Məhkəmə qərarları › İş №8(005)-98/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-98/2021

29.03.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-98/2021 29.03.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, İbrahimova Ramilə Namiq qızının katibliyi ilə, Borclu ogluna məxsus avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi barədə Bakı şəhəri Nərimanov Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Emil Zeynalovun təqdimatına məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Emil Zeynalov Borclu ogluna məxsus olan avtomobillərin üzərinə qoyulmuş həbsin götürülməsi barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən verilmiş 2(005)-4701/2017 nömrəli, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən cavabdehlər X1 və Borclu müştərək qaydada cəmi 7982.72 ABŞ dolları (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankın müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla) məbləğində borc və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı “xxxx” İKB ASC-nə ödənilməlidir. Borclular Borclu və X1 icra sənədinin icrasını təmin etmədiyi üçün icra sənədi üzrə tələbin yönəldilməsi barədə təqdimatla Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-158/2018 nömrəli, xx xxxxxx 2018-ci il tarixli qərardadı ilə Borclu məxsus “ZAZ VİDA SF4850" minik markalı, **-EG-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Aparılan icra tədbirləri nəticəsincə icra sənədinin icrası təmin olunmuşdur. Göstərilənləri nəzərə alaraq, icra sənədinin icrası təmin olduğu üçün Borclu mülkiyyətində olan “ZAZ VİDA SF4850" minik markalı, **-EG-*** dövlət nömrə nişanlı avtomobillərin üzərinə qoyulmuş həbsin götürülməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə təqdimatı, təqdimata əlavə olunan sənədləri və ümumilikdə icra işini araşdırıb hesab edir ki, təqdimat təmin olunmalı, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)- 158/2018 nömrəli, xx xxxxxx 2018-ci il tarixli qərardadı ilə Borclu mülkiyyətində olan “ZAZ VİDA SF4850" minik markalı, **-EG-*** dövlət nömrə nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülməlidir. Belə ki, işdə olan tələbkar "Tələbkar” Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2020-ci il tarixli məktubunun surətindən görünür ki, Nərimanov rayon Məhkəməsi tərəfindən verilmiş 2(00S)- 4701/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi üzrə əsas borc məbləği xx.xx.2020-cı il tarixdə ödənilmiş, qalıq borc isə müştəriyə güzəşt edilmişdir. “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun: 43.1.1-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbiri hesab edilir; 44.1.3-cü maddəsinə əsasən könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqi üçün əsasdır; 45.1-ci maddəsinə əsasən, tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Beləliklə, yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, təqdimat əsaslı olduğundan təmin olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-158/2018 nömrəli, xx xxxxxx 2018-ci il tarixli qərardadı ilə Borclu məxsus “ZAZ VİDA SF4850" minik markalı, **-EG-*** dövlət nömrə nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülsün. Qərardadın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar