus Bakı şəhəri, Nərimanov rayonu, M.Arif küçəsi 112 nömrəli fərdi yaşayış evinin cavabdehlərə tərəf (111 saylı evə tərəf) olan divarı (otaqlarının və həyətin divarları) boyunca aparılan tikinti:- Tələbkar məxsus evə münasibətdə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsində nəzərdə tutulmuş tələblər (xüsusən ara məsafəsi tələbləri) pozulmaqla tikildiyindən, eləcədə həmin tikinti qanunauyğun aparılmadığından (müvafiq icazə və ya məlumatlandırılma icraatı qaydasına əməl edilmədiyindən), eyni zamanda həmin tikililər iddiaçı Tələbkar məxsus evin pəncərələrinin bağlanılmasına səbəb olduğundan, o cümlədən qeyd olunan tikililər həmin pəncərələrə düşən təbii işiq və təbii havalandırmanı kəsdiyindən qanunsuz hesab edilmiş və Tələbkar məxsus evin cavabdehlərə tərəf olan divarı (otaqlarının və həyətin divarları) boyunca aparılan bütün tikililərin sökülməsinə qərar verilmişdir. Bu 5-ilədək müddət ərzində qeyd olunan icra sənədinin icrası rəsmi qaydada borclulardan tələb edilmiş, borclular icra sənədinin icrasını könüllü təmin etmədiklərindən dəfələrlə qanuna uyğun qaydada icra tədbirləri təşkil edilərək məhkəmə qərarının icrasının təmin olunmasına cəhd edilmiş, lakin icra sənədinin çox cuzi hissəsi - ümumilikdə iki ədəd pəncərələrin ağzına hörülmüş tikililər və tamamilə sökülməsi nəzərdə tutulan tikilinin divarlarının yalnız sağ yan divarının bir qismi sökülmüşdür. Ancaq hazırda sökülməli olan qanunsuz tikilinin döşəmə hissəsi, tavan (dam örtüyü) hissəsi, eyni zamanda tikilinin arxa, ön və sağ divarları sökülməmişdir. Yəni icra sənədində tamamilə sökülməsi nəzərdə tutulan tikilinin (otağın) yalnız sağ yan divarının bir qismindən başqa həmin tikili hazırda mövcud vəziyyətdə sökülmədən durur. Bundan əlavə Tələbkar məxsus evin cavabdehlərə tərəf olan bir pəncərəsinin üzəri beton tikili ilə tam bağlıdır, digər pəncərənin ağzına isə dəmir pilləkən quraşdırılmışdır. Hansı ki, həmin dəmir pilləkən bundan təxminən bir il öncəki məcburi icra tədbiri nəticəsində sökülərək ordan götürülsə də, cavabdehlər bir müddət sonra qeyd olunan dəmir pilləkəni yenidən əvvəlki yerinə - pəncərənin ağzına quraşdırmışlar. Bununla da müəyyən olunur ki, iddiaçı Tələbkar məxsus Bakı şəhəri, Nərimanov rayonu, M.Arif küçəsi 112 nömrəli fərdi yaşayış evinin cavabdehlərə tərəf (111 saylı evə tərəf) olan divarı (otaqlarının və həyətin divarları) boyunca aparılan tikintilər sökülməmiş və həmin tikililər faktiki olaraq mövcuddur. Bu tikililər sökülmədiyindən isə evin pəncərələrinə təbii işiğın düşməsi və evin təbii havalandırması mümkün deyildir. O cümlədən icra sənədindəki ilk tələb - qeyd olunan qanusuz tiklililər sökülmədiyindən icra sənədininin ikinci hissəsi “evə təbii işğın düşməsinin və təbii havalandırmanın təmini etmək məqsədi ilə evin cavabdehlərə tərəf olan divarının (otaqların və həyətin divarlarının) bayır sərhəddindən 105 sm (1 metr 5 santı) məsafədə və qeyd olunan məsafəpe göstərilən ölçü üzrə evin 2-ci mərtəbəsində və daha yuxarı hissədə hər-hansı tikinti, quraşdırma işlərinin aparılmasının cavabdehlərə və digər şəxslərə qadağan edilməsi” hissəsinin də icrası hazırki halda təmin edilməmişdir. Əlavə olaraq bir daha qeyd edirəm ki, hazırki icra sənədində qeyd olunmuş tələblər və icra olunacaq hərəkətlər aydın və müfəssəl qeyd olunduğundan, eləcədə tələbkarın evinin cavabdehlərə tərəf (111 saylı evə tərəf) olan divarı (otaqlarının və həyətin divarları) boyunca aparılan qanunsuz hesab edilərək sökülməsi tələb olunan tikintilər hazırda sökülməmişdir. Bundan başqa həmin yerdə sökülməyəcək və ya söküntüdən kənar qalmalı olacaq hər-hansı bir başqa tikili mövcud deyildir. Bir sözlə söküləcək tikililərin ümumi əhatəsi (sərhədləri) aşkar bəlli olunduğundan, bu söküntünün aparılması üçün mütəxəssis və ya ekspert cəlb olunmasına heç bir zərurət və ya ehtiyac yoxdur. Zərurət yarandığı təqdirdə isə “İcra haqqında” Azərbaycan Respublikası Qanunu 40-cı maddəsinə əsasən mütəxəssis icra məmurunun öz təşəbbüsü və ya tərəflərin ərizəsi əsasında icra məmurunun qərarı ilə icra prosesinə cəlb oluna bilər. Bundan əlavə şikayətdə qeyd edilmiş Bakı şəhəri Nərimanov Rayon İcra şöbəsinin İcra məmuru Babək Qarayevin hərəkətlərinin qanunsuz sayılması və onun qanunsuz hərəkətlərinin dayandırılması vəzifəsinin Bakı şəhəri Nərimanov rayonu İcra şöbəsinin üzərinə qoyulması barədə tələb qanunsuz və əsassızdır. Yəni icra məmurunun hərəkətlərinin qanusuzluğuna dəlalət edən, eləcə də onun hərəkətlərinin dayandırılması üçün hər-hansı bir hal və ya səbəb mövcud deyildir. Əksinə dövlətin adından çıxarılmış, qanuni qüvvəyə minmiş və icrası hər kəs üçün məcburi sayılan icra sənədinin bu və ya müxtəlif qanunsuz əsaslarla icrasına 5 ilədək müddətdə maneə olan şəxslər qanunla müəyyən olunmuş qaydada məsuliyyətə cəlb edilməlidirlər. Məhkəmə iclasında iştirak edən X2 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, söküntü qanunsuz aparılır, yalnız 1-ci mərtəbə sökülməli olduğu halda ikinci mərtəbədə tikdikləri ev də sökülür. İcra məmurunun hərəkətləri qanunsuz hesab edilməlidir. Məhkəmə iclasında iştirak edən X1 nümayəndəsi və vəkili Vəkil ərizənin məzmununa müvafiq izahat verərək bildirmişdir ki, məhkəmə qərarının nəticə hissəsində divar boyu sahə yazılmışdır. İcra məmuru mütəxəssis cəlb etməli idi. Orada iki qonşunun divarı bitişikdir. İkinci mərtəbənin bir hissəsi qanunsuz sökülüb. Şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Tələbkar bildirmişdir ki, icra sənədində hər şey aydın yazılmışdır. Tikinti birinci mərtəbədə deyil, ikinci mərtəbədə aparılmışdır. Əsas iş üzrə mütəxəssis rəyi də alınmış, yerli baxış da olmuşdur. İş Ali Məhkəməyə qədər qüvvədə qalmışdır. 5 ildir qətnamə icra edilmir. Qətnamənin 10-15 faizi icra edilmişdir. İcrada dayandırma, xitam vermə kimi hal olmamışdır. Qanunsuz tikili sökülməlidir. Söküntüdən sonra da divar boyu 1.5 metr ərazidə tikiliyə icazə verilməməlidir. Şikayətin təmin edilməməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Nərimanov rayon İcra şöbəsinin icra məmuru Babək Qarayev bilirmişdir ki, icra sənədində divar boyu olan tikililərin sökülməsi nəzrədə tutulmuşdur. Ötən il ikinci mərtəbəyə qalxan pilləkən sökülmüşdür. Lakin ikinci mərtəbə qalmışdır. Qərara əsasən ikinci mərtəbə də sökülməlidir. Söküntü tam olaraq icra sənədinə uyğun aparılmışdır. Məhkəmə tərəflərin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət aşağıda qeyd olunanlara əsasən təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Məmməd Arif küçəsi, 27, ev 111 nömrəli fərdi yaşayış evi 1/5 hissədə X6, 1/5 hissədə X8, 1/5 hissədə X4 və 2/5 hissədə X3 mülkiyyətindədir; - Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Əliyev Əbül-Lətif Mustafa oğlu xx.xx.2021-ci il tarixdə ölmüşdür. - Nərimanov rayon İcra şöbəsi tərəfindən X9 ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubunun surətindən görünür ki, söküntü aparılacaq yerlərdə olan əşya və ya avadanlıqların, avtomobilin həmin tikililərdən, onun alt hissəsindən və ya söküntünün təsir edə biləcəyi digər ərazidən götürülməsinin təmin edilməsi barədə xəbərdarlıq edilmişdir; - Bakı Apellyasiya Məhkəməsinin 2(103)-567/2020 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 23 avqust 2019cu il tarixli 2(005)-464/2019 nömrəli qətnaməsi qismən-ilk iddianın təmin olunmuş hissəsində ləğv olunaraq, ilk iddiaçı Tələbkar məxsus Bakı şəhəri, Nərimanov rayonu, Məmməd Arif küçəsi 112 nömrəli fərdi yaşayış evinin cavabdehlərə tərəf (111 saylı ev) olan divarı (otaqların və həyətin divarları) boyunca aparılan qanunsuz tikintinin sökülməsi, ilk iddiaçı Tələbkar məxsus evin cavabdehlərə tərəf olan iki ədəd pəncərələrinin ağzına hörülmüş divarın sökülərək açılması və həmin pəncərələrə və evin həyətinə təbii işiğın düşməsini və təbii havalandırmanı təmin etmək məqsədi ilə evin cavabdehlərə tərəf olan divarının (otaqların və həyətin divarlarının) bayır sərhəddindən ən azı 105 sm (1 metr 05 santimetr) məsafədə və qeyd olunan məsafədə göstərilən ölçü üzrə evin 2-ci mərtəbəsində və daha yuxarı hissəsində hər-hansı tikinti, quraşdırma işlərinin aparılmasının cavabdehlər Əliyev Əbdül-lətif Mustafa oğluna, X9, X10 və digər şəxslərə qadağan edilməsi qət edilmişdir. - xx.xx.2025-ci il tarixdə keçirilmiş yerli baxış protokolundan görünür ki, ərizəçiyə məxsus fərdi yaşayış evinin həyətindən pilləkənlə 2-ci mərtəbəyə çıxış var. 2-ci mərtəbədə tikinti işləri aparılmışdır. Lakin fərdi yaşayış evinin üst hissəsində yerləşən otağının bir hissəsi sökülmüşdür. Tələbkara məxsus evin pəncərələri ərizəçiyə məxsus evin həyətinə açılır. Həmçinin tələbkara məxsus evin üstündə heç bir tikili mövcud deyildir. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Nəzərə alınmalıdır ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2.1 və 3.1-ci maddələrinə əsasən məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. İcra haqqında” Qanunun 8.1-ci maddəsinə görə, icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. Məhkəmə hesab edir ki, icra sənədində “cavabdehlərə tərəf (111 saylı ev) olan divarı (otaqların və həyətin divarları) boyunca aparılan qanunsuz tikintinin sökülməsi” anlayışı icra sənədinin məzmununa, iş üzrə müəyyən edilmiş faktiki hallara, eləcə də apellyasiya instansiya məhkəməsinin qətnaməsində əks olunmuş hallara əsasən yalnız ayrı-ayrı elementləri deyil, həmin divar boyunca yerləşən və bir-biri ilə funksional və konstruktiv bağlı olan bütün tikililəri əhatə edir. Bu tikililər ikinci mərtəbəni, onun döşəmə, tavan (dam örtüyü) və divar hissələrini, eləcə də pəncərələrin qarşısını bağlayan bütün konstruksiyaları əhatə edir. Qeyd edilməlidir ki, icra sənədində sökülməsi tələb olunan tikililərin sərhədləri və həcmi kifayət qədər aydın müəyyən edilmişdir. Belə ki, sökülməsi tələb olunan tikintilər tələbkara məxsus evin pəncərələrinin qarşısını bağlayan, təbii işıq və havalandırmanı məhdudlaşdıran və divar boyunca aparılmış qanunsuz tikililər kimi müəyyən edilmişdir. İcra sənədinin mahiyyəti və iş üzrə mövcud olan məhkəmə aktları icra olunacaq hərəkətlərin həcmini dəqiq müəyyən etməyə imkan vermişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 40-cı maddəsinə əsasən icra haqqında icra hərəkətlərinin həyata keçirilməsi zamanı xüsusi biliklər tələb edən məsələləri izah etmək üçün icra məmuru öz təşəbbüsünə və ya tərəflərin ərizəsinə əsasən mütəxəssis (bir neçə mütəxəssis) dəvət edir və bu barədə icra məmuru tərəfindən müvafiq qərar qəbul olunur. Hazırki iş üzrə xüsusi bilik tələb olunan hər hansı bir hal olmadığından mütəxəssisin dəvət edilməsi zərurəti yaranmamışdır. Məhkəmə həmçinin nəzərə alır ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2.1, 3.1 və 44.1-ci maddələrinə əsasən icra məmuru məhkəmə qərarlarının icrasını təmin etmək üçün zəruri məcburi icra tədbirlərini görməyə səlahiyyətlidir və bu tələblər bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. İcra məmuru icra sənədində nəzərdə tutulmuş tələblərdən kənara çıxmamış, əksinə, məhkəmə qətnaməsində göstərilən qanunsuz tikintilərin faktiki olaraq mövcud olduğunu müəyyən edərək onların sökülməsini həyata keçirmişdir. Məhkəmə hesab edir ki, icra məmuru tərəfindən görülmüş tədbirlər məhkəmə qətnaməsinin mahiyyətinə, məqsədinə və nəticə hissəsinə tam uyğun olmuş, qanunsuz tikintilərin sökülməsi və tələbkarın evinə təbii işıq və havalandırmanın bərpası məqsədinə xidmət etmişdir. Bu səbəbdən icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsi və ya onların dayandırılması üçün hüquqi əsaslar mövcud deyildir. “İcra haqqında” Qanunun 44.1-ci maddəsinə əsasən həmin Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi və könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqi üçün əsaslardır. Hazırki iş üzrə isə icra sənədinin tam şəkildə icra edilməsi, icra sənədi üzrə icraata xitam verilməsi halı müəyyən edilmədiyindən məcburi icra tədbirlərinin həyata keçirilməsi qanunidir, bu baxımdan məhkəmə borclunun şikayətini əsassız hesab edir. Beləliklə, icra sənədi üzrə icra məmurunun məcburi icra tədbirlərini həyata keçirməsi ilə bağlı hərəkətləri qanuni olduğundan, şikayət təmin olunmamalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264 və 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı şəhəri Nərimanov Rayon İcra şöbəsinin icra məmurunun hərəkətlərindən X2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərardaddan, tərəfə rəsmi qaydada təqdim edildiyi gündən sonra 10 (on) gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə şikayət verilə bilər. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar