Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-88/2024 13.02.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, Bakı Şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-4113/2017 nömrəli, xx.xx.2017ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu mülkiyyətində olan “VAZ 21074" minik markalı, **-MV-*** dövlət qeydiyyat nişanlı və "MERCEDES 200D” minik markalı, **-NP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin üzərinə borc məbləğinin həcmində həbs qoyulması barədə icra məmuru Elzamin İsayev təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsi tərəfindən Bakı Şəhəri Nərimanov rayon Məhkəməsinin 2(QQ5)-4113/2017 nömrəli, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən, Borclu mülkiyyətində olan “VAZ 21074” minik markalı, **-MV-*** dövlət qeydiyyat nişanlı və “MERCEDES 200D” minik markalı, **-NP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin üzərinə borc məbləğinin həcmində həbs qoyulması barədə icra məmurunun təqdimatı baxılması məhkəməyə göndərilmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-4113/2017 nömrəli, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən, Borclu 550 manat məbləğində pul vəsaiti tutularaq tələbkar "İrşad-İ-R” MMC-nin xeyrinə ödənilməlidir. İcra sənədi şöbənin icraatına xx.xx.2017-ci il tarixdə daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək tələbin könüllü icra olunması üçün borclunun ünvanına bildiriş göndərilmişdir. İcra sənədinin icrası könüllü olaraq təmin edilmədiyi üçün “Elektron İcra” İnformasiya Sistemindən məlumat çıxarılmış, məlumata əsasən, "VAZ 21074" minik markalı, **-MV-*** dövlət qeydiyyat nişanlı və "MERCEDES 200D" minik markalı, 10- NP-045 dövlət qeyydiyyat nişanlı nəqliyyat vasitəsiləri Borclu mülkiyyətində olduğu müəyyən olunmuşdur Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, borclu, tələbkar və icra məmuru məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin üzrlü səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinə əsasən təqdimata onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri araşdıraraq, təqdimatın əsaslılığını yoxlayaraq, hesab edir ki, təqdimat əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Bakı Şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-4113/2017 nömrəli, xx.xx.2017-ci il tarixli icra sənədinə - məhkəmə əmrinə əsasən xx.xx.1967-ci il tarixdə Ermənistan, Mehri rayonunda anadan olan, Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov pr 4 keçid, ev 3A qeydiyyatda olan, Borclu kreditor Tələbkar MMC-nin xeyrinə 408 manat əsas, 122 manat cərimə, cəmi 530 manat borcu və ödənilmiş 20 manat dövlət rüsumu tutulmalıdır. - Borclu haqqında “Elektron Məhkəmə” və “Elektron İcra” informasiya sistemindən əldə edilmiş məlumatlardan görünür ki, Borclu məxsus istehsal ili 2001-ci il olan “VAZ 21074" minik markalı, **-MV-*** dövlət qeydiyyat nişanlı və istehsal ili 1993-cü il olan "Mercedes 200D” minik markalı, **-NP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri müəyyən edilmişdir. - Bakı şəhəri Nərimanov Ryaon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 8(005)- 475/2023 saylı qərardadından görünür ki, Borclu məxsus "Mercedes 200D” minik markalı, **-NP-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbd qoyulmuşdur. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun: - 43.1.1-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbiri hesab olunur. - 44-cü maddəsi, bu qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra vərəqəsinin icra məmuruna təqdim olunmasını, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul olunmasını və könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsini məcburi icra tədbirlərinin tətbiqinin əsasları kimi müəyyən etmişdir. - 45.2-ci maddəsinə əsasən icra sənədləri üzrə tələb ilk növbədə borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilir. Borcluda aşkar edilən nağd pul vəsaitləri götürülür. - 45.6-cı maddəsinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. - 45.7-ci maddəsinə tələb borclunun əmlakına, o cümlədən nağd yaxud banklarda və ya digər kredit təşkilatlarında hesablarda və əmanətlərdə, habelə saxlancda olan pul vəsaitlərinə və başqa sərvətlərinə, icra ödənişinin ödənilməsi və icra hərəkətlərinin həyata keçirilməsi üçün çəkilən xərclər də nəzərə alınmaqla, icra vərəqəsinin icrası üçün lazım olan miqdarda və həcmdə yönəldilir. - 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlamaq üçün verilməsindən ibarətdir. İcra vərəqəsi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra vərəqəsinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs bir qayda olaraq icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Avropa Məhkəməsinin “Xornsbin Yunanıstana qarşı işi üzrə” 19 mart 1997—ci il tarixli qərarında qeyd olunmuşdur ki, iştirakçı dövlətlərin məhkəmə sistemi məhkəmənin məcburi və yekun qərarının icra olunmamasına və beləliklə, tərəflərin birinin maraqlarına zərər vurulmasına imkan verirsə, deməli Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan “məhkəmə baxışına hüquq” xəyal xarakterli olacaqdır.... Hər hansı bir məhkəmə tərəfindən çıxarılmış qərarın icrası həmin maddədə nəzərdə tutulmuş “məhkəmə icraatı” anlayışının tərkib hissəsidir. Avropa Məhkəməsi “Hakansson və Sturesson İsveçə qarşı” iş üzrə 1990-cı il 21 fevral tarixli Qərarında qeyd etmişdir ki, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi tətbiq olunan vasitələrlə qarşıya qoyulan məqsədin ağlabatan mütənasibliyini tələb edir. Əgər müvafiq şəxs xüsusi və həddən artıq məhrumiyyətə məruz qalıbsa, mütənasibliyin müəyyən edilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsi Plenumunun X1 şikayəti üzrə 2017-ci il 26 may tarixli Qərarında mütənasiblik prinsipinə kifayət qədər aydınlıq gətirilmiş, məhdudiyyətlər tətbiq edilərkən nəzərə alınmalı olan qanunvericilik normaları açıqlanmış və belə məhdudiyyətlərin tətbiq edilməsi zamanı mütənasiblik, qanuni məqsədə uyğunluq prinsiplərinə riayət edilməsinin vacibliyi vurğulanmışdır. Qərarda göstərilmişdir ki, mütənasiblik prinsipinə riayət olunmasını təmin etmək üçün məhkəmə qanunvericiliyə uyğun olaraq işə baxarkən, hər bir konkret halda məhdudiyyətin müəyyən olunmasının əsaslarını, borclunun buna qarşı etirazlarını öz daxili inamına görə qiymətləndirməli, işi hərtərəfli, tam və obyektiv araşdırmalı, məsələ ilə bağlı öz nəticələrini müvafiq məhkəmə aktında əsaslandırmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəməyə müraciət etmək hüququnun tərkib hissəsi olmaqla xüsusi önəm daşıyır. Belə ki, məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edir. Konstitusiya və beynəlxalq hüquq aktlarının tələblərinə görə ədalət mühakiməsi məhkəmə qərarlarının effektiv icrası nəticəsində hüquqların səmərəli şəkildə bərpa olunmasını təmin etməlidir (Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 2015-ci il 2 sentyabr tarixli Qərarı). Qanunvericiliyə əsasən, məhkəmənin qəbul etdiyi qərarların icrası bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra edilməlidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Borclu məhkəmə qərarının icrasının təmin edilməsinə yönəlik hərəkətlər etməlidir. Hazırda təqdimat və ona əlavə edilmiş materiallardan görünür ki, Bakı Şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-4113/2017 nömrəli, xx.xx.2017-ci il tarixli məhkəmə əmrinə əsasən Borclu Tələbkar MMC-nin xeyrinə cəmi 530 manat borcu və ödənilmiş 20 manat dövlət rüsumu tutulmalıdır. İcra məmuru icra sənədində müəyyən edilmiş borclunun öhdəlikləri yerinə yetirilməsinə yönəlmiş məcburi icra hərəkətləri üzrə borcluya məxsus hər iki daşınar əmlaka məhdudiyyətin qoyulmasını xahiş etmişdir. Lakin məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, icra sənədi üzrə öhdəliyin yerinə yetirilməsinin təmin edilməsi məqsədi ilə təqdimatda göstərilmiş "Mercedes 200D” minik markalı, **-NP-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə Bakı şəhəri Nərimanov Ryaon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 8(005)-475/2023 saylı qərardadı ilə həbs qoyulmuşdur. Belə olan halda məhkəmə icra sənədi üzrə tələb olunan borcun məbləğini (550 manat) də nəzərə alaraq, yalnız təqdimatda göstərilən “VAZ 21074" minik markalı, **- MV-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmasını məqsədəmüvafiq hesab edir. Beləliklə məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, təqdimat qismən təmin edilməli, Bakı Şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)- 4113/2017 nömrəli, xx.xx.2017-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu məxsus “VAZ 21074" minik markalı, **-MV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat qismən təmin edilsin. Bakı Şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-4113/2017 nömrəli, xx.xx.2017ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu məxsus VAZ 21074" minik markalı, **-MV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulsun. Qərardadın icrası Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsi və Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinə həvalə edilsin. Təqdimat qalan hissədə təmin edilməsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №8(005)-88/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-88/2024
13.02.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver