Məhkəmə qərarları › İş №8(005)-85/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-85/2024

16.02.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-85/2024 16.02.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi, Tələbkarın nümayəndəsi X1 iştirakı ilə, Nərimanov Rayon Məhkəməsinin 2(005)-1653/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinin icrası məqsədi ilə Borclu inzibati xəta haqqında protokolun tərtibində iştirakını təmin etmək üçün Nərimanov rayon İcra şöbəsinə məcburi qaydada gətirilməsinə dair icra məmurunun təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru X4 Rayon Məhkəməsinin 2(005)- 1653/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinin icrası məqsədi ilə Borclu inzibati xəta haqqında protokolun tərtibində iştirakını təmin etmək üçün polis orqanı vasitəsi ilə Nərimanov rayon İcra şöbəsinə məcburi qaydada gətirilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, icra sənədi üzrə Borclu cəmi 890 manat məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. İcra sənədi şöbənin icraatına xx.xx.2023-cü il tarixdə daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək könüllü icra barədə bildirişlə icra olunması üçün Borclu icra sənədində göstərilən ünvanına göndərilmişdir. Könüllü müddət ərzində borclu tərəfindən icra sənədinin icrası təmin edilmədiyi üçün ona Nərimanov Rayon İcra şöbəsinə məcburi qaydada gətirilməsinə dair təqdimatın verilməsi haqqında qərarın surəti göndərilmiş, lakin buna baxmayaraq Borclu şöbəyə gəlməkdən qərəzli olaraq yayınmış və icra məmurunu çağırışına məhəl qoymamışdır. Məhkəmə iclasında iştirak edən tələbkarın nümayəndəsi X2 təqdimatın təmin edilməsini xahiş etmişdir. Təqdimat vermiş icra məmuruna və borcluya məhkəmə tərəfindən iclasın vaxtı və yeri barədə bildiriş göndərilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri araşdıraraq, borclunun Nərimanov rayon icra şöbəsinə məcburi gətirilməsi üçün kifayət qədər əsas olduğundan təqdimatın təmin edilməsi qənaətinə gəlir. Belə ki, təqdimata əlavə edilmiş: Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru X4 Rayon Məhkəməsinin 2(005)- 1653/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Borclu cəmi 890 manat məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Bakı şəhəri Nərimanov rayon icra şöbəsinin icra məmuru Azər Əliyev tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərarın və bildirişin təsdiq edilmiş surətlərindən görünür ki, Nərimanov Rayon Məhkəməsinin 2(005)-1653/2023 nömrəli, xx.xx.2023-cü il nömrəli icra sənədi üzrə icraat başlanmış, tələbin könüllü icrası barədə bildiriş borcluya göndərilmişdir. Bakı şəhəri Nərimanov rayon icra şöbəsinin icra məmuru Azər Əliyev tərəfindən qəbul edilmiş 12 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Borclu məcburi qaydada Nərimanov rayon icra şöbəsinə gətirilməsi qərara alınmışdır. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən təsdiq edilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin Qanunun 3-cü maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Həmin Qanunun 84.2.-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Həmin Qanunun 84.3-cü maddəsinə əsasən bu Qanunun 84.2-ci maddəsində nəzərdə tutulmuş hallarda icra məmuru müvafiq qərar qəbul edir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Yuxarıda göstərilənlərə əsasən və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Nərimanov Rayon Məhkəməsinin 2(005)-1653/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə ünvan 1 ünvanında qeydiyyatda olan borclu xx.xx.1984-cü il təvəllüdlü Borclu Bakı Şəhəri Nərimanov Rayon İcra Şöbəsinə məcburi qaydada gətirilsin. Qərardadın icrası Nərimanov Rayon Polis İdarəsinə və Nərimanov Rayon İcra Şöbəsinə həvalə edilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar