Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-792/2025 19.11.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Gülməmmədova Qumru Habil qızının katibliyi ilə, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-248/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə Borclu məxsus avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi barədə Nərimanov rayon İcra Şöbəsinin icra məmuru Vüqar Dəmirçiyevin təqdimatına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Nərimanov Rayon İcra şöbəsinin icra məmuru Vüqar Dəmirçiyev məhkəməyə təqdimatla müraciət edərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4326/2023-012 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinin icrasını təmin etmək üçün Nərimanov rayon Məhkəməsinin 8(005)-248/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə "Honda İnsight hibrid" minik markalı, **-DK-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4326/2023-012 nömrəli, xx.xx.2023-cü il tarixli icra qeydinə əsasən X1 5094,67 manat pul tutularaq tələbkar "xxxx" ASC-nin xeyrinə verilməlidir. İcra sənədi şöbənin icraatına xx.xx.2024-cü il tarixdə daxil olmuş və həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək icra olunması üçün borcluya göndərilmişdir. Nərimanov rayon Məhkəməsinin 8(005)-248/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadına əsasən Borclu oğluna məxsus "Honda İnsight hibrid" minik markalı, **-DK-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuş və tələb həmin avtomobilə yönəldilmişdir. Tələbkarın etibarnamə üzrə səlahiyyətli nümayəndəsi xx.xx.2025-сі tarixli ərizə ilə şöbəyə müraciət edərək borclu tərəfindən borc tam şəkildə ödənildiyi üçün icra işinin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, icra məmuru, borclu və tələbkar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə müvafiq olaraq təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və ona əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, təqdimat aşağıda qeyd edilənlərə əsasən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 4326/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinin surətindən görünür ki, Borclu 4648,57 manat əsas, 376,65 manat faiz, 50 manat cərimə borcu olmaqla, cəmi 5025,22 manat məbləğində pul və 69,45 manat ödənilmiş dövlət rüsumu iddiaçı Tələbkar QSC-nin xeyrinə tutulmalıdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-248/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından görünür ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 4326/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə Borclu mülkiyyətində olan "Honda İnsight (Hibrid) minik" markalı, **-DK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulması qərara alınmışdır. Tələbkar QSC tərəfindən Nərimanov Rayon İcra şöbəsinə ünvanlanmış məktubun surətindən görünür ki, icra sənədi üzrə təyin olunmuş məbləğin xx.xx.2025-ci il tarixində tam olaraq ödənildiyi nəzərə alaraq, "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 20.1.5-ci maddəsinə əsasən, icra sənədi üzrə icraata xitam verilməsini xahiş olunmuşdur. Nərimanov Rayon İcra şöbəsinin xx.xx.2025-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarında görünür ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin e- 2(005)-4326/2023-012 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə xitam verilməsi qərara alınmışdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 43.1-ci maddəsinə əsasən məcburi icra tədbirlərindən biri də borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsidir. Həmin Qanunun 45.1-ci maddəsinə görə, tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. “İcra haqqında” Qanunun 20.1.5-ci maddəsinə əsasən icra sənədi tam icra olunduqda icraata xitam verilir. Qanunun 20.2 və 20.3-cü maddələrinə görə, icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən bu Qanunun 20.1-ci maddəsi ilə müəyyən edilən hallar aşkar edildiyi gündən 3 iş günü müddətində həmin hallara istinad edilməklə əsaslandırılmış qərar qəbul edilir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən 1 iş günü müddətində yoxlanılaraq təsdiq olunur və onun surəti 3 gün müddətində tərəflərə, habelə həmin qərardan bu Qanunun 20.5-ci maddəsində nəzərdə tutulmuş şikayət vermə müddəti keçdikdən sonra icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. İcra məmuru icraata xitam verilməsi barədə qərar qəbul etdikdən sonra icraat üzrə hər hansı icra hərəkətlərinin həyata keçirilməsinə yol verilmir. Beləliklə, məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, icra sənədi tam icra edildiyindən və icra sənədi üzrə icraata xitam verildiyindən əmlakın üzərinə qoyulmuş həbsin saxlanmasına zərurət aradan qalxmışdır. Bu səbəbdən təqdimat təmin edilməli, Borclu məxsus "Honda İnsight hibrid" minik markalı, **-DK-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264 və 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-248/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə Borclu məxsus "Honda İnsight (hibrid)" minik markalı, **-DK-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülsün. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə şikayət verilə bilər. Hakim Nərgiz Tağıyeva
Məhkəmə qərarları › İş №8(005)-792/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-792/2025
19.11.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver