Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-862/2025 29.12.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Gülməmmədova Qumru Habil qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4345/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu X2 məxsus əmlakın üzərinə həbs qoyulması barədə Bakı Şəhəri Nərimanov Rayon İcra Şöbəsinin böyük icra məmuru İmran Cəfərquliyevin təqdimatına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Nərimanov Rayon İcra Şöbəsinin böyük icra məmuru İmran Cəfərquliyev təqdimatla məhkəməyə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 4345/2024 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədilə borclu X2 məxsus “Moskiç” İJ 2717 220 yük” markalı, **-LB-*** dövlət qeydiyyat nişanlı və “Kamaz 5320 yük” markalı **-MT-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 4345/2024-saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən, borclu X1 ******* manat məbləğində pul vəsaiti və 2240 manat məbləğində dövlət rüsumu tutularaq Tələbkar xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2025-ci il tarixdə Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surətli bildirişlə bərabər icra sənədi üzrə Borclu icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasitəsilə sorğular edilmişdir. Belə ki, "Elektron icra" informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, Borclu məxsus olan "Moskviç İJ 2717 220” markalı, **-LB-*** dövlət qeydiyyat nişanlı və "Kamaz 5320" yük markalı, **-MT-*** dövlət qeydiyyat nişanlı avtomobilləri aşkar edilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədilə hesab edirəm ki, məcburi icra tədbirləri kimi borclunun əmlakının üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəlməsi barədə məcburi icra tədbirləri tətbiq edilməlidir. Tələbkar, borclu və icra məmuru məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilsələr də, onlar məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəblərini məhkəməyə bildirməmişlər. Məhkəmə mülki prosessual qanunvericiliyə uyğun olaraq təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Təqdimata əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4345/2024 nömrəli xx.xx.2024-cü il tarixli icra vərəqəsinə əsasən cavabdeh X1 ******* manat məbləğində pul vəsaiti və 2240 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı Tələbkar xeyrinə ödənilməlidir. Təqdimata əlavə edilmiş xx.xx.2025-ci il tarixli icraata başlamaq haqqında qərar və eyni tarixli bildirişin surətindən görünür ki, icra sənədi üzrə icraata başlanılmış, tələbin könüllü icrası barədə bildiriş borcluya göndərilmişdir. “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinin xx.xx.2025-ci il tarixli məktubunun surətindən görünür ki, ünvan 1 ünvanda qeydiyyatda olan Borclu adında xx.xx.2002-ci il tarixdən “Moskviç lJ 2717 220 Yük” markalı **-LB-*** və xx.xx.2004-cü il tarixdən “Kamaz 5320 Yük” markalı **-MT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri qeydiyyatdadır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin tələbinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Bu Qanunun 6.1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası məhkəmələrinin qərarları icra sənədi sayılır. “İcra haqqında” Qanunun 44.1-ci maddəsinə əsasən həmin Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi və könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqi üçün əsaslardır. Məcburi icra tədbirlərindən biri də borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsidir (Qanunun 43.1.1-ci maddəsi). Həmin Qanunun 45.1-ci maddəsinə uyğun olaraq, tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Eyni Qanunun 50.2-ci maddəsinə görə icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakı üzərinə həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə təqdimat təmin edilərək, borclu X2 məxsus “Moskiv” İJ 2717 220 yük” markalı, **-LB-*** dövlət qeydiyyat nişanlı və “Kamaz 5320 yük” markalı **-MT-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264 və 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4345/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu X2 məxsus “Moskiç” İJ 2717 220 yük” markalı, **-LB-*** dövlət qeydiyyat nişanlı və “Kamaz 5320 yük” markalı, **-MT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin üzərinə həbs qoyulsun. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Şəhəri Nərimanov Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə şikayət verilə bilər. Hakim Nərgiz Tağıyeva
Məhkəmə qərarları › İş №8(005)-862/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-862/2025
29.12.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver