Məhkəmə qərarları › İş №8(005)-899/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-899/2025

09.01.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-899/2025 09.01.2026 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi Məhkəmə iclas katibi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi, Tərəflərin iştirakı olmadan, X1 Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(005)- 344/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin indeksasiyası tələbi barədə ərizəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 ərizə ilə məhkəməyə müraciət edərək, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 27 yanvar 2021-ci il tarixli, 2(005)-344/2021 saylı qətnaməsi ilə borclu ilə birgə nikahdan doğulmuş 26 yanvar 2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay Borclu sabit pul məbləğində tutulması müəyyən olunmuş 170 ( yüz yetmiş ) manat alinent miqdarının sonrakı artımlar nəzərə alınmaqla Azərbaycan Respublikasında 2025-3İ il üçün müəyyən olunmuş minimum əmək haqqının 0,87 misli miqdarında (400x0,87=348 manat) indeksasiya olunması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X5 həyat yoldaşı Borclu qarşı "nikahın pozulması uşaqların ananın himayəsində qalması və sabit pul məbləğində aliment” tələbinə dair iddia ərizəm əsasında Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 27 yanvar 2021-ci il tarixli, 2(005)-344/2021 saylı qətnaməsi ilə iddia tələbim təmin olunmuş,onunla cavabdeh arasında bağlanmış nikah pozulmuş, birgə nikahdan doğulmuş 10 aprel 2003-cü il təvəllüdlü X13 və 26 yanvar 2011-ci il təvəllüdlü X3 onun himayəsində saxlanılması və N.Əliyevanın yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 170 (yüz yetmiş) manat sabit pul məbləğində alimentin Borclu tutularaq X9 verilməsi qət edilmişdir. Adı çəkilən məhkəmə qətnaməsi qanuni qüvvəyə minmişdir. Lakin Borclu məhkəmə qətnaməsinin çıxarılmasından sonra aliment məbləğini müntəzəm şəkildə ödəməmişdir və bu sıəbəbdən hal-hazırda onun aliment üzrə 11000 manatdan çox borcu mövccuddur.Onu da məhkəmənin diqqətinə çatdırırı ki,hal-hazırda istehlak bazarında qiymətlərin artmasının,gündəlik xərclərin çoxalmasının X8 maddi durumuma da mənfi təsir göstərməsi səbəbindən və övladının normal şəkildə saxlanılması üçün daha çox xərc tələb olunduğundan, X15 aliment məbləğinin indeksasiya edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.Belə ki, övladı böyüdükcə onun saxlanılma xərcləri də artrmışdır ki,hal- hazırda bu xərcləri çəkməkdə də çətinliklərlə üzləşmişdir.Halbuki,bu xərclərdə övladının atası kimi cavabdeh iştirak etməlidir. Qeyd edilir ki,hal-hazırki şəraitdə X8 maddi durumum və borcludan tutulan aliment miqdarı övladının normal şəkildə saxlanılmasına imkan vermir.Buna görə də belə bir şəraitdə X15 bütün bu yükü daşımağı mümkünsüzdür,borclu isə övladını normal qaydada saxlamaqdan mütəmadi olaraq yayınır ki,bu səbəbdən ərizə ilə məhkəməyə müraciət edərək müəyyən olunmuş aliment məbləğinin indeksasiya edilməsini xahiş etməki məcburiyyətində qalmışdır. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdarlıq edilməsinə baxmayaraq,məhkəmə iclasında iştirak etməmişlər.Lakin,borclu “Elektron Məhkəmə” İnformasiya Sistemi vasitəsi ilə etiraz ərizəsi ünvanlayaraq bildirmişdir ki, barəsində icraatda olan mülki işlə bağlı bildirir ki, ona qarşı irəli sürülmüş iddianı qəbul etmir. Belə ki, AR Ali Məhkəməsinin 20 dekabr 2024-cü il tarixli, 15 saylı qərarına əsasən Ailə Məcəlləsinin 110.2-ci maddəsi ilə alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). Onun hal-hazırda X18 Şirkətində sürücü işləyərək, 600 AZN əmək haqqı aldığını və kirayədə yaşadığını bildirir. Həmçinin,şəkər xəstəliyindən əziyyət çəkir. Birgə nikah dövründə əldə edilmiş bütün daşınar və daşınmaz əmlaklarını iddiaçının xeyrinə imtina etdiyini bildirmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən ərizə qismən təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin alimentin indeksasiyası qaydasını müəyyən edən 110-cu maddəsinə görə məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. Alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. "Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli 15 nömrəli Qərarı ilə "Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" xx.xx.2016-cı il tarixli 8-2/2016 nömrəli Qərarının 8.4-cü bəndinə aşağıdakı məzmunda 8.4-1 və 8.4-2-ci yarımbəndlər əlavə edilmişdir: 8.4-1-ci bəndinə görə Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. 8.4-2-ci bəndinə görə Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232.1 və 232.3-cü maddələrinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Ödənilməli pul məbləğlərinin indeksasiyası barədə məhkəmə qərardadından şikayət verilə bilər. İş materiallarından görünür ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(005)-344/2021 saylı qətnaməsi ilə iddianın təmin edilməsi, Borclu ilə X15 arasında 01 iyun 2002-ci il tarixdə Bakı şəhəri Səadət Sarayında 528 nömrəli akt qeyd ilə bağlanmış nikah pozulması,10 aprel 2003-cü il təvəllüdlü X13 və 26 yanvar 2011ci il təvəllüdlü X6 iddiaçı X8 yanında saxlanılması,10 aprel 2003-cü il təvəllüdlü X7 və 26 yanvar 2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları ilə bağlı cavabdeh Borclu hər ay hər uşağa 170 (bir yüz yetmiş) manat olmaqla, cəmi 340 (üç yüz qırx) manat sabit məbləğdə aliment tutulub iddiaçı X9 verilməsi,alimentin tutulma vaxtı 11 sentyabr 2020-ci il tarixdən hesablanması qət edilmişdir. "Minimum aylıq əmək haqqının artırılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 18 iyun 2019-cu il tarixli Sərəncamı ilə minimum aylıq əməkhaqqının məbləği 2019-cu il sentyabrın 1-dən 250 manat müəyyən edilmişdir. Növbəti dəfə minimum aylıq əmək haqqı 2022-ci ilin yanvar ayından artırılmışdır. "Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamı ilə minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. Beləliklə, məhkəmə qeyd edir ki, qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarı 2021-ci il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,68 mislini təşkil edir. Bu baxımdan alimentin məbləği ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,68 misli həddində indeksasiya olunmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232, 263-264 və 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə qismən təmin olunsun. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(005)-344/2021 qətnaməsi ilə tutulan alimentin məbləği ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,68 misli həddində indeksasiya olunsun. Tərəflərin nəzərinə çatdırılsın ki, sonrakı dövrlər üçün alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yeri olduğu halda/işəgötürən, rəsmi iş yeri olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilir. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə şikayət verilə bilər. Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar