Məhkəmə qərarları › İş №8(005)-855/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-855/2025

24.12.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-855/2025 24.12.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi X2 Tərəflərin iştirakı olmadan, X1 Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3965/2013 saylı, 04 dekabr 2013-cü il tarixli icra sənədi üzrə əsasən tutulmalı olan pulun indeksasiyasına dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3965/2013 saylı, 04 dekabr 2013-cü il tarixli icra sənədi üzrə əsasən tutulmalı olan pulun indeksasiyasına dair ərizə ilə məhkəməyə müraciət edərək, Nərimanov Rayon Məhkəməsinin 2(005)-3965/2013 saylı, 04 dekabr 2013-cü il tarixli məhkəmə qərarı üzrə ödənilməmiş cəmi 2380,60 pul məbləğini indeksləşdirilərək 2013-cü il dekabr ayından 2025-ci il oktyabr ayınadək 206,70 faiz artımı (2380,60 AZN x 206,70 % = 4920,70 AZN) nəzərə alaraq cəmi 7301,30 manat məbləğində indeksləşdirilmənin müəyyən edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Nərimanov Rayon Məhkəməsinin 2(005)- 3965/2013 saylı, 04 dekabr 2013-cü il tarixli məhkəmə qərarına əsasən, borclular Borclu1 və Borclu2 cəmi 3175 manat məbləğində pul müştərək qaydada tutularaq X4 xeyrinə tutulması ödənilməsi qərara alınmışdır. Hazırda qəbul olunmuş məhkəmə qərarı qanuni qüvvəsini almasını və həmçinin icra məmuru tərəfindən məcburi icra tədbirlərinin görülməsinə baxmayaraq, məhkəmə qərarı üzrə 794.40 manat ödəniş olunmuşdur. Borclular məhkəmə qərarı üzrə qəbul olunmuş məbləği zamanında ödəyərək icra etsəydilər tələbkar, başqa sahədə istifadə etməklə gəlir əldə edə bilərdi. Lakin, borcluların məhkəmə qərarı üzrə öhdəliyinin icra etməməsi səbəbindən və həmin məbləğ vaxtında geri qaytarılmadığına görə tələbkar, həmin pulu dəyərləndirə bilməmişdir. Buna görə də, məhkəmə qərarı üzrə tələbkara ödənilməli olan pul vəsaiti inflyasiyaya uğradığından indeksləşdirmə tətbiq edilməsi zərurəti yaranmışdır. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq icra məmuru, tələbkar məhkəməyə gəlməmişlər. Lakin X3 elektron kabinet vasitəsi ilə ərizə ünvanlayaraq, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232.2-ci maddəsinə əsasən ərizəyə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, ərizə qismən təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 2(005)- 3965/2013 saylı,04 dekabr 2013-cü il tarixli qətnamənin surətindən görünür ki, iddianın təmin edilməsi, Borclu1 və Borclu2 xx.xx.2013-cü il tarixli 6429 saylı alqı-satqı müqaviləsinə əsasən 3144 manat əsas borc və 31 manat dövlət rüsumu cəmi 3175 manat məbləğində pul müştərək qaydada tutularaq X4 xeyrinə tutulması ödənilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin: 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. 232.3-cü maddəsinə əsasən ödənilməli pul məbləğlərinin indeksasiyası barədə məhkəmə qərardadından şikayət verilə bilər. Məhkəmə verilmiş ərizəni, habelə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməli, məhkəmə hökmü ilə borcludan tələbkarın xeyrinə tutulacaq pul məbləği inflyasiya göstəricisi kimi qəbul olunmuş istehlak qiymətlərinə istinad olunmaqla indeksasiya olunmalıdır. Belə ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3965/2013 saylı,04 dekabr 2013-cü il tarixli icra sənədinə əsasən borclular Borclu1 və Borclu2 xx.xx.2013-cü il tarixli 6429 saylı alqı-satqı müqaviləsinə əsasən 3144 manat əsas borc və 31 manat dövlət rüsumu cəmi 3175 manat məbləğində pul müştərək qaydada tutularaq X4 xeyrinə ödənilməsi qərara alınmış, iş üzrə çıxarılmış məhkəmə aktı icraya yönəldilmişdir. Lakin icra sənədinin icrasını təmin etmək mümkün olmamış və icra vərəqinin verildiyi tarixdən 13 ilə yaxın müddət ötmüşdür. Bu səbəbdən də icra vərəqində tutulması tələb olunan məbləğin indeksasiya olunmasına ehtiyac vardır. Ödənilməli olan pul vəsaiti 2013-cü il dekabr ayından 2025-ci il oktyabr ayınadək 206,70 faiz artımı (2380,60 AZN x 206,70 % = 4920,70 AZN) müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, ərizədə göstərilən məsələ - həm ilkin pul məbləğinin tutulması, həm də indeksasiya edilmiş məbləğin tutulması barədə tələb əsaslı və qanuni deyil və təmin edilməməli, borclulardan yalnız pulun indeksasiya edilmiş məbləği tutulmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, ərizə qismən təmin edilməli, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3965/2013 saylı,04 dekabr 2013-cü il tarixli icra sənədinə əsasən borclular Borclu1 və Borclu2 alınaraq X5 ödənilməli olan 2380,60 manat pul məbləği 2013-cü il dekabr ayından 2025-ci il oktyabr ayınadək 206,70 faiz artımı (2380,60 AZN x 206,70 % = 4920,70 AZN) manat olduğu müəyyən edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 232, 267-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3965/2013 saylı, 04 dekabr 2013-cü il tarixli icra sənədi üzrə tutulmalı olan pulun indeksasiyasına dair ərizəsi qismən təmin edilsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3965/2013 saylı, 04 dekabr 2013-cü il tarixli icra sənədinə əsasən borclular Borclu1 və Borclu2 alınaraq X5 ödənilməli olan 2380,60 manat pul məbləği 2013-cü il dekabr ayından 2025-ci il oktyabr ayınadək 206,70 faiz artımı (2380,60 AZN x 206,70 % = 4920,70 AZN) manat olduğu müəyyən edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə 10 gün müddətinə şikayət verilə bilər. Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar