Məhkəmə qərarları › İş №8(005)-801/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-801/2025

02.12.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-801/2025 02.12.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi, Tərəflərin iştirakı olmadan, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1540/2024 saylı, xx.xx.2025-ci il tarixli, icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə Borclu1, Borclu2 məxsus daşınmaz əmlakın üzərinə həbs qoyulmasına dair təqdimat və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhər Nərimanov rayon İcra şöbəsinin icra məmuru Vüqar Dəmirçiyev Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1540/2024 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinin icra edilməsi məqsədilə Borclu1, Borclu2 məxsus (reyestr nömrəsi **********84) torpaq sahəsinə və Borclu2 və Borclu1 reyestr nömrəsi **********17) paylı mülkiyyət hüququna malik olduğu torpaq sahəsində olan payların üzərinə həbs qoyulmasına dair qərardad qəbul edilməsinə xahiş etmişdir. Təqdimat onunla əsaslandırılır ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1540/2024-035 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən borclular Borclu1 16200(on altı min iki yüz) manat Borclu2 37400 (otuz yeddi min dörd yüz) manat,X2 4300 (dörd min üç yüz) manat məbləğində dəymiş zərər tutularaq Tələbkar Niftali qızına ödənilməlidir. İcra sənədi xx.xx.2025-ci il tarixdə şöbənin icraatına daxil olmuş,həmin tarixdə icraata başalamaq haqqında qərar qəbul edilərək,bildirişlə birlikdə icra olunması üçün borcluya, məlumat üçün isə tələbkara və məhkəməyə göndərilmişdir. İcra sənədi xx.xx.2025-ci il tarixdə şöbənin icraatına daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək icra olunması üçün borclunun ünvanına,məlumat üçün isə tələbkara və məhkəməyə göndərilmişdir. İcra sənədinin icrası ilə əlaqədar qanuna müvafiq qaydada borcluya tələbin icrası ilə bağlı bildiriş göndərilmişdir. Buna baxmayaraq, borclu tərəfindən icra sənədinin icrası dərhal təmin edilməmiş və icranın təmin edilməməsi ilə bağlı rəsmi şəkildə heç bir səbəb göstərilməmişdir. İcraat zamanı məlum olmuşdur ki, Borclu2 mülkiyyətində olan torpaq sahələri mövcuddur: reyestr nömrəsi **********84, **********17). Bildirilir ki, (reyestr nömrəsi **********17) torpaq sahəsində Borclu2, Borclu1,X3, Tələbkar və X1 paylı mülkiyyətindədir. Borclu, tələbkar və icra məmuruna məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə təqdimatı, əlavə olunan sənədləri və ümumilikdə icra işini araşdırıb hesab edir ki, təqdimat qismən təmin edilməlidir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli “İcraata başlamaq haqqında”qərarın surətindən görünür ki, Bakı şəhər Nərimanov rayon İcra şöbəsinin icra məmuru Vüqar Dəmirçiyev icraatına daxil olmuş Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 1540/2024 saylı, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə icraata başlanılması barədə qərar qəbul etmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli “Borclunun əmlakı üzərinə həbs qoyulması haqqında”qərarın surətindən görünür ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1540/2024 saylı, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə borclular Borclu1 və Borclu2 mülkiyyətində olan daşınar və daşınmaz əmlakların üzərinə həbs qoyulması barədə qərar qəbul etmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli “Borclunun axtarışı haqqında”qərarın surətindən görünür ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1540/2024 saylı, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə Borclu1 barəsində axtarış elan edilməsi barədə qərar qəbul edilmişdir. İş materialalrında olan xx.xx.2025-ci il tarixli “Borclunun əmlakı üzərinə həbs qoyulması haqqında” qərarın surətindən görüünr ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1540/2024-035 saylı, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə Borclu2 mülkiyyətində olan torpaq sahələrinin üzərinə həbs qoyulmasl barədə qərar qəbul edilmişdir. İş materiallarında olan “AZEMİS” elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, Borclu1 ”mülkiyyətində olan daşınmaz əmlak” bölməsində **********17 reyestr nömrəli torpaq sahəsi mövcuddur. Lakin təqdimatda göstərilən digər torpaq sahəsinin mövcudluğu barədə nə elektron məhkəmə informasiya sistemində, nə də elektron çıxarışların yoxlanılması üzrə https://eservices.economy.gov.az/services/service/single/41 veb-saytı üzərindən hər hansı məlumat aşkar edilmir. İcra haqqında Qanunun 45.6-cı maddəsinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Həmin Qanunun 45.7-ci maddəsinə əsasən tələb, borclunun əmlakına, o cümlədən nağd yaxud banklarda və ya digər kredit təşkilatlarında hesablarda və əmanətlərdə, habelə saxlancda olan pul vəsaitlərinə və başqa sərvətlərinə, icra ödənişinin ödənilməsi və icra hərəkətlərinin həyata keçirilməsi üçün çəkilən xərclər də nəzərə alınmaqla, icra sənədinin icrası üçün lazım olan miqdarda və həcmdə yönəldilir. Həmin Qanunun 50.1-ci maddəsinə əsasən İcraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 ay müddətində, təxirəsalınmaz hallarda isə qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. Həmin Qanunun 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Qanunun mənasından aydın olur ki, borclunun əmlakına icra məmuru tərəfindən həbs qoyulması gələcəkdə həmin əmlaka tutma yönəldilməsi yolu ilə icra sənədinin icrasını təmin etmək məqsədi daşıdığından, əmlaklar üzərinə həbs borc məbləği həddində qoyulmalıdır. Qeyd edilənləri nəzərə alaraq məhkəmə təqdimatda qeyd edilən bütün daşınmaz əmlaka deyil, icra sənədi üzrə tutumalı olan məbləğə mütənasib olaraq Borclu1 paylı mülkiyyətində olan **********17 reyestr nömrəli torpaq sahəsində olan pay hissəsinin üzərinə həbs qoyulmasını daha ədalətli hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 231, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat qismən təmin edilsin. Borclu1 paylı mülkiyyətində olan **********17 reyestr nömrəli torpaq sahəsində olan pay hissələrinin üzərinə həbs qoyulsun. Qərardadın icrası Bakı Şəhəri Nərimanov Rayon İcra Şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində elektron kabinet vasitəsilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar