Məhkəmə qərarları › İş №8(005)-9/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-9/2024

08.01.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-9/2024 08.01.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Qurbanova Səkinə Nadir qızının katibliyi, Tələbkarın nümayəndəsi X1 iştirakı ilə, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-694/2023 nömrəli, xx.xx.2023cü il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə Borclu məxsus nəqliyyat vasitələrinin üzərinə həbs qoyulmasına dair təqdimat və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-694/2023 nömrəli, xx.xx.2023cü il tarixli icra sənədinin icra edilməsi məqsədilə Borclu məxsus “Mercedes Benz ML350" minik markalı, **-FS-*** dövlət qeydiyyat nişanlı, “Audi A6" minik markalı, **-UC-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulmasına dair təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılır ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-694/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Borclu tərəfindən maddi zərərin əvəzi kimi 4976 manat pul alınaraq Tələbkar xeyrinə ödənilməli, aparılmış ekspertiza tədqiqatlarının dəyəri Borclu 100 manat məbləğində pul vəsaiti alınıb Məhkəmə Ekspertizası Mərkəzi hesabına ödənilməlidir. İcra sənədi xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Nərimanov rayon icra şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə Borclu icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasitəsilə sorğular edilmişdir. Belə ki, “Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, Borclu məxsus “Mercedes Benz ML350" minik markalı, **-FS-*** dövlət qeydiyyat nişanlı, “Audi A6" minik markalı, **-UC-*** dövlət qeydiyyat nişanlı avtomobillərin olması müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak edən tələbkarın nümayəndəsi təqdimatın təmin edilməsini xahiş etmişdir. Borclu və icra məmuruna məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə təqdimatı, əlavə olunan sənədləri və ümumilikdə icra işini araşdırıb hesab edir ki, təqdimat təmin edilməlidir. “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 43.1.1-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbiri hesab edilir. Həmin Qanunun 44.1.3-cü maddəsinə əsasən könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqi üçün əsasdır. Həmin Qanunun 45.1-ci maddəsinə əsasən, tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinə əsasən icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs bir qayda olaraq icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Göründüyü kimi, qanunvericiliklə nəzərdə tutulmuş qaydada icraya yönəldilmiş və tələbin könüllü icrası ilə bağlı Borclu bildiriş və qərar göndərilmiş, lakin icra sənədi icra edilməmişdir. “Elektron İcra” İnformasiya sisteminin Daxili İşlər Nazirliyinin müvafiq elektron informasiya sistemi ilə inteqrasiyası nəticəsində Borclu məxsus ““Mercedes Benz ML350" minik markalı, **-FS-*** dövlət qeydiyyat nişanlı, “Audi A6" minik markalı, **-UC- *** dövlət qeydiyyat nişanlı avtomobillər aşkar edilmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 231, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Borclu məxsus “Mercedes Benz ML350" minik markalı, **-FS-*** dövlət qeydiyyat nişanlı, “Audi A6" minik markalı, **-UC-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulsun. Qərardadın icrası Bakı Şəhəri Nərimanov Rayon İcra Şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində elektron kabinet vasitəsilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar