Məhkəmə qərarları › İş №8(005)-86/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-86/2022

22.02.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-86/2022 22.02.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi ilə, Nərimanov rayon məhkəməsinin 8(005)-206/2018 saylı, 09.02.2018-ci il tarixli qərardadı ilə Borclu məxsus avtomobilin üzərindən həbsin götürülməsi barədə Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinin böyük icra məmuru Zaur Əlizadənin təqdimatına məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinin böyük icra məmuru Zaur Əlizadə Borclu məxsus olan avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Nərimanov rayon Məhkəməsinin 2(005)-7645/2017 nömrəli, 17.10.2017-ci il tarixli icra sənədinə əsasən Borclu cəmi 2380,11 dollar məbləğində pul vəsaiti və 20 manat dövlət rüsumu utularaq tələbkar "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. İcra sənədi şöbənin icraatına 31.10.2017-ci il tarixdə daxil olmuş və icraata başlamaq haqqında qərar qəbul edilərək icra olunması üçün borcluya, məlumat üçün tələbkara və məhkəməyə bildiriş göndərilmişdir. Belə ki, icra sənədinə "icra haqqında" qanunun 20.1.3-cü maddəsinə əsasən xitam verilmişdir. Bu səbəbdən icra sənədinin icrasının təmini tədbiri olaraq Nərimanov Rayon Məhkəməsinin 8(005)-206/2018 saylı, 09.02.2018-ci il tarixli qərardadı ilə Borclu məxsus "Hyundai Tucson” minik markalı, **-XG-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsini xahiş etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə təqdimatı, təqdimata əlavə olunan sənədləri və ümumilikdə icra işini araşdırıb hesab edir ki, təqdimat təmin olunmalı, Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 8(005)- 206/2018 saylı, 09.02.2018-ci il tarixli qərardadı ilə Borclu məxsus olan "Hyundai Tucson” minik markalı, **-XG-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülməlidir. Belə ki, işdə olan icra sənədi üzrə icraata xitam verilməsi barədə 07.12.2021-ci il tarixli qərardan görünür ki, Bakı Şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-7645/2017 nömrəli, 17.10.2017-ci il tarixli icra sənədi üzrə icraata xitam verilmişdir. “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun: 43.1.1-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbiri hesab edilir; 44.1.3-cü maddəsinə əsasən könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqi üçün əsasdır; 45.1-ci maddəsinə əsasən, tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Beləliklə, yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, təqdimat əsaslı olduğundan təmin olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 8(005)-206/2018 saylı, 09.02.2018-ci il tarixli qərardadı ilə Borclu məxsus olan "Hyundai Tucson” minik markalı, **-XG-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülsün. Qərardadın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar