Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-779/2025 25.11.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi, Tərəflərin iştirakı olmadan, Bakı şəhəri,Nərimanov Rayon Məhkəməsinin 2(005)-516/2025 saylı,xx.xx.2025-ci il tarixli icra sənədi üzrə Borclu daşınmaz əmlakının üzərinə həbs qoyulmasına dair icra məmuru Babək Qarayevin təqdimatına və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhər Nərimanov rayon İcra şöbəsinin icra məmuru Babək Qarayev Bakı şəhəri ,Nərimanov Rayon Məhkəməsinin 2(005)-516/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinin icra edilməsi məqsədilə Borclun mülkiyyətində Xaçmaz rayonunda yerləşən 2 ədəd (0,0211 və 0.0830 ½ ) olduğu müəyyən olunmuş, xx.xx.2025-ci il tarixdə həmin torpaq sahələrinin üzərinə həhs qoyulmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılır ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin e- 2(005)-516/2025-024 nömrəli,xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-516/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə Borclu 15000 manat məbləğində pul vəsaiti və 150 manat dövlət rüsumu tutularaq Tələbkarr xeyrinə ödənilməlidir.İcra sənədi xx.xx.2025-ci il tarixdə Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir.İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə Borclu icra sənədində qeyd olunan ünvanına göndərilmişdir.Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasistəsilə sorğular edilmişdir. Belə ki, “Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, Borclun mülkiyyətində Xaçmaz rayonunda yerləşən 2 ədəd (0,0211 və 0.0830 ½ ) olduğu müəyyən olunmuş, xx.xx.2025-ci il tarixdə həmin torpaq sahələrinin olması müəyyən olunmuşdur. İcra sənədinin icrasını təmin etmək məqsədilə hesab edir ki, məcburi icra tədbirləri kimi borclunun əmlakının üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəlməsi barədə məcburi icra tədbirləri tətbiq edilməlidir. Borclu, tələbkar və icra məmuruna məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə təqdimatı, əlavə olunan sənədləri və ümumilikdə icra işini araşdırıb hesab edir ki, təqdimat qismən təmin edilməlidir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli “İcraata başlamaq haqqında” qərarın surətindən görüünr ki, Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 2(005)-516/2025 saylı,xx.xx.2025-ci il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın X3 Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reeystrindən çıxarışdan görünür ki,Xudat şəhərində 0.0536 ha torpaq sahəsinin ½ hissəsi Borclu Firudun oğlunun, 1/2 hissəsi isə X1 xüsusi mülkiyyətindədir. Bu barədə xx.xx.2022-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın X3 Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reeystrindən çıxarışdan görünür ki, Xaçmaz şəhərində 0,0211 ha torpaq sahəsi Borclu xüsusi mülkiyyətindədir.Bu barədə xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın X3 Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reeystrindən çıxarışdan görünür ki, Xaçmaz şəhərində 0,04 ha torpaq sahəsi Borclu xüsusi mülkiyyətindədir.Bu barədə xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 224.1-ci maddəsinə əsasən, paylı və ya birgə mülkiyyət mülkiyyətçisinin başqa əmlakı kifayət etmədikdə onun kreditoru borclunun ümumi əşyadakı payına tutmanın yönəldilməsi üçün həmin payın ayrılmasını tələb edə bilər. İcra haqqında Qanunun 45.6-cı maddəsinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Həmin Qanunun 45.7-ci maddəsinə əsasən tələb, borclunun əmlakına, o cümlədən nağd yaxud banklarda və ya digər kredit təşkilatlarında hesablarda və əmanətlərdə, habelə saxlancda olan pul vəsaitlərinə və başqa sərvətlərinə, icra ödənişinin ödənilməsi və icra hərəkətlərinin həyata keçirilməsi üçün çəkilən xərclər də nəzərə alınmaqla, icra sənədinin icrası üçün lazım olan miqdarda və həcmdə yönəldilir. Həmin Qanunun 45.8-ci maddəsinə əsasən, borclunun ümumi mülkiyyətdə əmlakı olduqda, tələb Azərbaycan Respublikasının mülki qanunvericiliyinə uyğun olaraq onun ümumi mülkiyyətdə olan payına yönəldilir. Həmin Qanunun 50.1-ci maddəsinə əsasən İcraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 ay müddətində, təxirəsalınmaz hallarda isə qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. Həmin Qanunun 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Təqdimata əlavə edilmiş materiallardan görünür ki, Borclumda Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-516/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən 15000 manat məbləğində pul tutularaq Tələbkar ödənilməlidir. Yenə işin materialları ilə müəyyən edilir ki, icra sənədi üzrə xx.xx.2025-ci il tarixdə icraat başlanılmış, bildiriş borclunun ünvanına göndərilmiş, lakin borclu icra sənədini icra etməmişdir. Eyni zamanda müəyyən edilir ki, borclunun tam mülkiyyətində Xaçmaz rayonu 0,0211 ha sahəli və ½ hissədə 0,0536 ha sahəli torpaq sahələri mövcuddur. İcra məmuru həmin torpaq sahələrinin üzərinə həbs qoyulması barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, təqdimat qismən təmin edilməlidir. Belə ki, borclunun yenə tam mülkiyyətində təqdimatda əks edilməyən üçüncü – Xaçmaz rayonunda 0.04 ha sahəli torpaq sahəsi də mövcuddur. Belə olan təqdirdə məhkəmə hesab edir, borclunun tam mülkiyyətində torpaq sahəsi olduğu halda, paylı mülkiyyətdə olan hissəsinə tutmanın yönəldilməsi əsaslı, qanuni və ağlabatan deyil. Qanunun mənasından aydın olur ki, borclunun əmlakına icra məmuru tərəfindən həbs qoyulması gələcəkdə həmin əmlaka tutma yönəldilməsi yolu ilə icra sənədinin icrasını təmin etmək məqsədi daşıdığından, əmlaklar üzərinə həbs borc məbləği həddində qoyulmalıdır. Qeyd edilənləri nəzərə alaraq məhkəmə təqdimatda qeyd edilən bütün daşınmaz əmlaka deyil,Borclun mülkiyyətində olan Xaçmaz rayonunda yerləşən 0,0211 ha torpaq sahəsinin üzərinə həbs qoyulmasını daha ədalətli hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 231, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat qismən təmin edilsin. Borclun mülkiyyətində olan Xaçmaz rayonunda yerləşən 0,0211 ha torpaq sahəsinin (daşınmaz əmlakın reyestr nömrəsi:**********09) üzərinə həbs qoyulsun. Qərardadın icrası Bakı Şəhəri Nərimanov Rayon İcra Şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində elektron kabinet vasitəsilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Mehriban Əfəndizadə
Məhkəmə qərarları › İş №8(005)-779/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-779/2025
25.11.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver