Məhkəmə qərarları › İş №8(005)-791/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-791/2025

26.11.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-791/2025 26.11.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, Tələbkar Tələbkar iştirakı ilə, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2581/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə Borclu ASC-nin əmlakları üzərinə həbs qoyulması barədə Nərimanov Rayon İcra şöbəsinin icra məmuru Zaur Əlizadənin təqdimatına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon İcra şöbəsinin icra məmuru Zaur Əlizadə təqdimatla müraciət edərək icra sənədi üzrə borclu "xxxx" ASC-yə məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, İlqar Məmmədov küçəsində yerləşən 547.5 kv.m olan əmlak kompleksi, ünvan 1 ünvanında yerləşən 2217.8 kv.m olan əmlak kompleksi və ünvan 2 ünvanında yerləşən 3074.4 kv.m olan əmlak kompleksinin üzərinə həbs qoyulmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2581/2021-010 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə cavabdeh "xxxx" ASC-dən Tələbkar xeyrinə X1 ödənilməmiş əmək haqqı, istifadə etmədiyi məzuniyyət günlərinə görə pul əvəzi, son haqq-hesab hesablanıb tutulmalıdır. İcra sənədi xx.xx.2021ci il tarixdə Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. icraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə borclu "xxxx" ASC-nin icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasistəsile sorğular edilmişdir. Belə ki, 1 saylı Bakı Ərazi idarəsindən əldə edilmiş məlumata əsasən borclu '‘Neftyoltikintitəmir” ASC-nin mülkiyyətində Bakı şəhəri, Suraxanı rayonu, İlqar Məmmədov küçəsində yerləşən 547.5 kv.m olan əmlak kompleksi. ünvan 1 ünvanında yerləşən 2217.8 kv.m olan əmlak kompleksi və ünvan 3 ünvanında yerləşən 3074.4 kv.m olan əçlak kompleksinin olduğu müəyyən edilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədilə hesab edir ki, məcburi icra tədbirləri kimi borclunun əmlakının üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəlməsi barədə məcburi icra todbirləri tətbiq edilməlidir. Məhkəmə iclasında iştirak edən tələbkar təqdimatın təmin edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, borclu və icra məmuru məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin üzrlü səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinə əsasən təqdimata onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri araşdıraraq, təqdimatın əsaslılığını yoxlayaraq, hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan: -Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-2581/2021 nömrəli, xx.xx.2021ci il tarixli icra sənədinə əsasən cavabdeh “Neftyoltikintitəmir’' ASC-dən iddiaçı Tələbkar xeyrinə X1 ödənilməmiş əmək haqqı, istifadə etmədiyi məzuniyyət günlərinə görə pul əvəzi, son haqq-hesab hesablanıb tutulmalı, həmin məbləğə gecikdirilmiş aylar üzrə hər gününə bir faizdən az olmamaq şərti ilə əlavə edilsin və iddiaçı Tələbkar ödənilməlidir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən icra şöbəsinə ünvanlanmış 3 noyabr 2025-ci il tarixli məktubdan görünür ki, "xxxx" ASC-nin adına Bakı şəhəri, Suraxanı rayonu, İlqar Məmmədov küçəsində yerləşən 547.5 kv.m olan əmlak kompleksi, ünvan 5 ünvanında yerləşən 2217.8 kv.m olan əmlak kompleksi və ünvan 6 ünvanında yerləşən 3074.4 kv.m olan əmlak kompleksi qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. -Bakı şəhəri Nərimanov Rayon İcra şöbəsinin xx.xx.2025-ci il tarixli borclunun əmlakı üzərinə həbs qoyulması barədə qərarından görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2581/2021-010 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə borclu "xxxx" ASC-nin mülkiyyətində Bakı şəhəri, Suraxanı rayonu, ilqar Məmmədov küçəsində yerləşən 547.5 kv.m olan əmlak kompleksi, ünvan 1 ünvanında yerləşən 2217.8 kv.m olan əmlak kompleksi və ünvan 7 ünvanında yerləşən 3074.4 kv.m olan əmlak kompleksinin üzərinə həbs qoyulması və qərar icra olunması üçün Azərbaycan Respublikasının iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə göndərilməsi qərara alınmışdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun: - 43.1.1-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbiri hesab olunur. - 44-cü maddəsi, bu qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra vərəqəsinin icra məmuruna təqdim olunmasını, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul olunmasını və könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsini məcburi icra tədbirlərinin tətbiqinin əsasları kimi müəyyən etmişdir. - 45.2-ci maddəsinə əsasən icra sənədləri üzrə tələb ilk növbədə borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilir. Borcluda aşkar edilən nağd pul vəsaitləri götürülür. - 45.6-cı maddəsinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. - 45.7-ci maddəsinə tələb borclunun əmlakına, o cümlədən nağd yaxud banklarda və ya digər kredit təşkilatlarında hesablarda və əmanətlərdə, habelə saxlancda olan pul vəsaitlərinə və başqa sərvətlərinə, icra ödənişinin ödənilməsi və icra hərəkətlərinin həyata keçirilməsi üçün çəkilən xərclər də nəzərə alınmaqla, icra vərəqəsinin icrası üçün lazım olan miqdarda və həcmdə yönəldilir. - 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlamaq üçün verilməsindən ibarətdir. İcra vərəqəsi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra vərəqəsinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs bir qayda olaraq icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəməyə müraciət etmək hüququnun tərkib hissəsi olmaqla xüsusi önəm daşıyır. Belə ki, məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edir. Konstitusiya və beynəlxalq hüquq aktlarının tələblərinə görə ədalət mühakiməsi məhkəmə qərarlarının effektiv icrası nəticəsində hüquqların səmərəli şəkildə bərpa olunmasını təmin etməlidir (Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 2015-ci il 2 sentyabr tarixli Qərarı). Məhkəmə qeyd edir ki, borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbiridir və bu tədbirin tətbiqinin mümkünlüyünə müvafiq əsasların mövcud olub-olmadığı, habelə, icra məmuru tərəfındən “İcra haqqında” Qanunun tələblərinə uyğun olaraq icra sənədinin icrası məqsədilə icra hərəkətlərinin yerinə yetirilib-yetirilmədiyi və tələbin borclunun əmlakına yönəldilməsi ilə bağlı prosedur qaydalarına əməl olunub-olunmadığı kontekstində qiymət verilməlidir. Bu mənada, bu tədbirin tətbiqi əsası, icra sənədinin icra məmuruna təqdim olunması; icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi; könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi ilə şərtləndirilmişdir (“İcra haqqında” Qanunun 43-cü və 44-cü maddələri). Qanunvericiliyə əsasən, məhkəmənin qəbul etdiyi qərarların icrası bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra edilməlidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Borclu məhkəmə qərarının icrasının təmin edilməsinə yönəlik hərəkətlər etməlidir. İşin faktiki hallarından göründüyü kimi daşınmaz əmlakların üzərinə həbs qoyulması zərurəti məhz icra sənədi üzrə borclunun öz öhdəliklərini könüllü icra müddətində icra etməməsidir. Belə ki, icra vərəqəsi üzrə icra məmuru tərəfindən xx.xx.2021-ci il tarixdə icraata başlanılmış, tələbin könüllü icrası barədə borcluya bildiriş göndərilmiş, lakin icra sənədi üzrə tələblər bu müddət ərzində icra olunmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, məcburi icra tədbirinin tətbiqi üçün əsas yaranmışdır. Məhkəmə hesab edir ki, icra sənədi üzrə könüllü icra barədə bildiriş göndərilməsinə baxmayaraq bu müddət ərzində icra sənədi borclu tərəfindən icra edilmədiyindən bununla da, icra sənədinin icrası mümkün olmadığından, icra sənədlərinin icrasını təmin etmək məqsədilə borclunun mülkiyyətində olan daşınmaz əmlakların üzərinə həbs qoyulmalıdır. Beləliklə məhkəmə hesab edir ki, təqdimat təmin edilməli, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2581/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu ASC-yə məxsus olan daşınmaz əmlakların Bakı şəhəri, Suraxanı rayonu, İlqar Məmmədov küçəsində yerləşən 547.5 kv.m olan əmlak kompleksi, ünvan 5 ünvanında yerləşən 2217.8 kv.m olan əmlak kompleksi və ünvan 6 ünvanında yerləşən 3074.4 kv.m olan əmlak kompleksi üzərinə həbs qoyulmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2581/2021 nömrəli, xx.xx.2021ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu ASC-yə məxsus olan daşınmaz əmlakların - Bakı şəhəri, Suraxanı rayonu, İlqar Məmmədov küçəsində yerləşən 547.5 kv.m olan əmlak kompleksi, ünvan 5 ünvanında yerləşən 2217.8 kv.m olan əmlak kompleksi və ünvan 6 ünvanında yerləşən 3074.4 kv.m olan əmlak kompleksi üzərinə həbs qoyulsun. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar