Məhkəmə qərarları › İş №8(005)-9/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-9/2025

13.02.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-9/2025 13.02.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi Məhkəmə iclas katibi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi ilə, Tələbkar və X1 iştirakları ilə, X1 Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(005)- 1575/2019 saylı icra sənədi üzrə qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi barədə ərizəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 ərizə ilə məhkəməyə müraciət edərək, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 28 iyun 2019-cu il tarixli, 2(005)-1575/2019 nömrəli qətnaməsi ilə, 18 mart 2016-cı il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılması ilə bağlı cavabdeh X3 onun qazancının (başqa gəlirlərinin) dörddə bir hissəsi miqdarda alimentin tutularaq iddiaçı X7 verilməsi qət edilmiş alimentin 50 (əlli) faizinin yetkinlik yaşına çatmayan övladının adına açılmış bank hesabına köçürülməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X9 05 iyun 2015-ci ildə nikahlarını rəsmi qaydada qeyd etdirməklə X10 ilə ailə qurublar. Birgə nikahlarından 18 mart 2016-cı il tarixdə X11 adlı bir övladları dünyaya gəlmişdir. İlk vaxtlar səmimi ailə münasibətlərində yaşasalar da, sonradan müəyyən səbəblərdən ailəsində bəzi problemlər yaranmışdır.Daha sonra iddiaçı X10 cavabdeh X8 qarşı "nikahın pozulması, uşağın ananın yanında qalmaları və aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla cavabdeh arasında 05 iyun 2015 il tarixdə bağlanmış və qeydiyyata alınmış nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan X6 onun yanında qalması və X6 yetkinlik yaşına çatanadək saxlanması üçün X3 ayda 200 (iki yüz) manat vəsaitin (alımentin) tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.Daha sonra iddiaçı X10 iddia ərizəsinə dəqiqləşmə verərək, onunla cavabdeh arasında 05 iyun 2015 il tarixdə bağlanmış və qeydiyyata alınmış nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşma çatmayan X6 onun yanında qalması və X6 yetkinlik yaşına çatanadək saxlanması üçün X4 əmək haqqının və digər gəlirlərinin 1/4 hissəsinin onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsim məhkəmədən xahiş etmişdir.Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 28 yun 2019-cu il tarixli, 2(005)-1575/2019 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş. X9 ilə X10 arasında 05 iyun 2015-ci il tarixdə Şəki Rayon Qeydiyyat Şöbəsində 174 nömrəli akt qeyd ilə bağlanmış nikahın pozulması, 18 mart 2016-cı il təvəllüdlü X11 anası X5 yanında qalması, 18 mart 2016-cı il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılması ilə bağlı cavabdeh X3 onun qazancının (başqa gəlirlərinin) dörddə bir hissəsi miqdarda alimemin tutularaq iddiaçı X7 verilməsi, alimentin tutulma vaxtının 11 fevral 2019-cu il tarixdən hesablanması, qətnamənin alimentin tutulması hissəsində dərhal icra edilməsi qət edilmişdir. Həmin qətnamə qəbul edildikdən dərhal sonra onun əmək haqqısından və sair gəlirlərindən alimentin tutulmasına başlanılmışdır. Nəinki aylıq qrafik üzrə aliment öhdəliyim hətta azyaşlı övladı üçün, onun maddi rifahının yaxşılaşdırılması naminə borc-xərc taparaq ərizə verildiyi vaxtdan yığılan aliment borcu da, tərəfindən qısa müddətə ödənilmişdir. Valideyn kimi öz öhdəliklərini lazımi qaydada icra etməyə çalışmağına baxmayaraq, tələbkar X10 uşaqları üçün X1 ödədiyi alimenti təyinatı üzrə istifadə etmir. Belə ki, o, aylıq 430 manat məbləğində aliment almasına baxmayaraq azyaşlı övladının ən cüzi ehtiyaclarını belə ödəmir. Cavabdehin ödədiyi alimentdən əlavə əlindən gəldiyi dərəcədə övladının digər ehtiyaclarını da ödəməyə çalışır. Bildirilir ki, tələbkar X10 faktiki olaraq ünvan 1 ünvanında yaşayır. Cavabdeh və valideynləri hər dəfə azyaşlı övladı ilə görüşməyə gəldikdə əlavə köməklik də edirlər.Belə vəziyyətdə əsaslı olaraq şübhə yaranır ki, tələbkar X10 ondan tutulan alimenti tam olaraq təyinatı üzrə xərcləmir , onun bir hissəsini müxtəlif məqsədlər üçün, o cümlədən öz mənafeyi üçün xərcləyir. Bu hal onun aliment öhdəliyinin azaldılmasına əsas vermir, çünki aliment uşağa məxsusdur, uşağın öz valideynindən bəlli məbləğdə aliment almaq hüququ var. Belə ki, qanunvericilikdə göstərilmişdir ki, valideynlərdən birinin alimenti təyinatı üzrə xərcləməməsi digər valideynin uşağın qarşısında olan öhdəliyinin azaldılmasına əsas vermir. Cavabdeh bildirmişdir ki,2019-cu ilin fevral ayından 2024-cü ilin oktyabr ayına kimi tələbkar X7 21549,77 manat alimentə görə pul ödənilmişdir. Tələbkar X10 ondan tutulan alimenti tam olaraq təyinatı üzrə xərcləmir. Hazırki vəziyyətdə tutulan alimentin məbləği yaşayış minimumundan çox olmaqla ortalama 430 manat təşkil edir. Tələbkar tərəfindən eiraz əriəsi daxil olmuşdur. Həmin ərizə onunla əsaslandırılmışdır ki, borlu xx.xx.2019-cu il tarixdən 2024-cü ilin dekabr ayına kimi 21549,77 manar aliment ödəmişdir. Bu müddət 71 ay edir. Məhkəməni aldadaraq guya 430 manat pul ödədiyini bildirir. Məhkəmənin nəzərinə çatdırır ki, 430*71=30530 manat etdiyinə görə 30530 manat əvəzinə 21549,71 manat təşkil etmişdir. Yəni qazancını gizlədərək aylıq 3603 manat aliment ödəmişdir. Tələbkarın Nərimanov Rayon İcra şöbəsinə alimentin düzgün hesablanmamasına dair müraciətindən qisas almaq məqsədilə bu ərizəni təqdim etmişdir. 9 yaşında uşağın inkişaf vaxtıdır. Onun indi normal şəkildə qidalanmasını təmin etmək lazımdır. Qızını çox sevir, onun düzgün şəkildə inkişaf etməsi üçün normativ qaydada bahalı kərə yağı ilə bişçiş yeməklər, təzə meyvələr, qurudulmuş meyvələr, bal, süd, kefir qatıq, kəsmik, ət, balıq, quş ət, pendir, meyvə və tərəvəz şirələri, yumurta və s. ilə düzgün qidalanmasını təmin edir. Bu da tələbkara ayda ən az 300 manata başa gəlir. Gündəlik olaraq məktəbə gedib-gəlməyinə, yekunda aylıq azı 70-80 manat pul xərcləyir. Bundan əlavə məktəbdə keçirilən müxtəlif tədbirlərə və məktəb ləvazimatlarına – dəftər, test və qayda kitabları, qələm qutusu, yapışqan fayl və s. Onun düzgün mütaliə etməsi üçün boş vaxtarını səmərəli keçirməsi üçün müxtəlif maraqlı kitablar, həyat bilgisi artması üçün müxtəlif qurma yaratma oyuncaqları alır. Bütün bunlar aylıq orta hesabla 40-50 manata başa gəlir. Qızı onun həyatıdır, onun özünü xoşnəxt hiss etməsi üçün hər həftə sonu müxtəlif əyləncə mərkəzlərinə aparır. Şəki turizm şəhəridir. Şəkinin ən sayılan sevilən 30-a yaxın əyləncə mərkəzində olmuşdurlar. Hava isti keçdikdə parka aparır. Bundan əlavə Qusarda 2022-ci ildə yanvarın 2-də Şahdağda, 15 dekabrda Marxalda boulinqdə oynamışlar, yemək yemişlər, Macera hoteldə, Şəki yaylasında, Küncüt hoteldə şam yeməyi, Ruma qalaya, Hilal Boutigue və s. məkanlarda, Bakıda uşaq əyləncə mərkəzlərində olmuşdurlar. Ərizənin rədd edilməsini xahiş edir. Məhkəmə iclasında X2 ərizə ilə eyni məzmunlu izahat verib ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi.O qeyd etdi ki hər ay əmək haqqından təxminən 430 manat məbləğində pul tutulur. Aliment məbləğindən əlavə borclu Məbləğin uşağı gəzintilərə, əyləncələrə aparır. Alimentin uşağa xərclənmədiyini hesab edir. Tələbkar özü də işləyir. Ərizəsinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında Tələbkar etiraz ərizəsinə uyğun izahat verdi və ərizənin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsi xəbərdar edilsə də, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəblərini məhkəməyə bildirməmişdir. Bu halda təqdimata onların iştirakı olmadan baxılmasını məhkəmə mümkün hesab edir. Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını cavabdehin təqdim etdiyi ərizə ilə birlikdə tədqiq edib, hesab edir ki, ərizə təmin edilməməlidir. “İcra Haqqında Azərbaycan Respublikası Qanununun” 15-ci maddəsinə görə tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası MPM-in 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Həmin Məcəllənin 231.2-ci maddəsinə əsasən həmin ərizələrə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Həmin Məcəllənin 231.4-cü maddəsinə əsasən qətnamə icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi icra üzrə icraatın dayandırılması barədə məhkəmə qərardadından şikayət verilə bilər. Məhkəmə hesab edir ki, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(005)-1575/2019 saylı icra sənədi üzrə qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsinə dair X1 ərizəsi təmin edilməməlidir. Belə ki, Ailə Məcəlləsinin 55.3-cü maddəsinə görə məhkəmə uşağa görə aliment ödəyən valideynin tələbi ilə alimentin 50 faizdən çox olmayan məbləğini yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürmək barədə qərar çıxara bilər. Məhkəmə qeyd edir ki, ərizəyə tələbkarın alimenti təyinatından kənar məqsədlər üçün xərclədiyini təsdiq edən sübutlar əlavə edilməmişdir. Göründüyü kimi ərizəçi X4 ərizəsi “hər ay qazancından aliment olaraq təxminən 430 manat civarında məbləğ tutulur”, “həmin alimentin heç də hamısı övladının saxlanılmasına xərclənmir”, “Övladı ‘’kifayət qədər gəzintisinin olmamasını, geyimlərinin lazımi səviyyədə olmamasını” kimi dəlillərdən ibarətdir, lakin həmin dəlillər formal ifadələrdən ibarətdir. Belə ki, məhkəmə qeyd edir ki, ərizəçi ödənilən aliment məbləğinin bank hesabına köçürülməsi barədə müraciət edir, lakin o, bu qaydanın müəyyən edilməsinin məhz uşağın mənafeyinə xidmət etdiyini sübut etmək vəzifəsi daşısa da, ərizədə qeyd olunanları əsaslandıra bilməmişdir. Göründüyü kimi, hazırki halda ərizənin dəlillərini sübutetmə yükü ərizəçi X4 üzərinə düşür. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 55.3-cü maddəsinin tətbiqi üzrə № 1520/2024 saylı, 26 avqust 2024-cü il tarixli qərardadına əsasən, Ailə Məcəlləsinin 55.3cü maddəsində nəzərdə tutulan alimentin 50 faizindən çox olmayan məbləğinin yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürülməsi qətnamənin icrası qaydasıdır. Belə olan halda, bu məsələ həm alimentin tutulması barədə qətnamədə, həm də alimentin tutulması barədə qətnamənin icrası mərhələsində həll edilə bilər. Müraciət, alimentin (bir hissəsinin) uşağa deyil, başqa məqsədlərə sərf olunması əsası ilə edildiyi halda da mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı ümumi prinsiplərinə uyğun olaraq, sübutetmə yükü bu müraciəti edən tərəfin üzərinə düşür. Nəzərə alınmalıdır ki, ödənilən alimentin məbləği uşağın ödənişli təhsilə, əlavə məşğələlərə cəlb edilməsinə, uşağın mənafeyinə xidmət edən daha yaxşı həyat şəraitinin təmin edilməsinə imkan verirsə, aliment ödəyən tərəfin yuxarıda qeyd edilən məsələlərlə bağlı xərclərə razılığı tələb edilmir. Belə ki, uşaq himayəsində saxlanılan valideyn məhkəmə qətnaməsi ilə xeyrinə tutulmuş alimentin məbləği, habelə öz şəxsi vəsaitləri və imkanları həddində uşağın saxlanılması, təhsili, tərbiyəsi və normal inkişafı üçün zəruri hesab etdiyi tədbirləri həyata keçirmək hüququna malikdir. Aliment ödəyən tərəf müraciətinin təmin edilməsinə əsas verən sübutları təqdim etdiyi halda, aliment alan tərəf ödənilən alimentin mühüm hissəsini uşağın təhsilinə, müalicəsinə və digər təminatına xərclədiyinə dair etiraz irəli sürərsə, bununla bağlı etirazının əsaslarını sübut etmək vəzifəsini daşıyır. Bu zaman nəzərə alınmalıdır ki, uşağı saxlayan valideynin uşağın qidalanmasına, geyiminə, asudə vaxtının təşkili və digər xırda məişət məsələlərinə dair xərcləri barədə sübutlar təqdim etmək vəzifəsi yoxdur. Beləliklə məhkəmə borclu ilə yanaşı tələbkarın mənafeyini nəzərə alaraq hesab edir ki, Nərimanov Rayon Məhkəməsinin 2(005)-1575/2019 saylı, xx.xx.2019-ci il tarixli icra sənədinin icra üsulunun və qaydasının dəyişdirilməsinə dair X1 ərizəsi təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 231, 263-264, 266-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Nərimanov Rayon Məhkəməsinin 2(005)-1575/2019 saylı, xx.xx.2019-ci il tarixli icra sənədinin icra üsulunun və qaydasının dəyişdirilməsinə dair X1 ərizəsi təmin edilməsin. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində elektron kabinet vasitəsilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar